Icma.az
close
up
RU
Şərq və Qərb arasında elmi körpü

Şərq və Qərb arasında elmi körpü

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Aida İmanquliyevanın elmi irsi milli şərqşünaslığımızın qızıl fonduna daxil olub

Bəzi alimlərin ömrü illərlə, yaratdıqları elmi irsin təsiri isə nəsillərlə ölçülür. Aida Nəsir qızı İmanquliyeva da belə şəxsiyyətlərdəndir. Cəmi 52 il davam edən ömrü Azərbaycan elminin tarixində dərin iz qoymuş, adı ərəbşünaslığın hüdudlarını aşaraq Şərq və Qərb arasında elmi-mədəni dialoqun, dünya ədəbi-fəlsəfi fikrinin və mədəniyyətlərarası əlaqələrin tədqiqi ilə bağlanmışdır. Onun elmi irsinə müraciət etdikcə, aydın olur ki, Aida xanım yalnız bir ədəbiyyatı öyrənən alim deyil, müxtəlif mədəniyyətləri bir-birinə yaxınlaşdıran, onların ortaq mənəvi dəyərlərini üzə çıxaran tədqiqatçı idi.

Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakıda ziyalı ailəsində anadan olmuşdur. 1957–1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsində təhsil almış, 1966-cı ildə namizədlik dissertasiyasını müdafiə etdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda elmi fəaliyyətə başlamışdır. Kiçik elmi işçidən institutun direktoruna qədər yüksələn Aida xanım 1989-cu ildə filologiya elmləri doktoru elmi dərəcəsi almış, 1991-ci ildə professor elmi adı verilmişdir. O, Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk qadın filologiya elmləri doktoru və ilk qadın professor kimi elm tariximizdə xüsusi yer tutur.

Alimin yaradıcılığının mühüm istiqamətlərindən biri ərəb-məhcər ədəbiyyatının tədqiqi olmuşdur. Onun elmi baxışı bu ədəbiyyatın sərhədləri ilə məhdudlaşmırdı. Cübran Xəlil Cübran, Mixail Nüaymə və Əmin ər-Reyhani kimi sənətkarların yaradıcılığını araşdıran Aida xanım Şərq və Qərb ədəbi-estetik düşüncəsinin qarşılıqlı təsirini üzə çıxarır, ərəb-məhcər ədəbiyyatını dünya mədəniyyəti kontekstində təhlil edirdi. Onun üç fundamental monoqrafiyası – “Mixail Nüaymə və “Qələmlər birliyi”, “Cübran Xəlil Cübran” və “Yeni ərəb ədəbiyyatının korifeyləri” – bu istiqamətdə mühüm elmi irs yaratmışdır.

Görkəmli şərqşünasın “Cübran Xəlil Cübran” monoqrafiyası bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Əsər Cübran yaradıcılığının və bütövlükdə ərəb-məhcər ədəbiyyatının Azərbaycan elmi fikrində öyrənilməsinə mühüm töhfə vermişdir. Aida xanım Cübranın yaradıcılığında Şərqlə Qərbin qarşılaşmasını, müxtəlif fəlsəfi və estetik düşüncələrin kəsişməsini araşdırmaqla bu ədəbiyyatın dünya mədəniyyətindəki yerinə diqqət yönəltmişdir.

Bu baxımdan Aida xanımı yalnız ərəbşünas alim kimi təqdim etmək onun elmi irsinin miqyasını tam ifadə etməz. Onun tədqiqatlarında Qərb, xüsusilə Amerika ədəbi-mədəni mühiti mühüm yer tutur. Məhcər ədəbiyyatının nümayəndələrinin Amerikaya mühacirəti, “Suriya–Amerika məktəbi”, Amerika ədəbiyyatı və transsendentalizmin ərəb yazıçılarına təsiri Aida xanımın araşdırmalarında Şərq-Qərb əlaqələri kontekstində təhlil edilmişdir. Bu xüsusiyyət onun yaradıcılığını ərəbşünaslıqla yanaşı, qərbşünaslıq və mədəniyyətlərarası ədəbi əlaqələrin öyrənilməsi baxımından da əhəmiyyətli edir.

Professor Aida İmanquliyevanın elmi irsinin xüsusi əhəmiyyəti onun Şərq və Qərb arasında dialoqa verdiyi dəyərdən irəli gəlir. “Ernest Heminquey və Şərq” mövzusunda dissertasiya üzərində işləyərkən mən də Aida xanımın elmi irsindən bəhrələnmişəm. Heminquey yaradıcılığında Şərqə münasibəti, müxtəlif mədəniyyətlərin qarşılıqlı əlaqəsini və insanın mənəvi axtarışlarını araşdırarkən Aida xanımın Şərq-Qərb ədəbi əlaqələrinə dair elmi yanaşmaları mənim üçün mühüm istiqamətverici mənbələrdən biri olmuşdur.

Şərqşünas alimin elmi fəaliyyəti ilə yanaşı, onun formalaşdırdığı mənəvi-intellektual mühit də xüsusi əhəmiyyət daşıyır. Elmə, təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərə və cəmiyyət qarşısında məsuliyyətə yüksək münasibət Aida xanımın şəxsiyyətində özünəməxsus şəkildə birləşirdi. Bu baxımdan onun ailə mühiti də Azərbaycan ziyalı düşüncəsinin davamlılığının bir parçası kimi diqqət çəkir. Aida xanım Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın anası idi. Aida xanımın elm və mədəniyyətə bağlılığı ilə səciyyələnən ziyalı mühitinin Mehriban xanım Əliyevanın dünyagörüşünün, yüksək məsuliyyət hissinin və humanitar dəyərlərə münasibətinin formalaşmasına təsir göstərdiyini qeyd etmək olar.

Professor Aida İmanquliyeva 1992-ci il sentyabrın 19-da, cəmi 52 yaşında vəfat etmişdi. Sentyabrın bu hüznlü tarixində onun xatirəsi bir daha yada düşərkən insan istər-istəməz Aida xanımın qısa ömrünə sığdırdığı böyük elmi yolu düşünür. O, zaman baxımından həyatla erkən vidalaşsa da, fikir baxımından öz dövrünü aşan bir irs qoyub getmişdir.

Bu gün Aida İmanquliyevanın irsinə yalnız keçmişin yadigarı kimi baxmaq kifayət deyil. Şərq və Qərb arasında dialoqun, mədəniyyətlərin qarşılıqlı anlaşmasının və elmi əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığı müasir dövrdə onun elmi irsi yeni məna qazanır. Aida xanımın tədqiqatları göstərir ki, müxtəlif mədəniyyətləri bir-birindən ayıran fərqlərlə yanaşı, onları yaxınlaşdıran mənəvi və estetik dəyərlər də mövcuddur.

Aida İmanquliyeva məhz belə bir elmi körpü yaratmışdır. Onun yaradıcılığında Şərq və Qərb qarşı-qarşıya qoyulmur, əksinə, bir-birini tamamlayan iki böyük mədəni düşüncə məkanı kimi təqdim olunur. Onun elmi irsi ərəbşünaslığın hüdudlarından çıxaraq Şərq-Qərb ədəbi əlaqələrinə, Amerika ədəbi-mədəni mühitinə, dünya ədəbiyyatına və mədəniyyətlərarası düşüncəyə uzanır. Aida xanımın adı bu gün də Şərq ilə Qərb arasında qurulan elmi-mədəni körpülərdə, millilik və dünyəvilik düşüncəsinin vəhdətində, Azərbaycan elminin dünya mədəniyyətinə açılan üfüqlərində yaşayır.

Süsənbər AĞAMALIYEVA,
filologiya üzrə fəlsəfə doktoru,
Naxçıvan Dövlət Universitetinin əməkdaşı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:33
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Oktyabr 2026 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see345

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see324

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see305

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see300

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see270

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see266

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see255

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see248

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see207

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see205

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see203

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see198

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see196

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see195

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see192

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see184

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see184

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri