Icma.az
close
up
RU
Şərqdən ulduz kimi yüksələn ölkənin Böyük Liderinin yeni dünya düzəni üçün tarixi yanaşması... Səfir Hulusi Kılıç şərh edir...

Şərqdən ulduz kimi yüksələn ölkənin Böyük Liderinin yeni dünya düzəni üçün tarixi yanaşması... Səfir Hulusi Kılıç şərh edir...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Prezident İlham Əliyev fərqi bu konfransda da açıq-aydın müşahidə olundu. ADA Universitetinin təşkilatçılığı və bəndənizin də qatıldığı “Yeni dünya nizamına doğru” başlığı ilə keçirilən beynəlxalq tədbirdə planetin önəmli düşüncə quruluşu təmsilçilərinin qarşısında çox dərin analitik zehni,  yüksək təhlil qabiliyyəti, hadisələri fenomenal şəkildə öngörməsi, hətta ümumbəşəri problemlərdən çıxış yolu göstərməsi ilə o, yenidən öz fərqliliyini nümayiş etdirdi. İnanın, həmin tədbirdə mən türk dünyasının belə bir nəhəng dövlət xadiminə, böyük şəvxsiyyətə malik olması ilə hər an qürur hissləri yaşayırdım. Hər bir suala, fikrə, mülahizəyə Prezident İlham Əliyev öz baxış bucağından müstəsna dərəcədə dərin yanaşması ilə bizi heyran edirdi. Orada idim, o məkanda olanların bir çoxu ilk dəfə, bəziləri isə bir neçə dəfə ADA Universitetinin bu çox faydalı platformasında iştirakçı idilər. Ancaq fərqi yoxdur ki, oraya neçənci dəfə gəlmişdilər, əsas fakt ondan ibarət idi ki, qarşılarında güclü dövlət xadiminin, analitik təfəkkürlü strateqin və siyasətçinin əyləşdiyini çox yaxşı başa düşürdülər. Özü də digər mühüm bir məqam da diqqətimdən qaçmırdı. Sual verib, cavab almaq istəyənlər ona münasibətdə açıq simpatiya hissləri daşıdıqlarını gizlətmirdilər də... Razılaşın ki, o şəxslər sadə insanlar deyil, dünyada çox tanınmış analitiklər, strateji araşdırma mərkəzlərinin adlı-sanlı təmsilçiləridirlər və yaşadığımız dünyada çox nadir siyasət və dövlət adamları var ki, belə şəxslərin sırasında bu səviyyədə hörmətə və nüfuza, həmçinin təsir buraxmaq imkanlarına malik olsun. O səbəbdəndir ki, özünü sübut etmiş bir dövlət xadiminə belə hörmət və sayqı göstərilir və ondan hər analitk düşüncə quruluşu təmsilçisi yeni dünya nizamı necə qurulacaq, proseslər hansı istiqamətdə cərəyan edəcək, öz ölkələri ilə Azərbaycanın münasibətlərinin perspektivləri necə olacaq kimi sualara cavab almaq istəyirdilər. Bu cavablara böyük əhəmiyyət verdikləri açıq- aşkar görünürdü. Bundan başqa o tədbirdə daha bir neçə çox önəmli məqam diqqətimi cəlb etdi. Birincisi, Prezidentin Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yerini və baş verən hadisələrə dair mövqeyini qətiyyətli, inamlı və fundamental arqumentlərə əsaslanacaq şəkildə açıq, aydın və dürüst izah etməsi faktı qeyd olunmalıdır. İkincisi, firkimcə ən vacib məqam onun Azərbaycanın artıq beynəlxalq aktora çevrilməsini kanıtlayan faktları ilk dəfə açıqlamasıdır ki, bu da diqqətlərdən yayınmadı. Məsələn: Prezident Türkiyə-İsrail danışıqlarına, münasibətlərin düzəlməsinə hər iki ölkə ilə özəl münasibətləri olan Azərbaycanın verdiyi töhfələri ilk dəfə açıqladı. Özü də inanın, başqa bir lider belə bir mürəkkəb münasibətlərin normallaşdırılması istiqamətində kiçik bir nəticə əldə etsəydi, dünayaya hər saniyə car çəkər və bununla haqlı olaraq öyünərdi. İlham Əliyev isə əslində dünya barışına, regionun sabitliyinə xidmət edən bu müstəsna əhəmiyyətli nailiyyətinə  dair o qədər mütəvazi cümlələr qurdu ki, mən dir daha ona heyran oldum və daxilən başa düşdüm ki, nə üçün o bu qədər öz xalqının sevimlisinə çevrilib. Prezident İlham Əliyev əslndə bu günün reallıqlarında qeyri-mümkünü mümkün etməyi bacarmış bir siyasi Lider və Millətinin Lideridir. O, 30 illik işğala son qoymuş dövlət başçısıdır. İtirilmiş, qayıtmasına ümidlərin tükəndiyi bir zamanda, dünya nəhənglərinin qanlı mübarizəsinin getdiyi bir regionda inanılması qeyri- mümkün olanı bacarmış dövlətin rəhbəridir.  Dünyada hər kəs onun kim olduğunu, bir milləti necə səfərbər edərək onu yüksəliş mərhələsinə keçirdiyini və tarixi nailiyyət qazandığını görürlər. O da danılmaz faktdır ki, “Qoca şərq”dən ucalan Azərbaycan adlı məmləkətə bu anlamda beynəlxalq aləmdə çoxları həsəd aparır. Bütün türk-islam dünyası onun uğurları ilə fəxr edir. Gerçəkdən də bu belədir. Niyə? Çünki o, Qarabağı azad etməsi, ardınca imperial güclərin iradəsinə və ciddi risklərə rəğmən əzilən xalqların, məzlumların yanında dayanması ilə öz fərqliliyini bir daha nümayiş etdirdi. ADA-dakı tədbirdə Almaniya liderinin Ermənistana səfəri zamanı qondarma, tarixin zibilliyində öz layiqli yerini tutmuş saxta və sabiq rejimin əski parçası ilə bağlı yaranmış problemin necə həll olunması haqqında da danışıldı. Almaniya Azərbaycandan üzr istyəib və məsələ bitib. Əlbəttə, bu cümlə çox sadə səslənir. Amma diqqət edin, dünyada bu gün çox ciddi söz sahibi olan bir ölkə, Almaniya Federativ Respublikası  Azərbaycanın qətiyyəti, Azərbaycanın güc sahibi olması səbəbindən belə bir addım atıb, hətta Prezident Ştaynmayer Bakıda açıq dedi ki, Qarabağ Azərbaycan torpağıdır. Təsəvvür edirsiniz, bu nə demıkdir?! O Almaniya ki, Qarabağ müharibəsinin gedişində Azərbaycanı dayandırmaq üçün çox ciddi səylər göstərirdi, mətbuatında ölkəmiz hədəfə alınmışdı və sairə.. Deməli, indi reallıq tamamilə fərqlidir. Güclü Azərbaycanın güclü Lideri öz fərqini göstərir və nəticə də göz qabağındadır. Bir məqamı da vurğulamaq istərdim. Azərbaycan Lideri bütün türk dünyasına, onun gələcəyinə, inteqrasiya proseslərinə aydın baxışla və böyük ümidlərlə yanaşır. Yox, sadəcə yanaşmır, bu birliyə nail olmaq üçün strateji və taktiki addımlar atır, hər bəyanatında bu gücün dünya üçün təhdid deyil, əksinə böyük bir şans olduğuna işarə edir. ADA-dakı tədbirdə mənim böyük şərəf və qürur hissləri ilə verdiyim sualı cavablandırarkən dedikləri həqiqətən də bir vizyon fərqi, yüksək dərəcədə analitik və öngörmə qabiliyyətinin təzahürü idi. Bir Liderdə bu qədər inamı və qətiyyəti mən ancaq Atatürkün Sakarya meydan savaşında göstərdiyi dirayət və inancla müqayisə edə bilərəm. Deməli, Prezident İlham Əliyev əslində Atatürkün o savaşı qazandıqdan sonra bütün türk millətinə etdiyi müraciətə bənzər bir müraciəti bu gün bütün türk dünyasına edir və demək istəyir ki, hərbi, insani, iqtisadi, siyasi mənada biz birlikdə çox böyük qüvvəyik və gəlin necə deyərlər daha da sıx əl-ələ verərək istədiyimiz o gücü-Turanın gücünü yaradaq!

Ah Kıbrız, can Kıbrız, qəhrəman Kıbrız!!! İllərlə gözlədiyin gün çox yaxındır. Azərbaycan, qardaşın iri addımlarla sənə doğru gəlir, öz qucağını sənə açıb, Türkiyədən sonra ən böyük dəstəkçin odur, can Azərbaycan! Vaxtı ilə böyük şairimiz Süleyman Rüstəm gözəl

Təbrizimizlə bağlı nə demişdisə,
Qoymaram yadları girsin qoynuna,
İzin ver qolumu salım boynuna!
Sənin bayramına, sənin toyuna 
Dili bir, qanı bir qardaşın gəlib,
Dərdinə aşina sirdaşın gəlib.
Bu misraların oxşarını bu gün can Azərbaycan Kıbrıza bənzər cümlələrlə öz Böyük Liderinin dili ilə deyir.  Mübarək olsun, bu kutlu günümüz!

Mən, cənab Prezidentə təşəkkür edirəm. Mənim türk dünyası, Azərbaycan-Türkiyə qardaşlığının möhkəmləndirilməsi üçün etdiyim mütəvazi xidmətlərim haqqında bir daha öz yüksək qiymətini verdi. Böyük iftixar hissləri yaşadım. Mən Prezidentimizi bir daha əmin edirəm ki, bundan sonrakı fəaliyyətim də bu kutlu amala xidmətə həsr olunacaq.

ADA Universitetinə, onun rektoru, əziz və çox hörmətli dostum Hafiz Paşayevə yüksək tşkilatçılığa, xüsusi ilə Xankəndinin azadlığına qovuşmasından ilyarım sonra orada da yüksək səviyyəli tədbir təşkil etdiklərinə və məni də öz etkinliklərinə dəvətlərinə görə təşəkkürümü bildirirəm.

Yaşasın  Azərbaycan, Yaşasın Türkiyə və Tanrı bütün Türk dünyasını qorusun!

Hulusi Kılıç,

Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri, “İMZA” İB-nin Türkiyə təmsilçisi Türkiyə-Azərbaycan Dostluq Əmekdaşlıq ve Həmrəylik Fondunun İdarə Heyətinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Aprel 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see395

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see285

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see261

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see253

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see238

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see228

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see143

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see137

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see129

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see127

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see123

Evdə Tək in aktyorlarını təsirli görüntüləri VİDEO

03 Dekabr 2025 00:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri