Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Şərti sərhəddəki təxribatların izi ilə... Eskalasiya realdır

Şərti sərhəddəki təxribatların izi ilə... Eskalasiya realdır

Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Asif Nərimanlı: “Ermənistan atəşkəsin pozulması prosesini esakalasiyaya səbəb olacaq həddə qədər genişləndirə bilər”

Ermənistan tərəfi təxminən bir aydır ki, müxtəlif vaxtlarda şərti sərhəddə Azərbaycan Ordusunun mövqelərini atəşə tutur. Dünən isə Ermənistan Müdafiə Nazirliyi iddia edib ki, Azərbaycan Ordusu Ermənistanda guya mülki obyektlərə atəş açıb. Azərbaycan Müdafiə Nazirliyi isə dərhal bu məlumatın dezinformasiya olmasını bəyan edib.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və nəticədə mədəniyyət mərkəzinə zərər yetirilməsi barədə Ermənistanın yaydığı məlumatın real əsası yoxdur, yalandır və tamamilə dezinformasiya məqsədi daşıyır", - deyə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.

Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə heç bir atəş açılmayıb: "Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri heç vaxt mülki əhaliyə və obyektlərə atəş açmır. Ordumuz yalnız mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin təxribatlarına qarşı adekvat cavab tədbirləri görür”.

“Qarşı tərəf həqiqəti əks etdirməyən bu cür dezinformasiyalar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa, son günlər mövqelərimizi müxtəlif istiqamətlərdən mütəmadi olaraq atəşə tutmaqla törətdikləri təxribatlarını gizlətməyə cəhd edir", - deyə vurğulanıb.

Ermənistan müdafiə nazirinin müavini Arman Sərkisyan isə dünən parlamentdə jurnalistlərə açıqlamasında deyib Azərbaycanla şərti sərhəddə vəziyyət nisbətən sabitdir: “Bəzən hədəfsiz, istiqamətsiz atışma baş verir, azdır, amma atışma var”.

Onun sözlərinə görə, hazırda heç bir hərəkətlilik yoxdur: “Əgər belə bir problem yaranarsa, o zaman Müdafiə Nazirliyi təhlükəsizliyi təşkil edəcək. Əgər rəsmi məlumat etibarlı deyilsə, videoya inanmaq fikrindəsinizsə, o zaman bunu məndən soruşmamalısınız”.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun şərti sərhəddə atəşkəsi pozduğu barədə az qala hər gün açıqlama yaysa da, qarşı tərəf israrla bunu təkzib edir və ya “havaya atəş açılıb” deyə, “izah etməyə” çalışır. Sərkisyanın bu açıqlaması isə erməni tərəfinin etirafı sayıla bilər.

Şərti sərhəddəki təxribatlar, ermənilərin atəş açmasının səbəbləri barədə AYNA.AZ-ın suallarını cavablandıran analitik Asif Nərimanlı deyib ki, şərti sərhəddə atəşkəsin pozulması hallarının intensivləşməsində Ermənistanın konkret hədəfləri var:

- Birincisi, rəsmi İrəvan 17 maddəlik sülh sazişi mətninin indi imzlanmasını və Bakının digər tələblərini arxa plana keçməsini istəyir. Məlumdur ki, rəsmi Bakı buna razı deyil. Ona görə də, Ermənistan Azərbaycana bu yolla beynəlxalq müstəvidə çağırışlar, yaxud təzyiq kampaniyası təşkil etməyə cəhd göstərir.

İkincisi, şərti sərhəddə atəşin açılması beynəlxalq ictimaiyyətin diqqətini bölgəyə cəlb etmək, “regionda sabitliyin təmin edilməsi razılaşdırılmış sülh mətninin təcili imzalanmasından keçir” rəyini yaratmağa hesablanıb. Eyni zamanda, İrəvanın atəşkəsin pozulması planını mərhələli şəkildə həyata keçirməsi də diqqət çəkir.

- Söhbət hansı plandan gedir?

- Birinci mərhələ “təkzib” və məsuliyyətdən yayınma cəhdi ilə yadda qaldı. Məsələn, martın 13-də Azərbaycan və Ermənistanın sülh sazişi mətni üzərində razılığa gəldiyi rəsmi şəkildə elan edildi və dərhal İrəvan bəyan etdi ki, “mətn indi imzalanmalıdır”. Bakının cavabı isə bəllidir: “hələ hər şey bitməyib, şərtlər var”. Martın 16-dan etibarən isə Ermənistan atəşkəsin pozulması prosesinə start verdi. Əvvəlcə Azərbaycanın “atəşkəsin pozulması” haqda açıqlamaları təkzib edən Ermənistan faktı gizlədə bilmədiyini anlayanda “havaya bir neçə atəşin açılması atəşkəsin pozulması məqsədi daşımır” kimi sözlərlə məsuliyyətdən yayınmağa çalışdı. Bununla İrəvanın “sülh sazişi indi imzalanmalıdır” mövqeyinə müəyyən qədər dəstək də əldə etdi. Xüsusilə Avropadan edilən çağırışlar fonunda. Lakin bu dəstəyin nəticəyə təsir etmədiyini görəndə yeni mərhələyə başlanıldı. Söhbət ikinci mərhələdən - “mülki hədəflər” iddiasından gedir. Ermənistan “Azərbaycan Zəngəzur bölgəsində yaşayan erməni sakinləri hədəfə alır” iddiasını irəli sürür. Bu, təkcə atəşkəsin pozulması faktını Bakının üzərinə qoymaq məqsədi daşımır, həm də beynəlxalq diqqəti nəticəyə - sülh sazişi mətninin indi imzalanmasına təsir edə biləcək səviyyədə çəkmək planının tərkib hissəsidir. Üçüncü mərhələ isə esakalasiyanın böyüməsi mərhələsidir. Ermənistan “mülki hədəflər” planı ilə istədiyinə nail ola bilməsə, hərçənd olacağı çətin görünür, atəşkəsin pozulması prosesini esakalasiyaya səbəb olacaq həddə qədər genişləndirə bilər.

- Maraqlıdır ki, Ermənistan tərəfində müşahidələr aparan Avropa İttifaqının Müşahidə Missiyası şərti sərhəddə baş verənlərə ciddi reaksiya vermirlər, yaxud da bəyanatları Ermənistandan yana olur...

- Baş verənlərə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi ilə yanaşı, Avropa İttifaqının sözügedən Missiyası da məsuliyyət daşıyır. Missiya normalda insidentə reaksiya verməli, baş vermiş təxribatı qınamalıdır. Ancaq onlar nədənsə bunu etmirlər. Görünən odur ki, avropalı emissarlar hadisələri araşdırmaqda maraqlı deyillər. Halbuki baş vermiş hadisələrə münasibət bildirmək onların vəzifəsidir. ABŞ, Fransa vəziyyəti gərginləşdirməklə Ermənistanda və regionda mövcudluqlarını qoruyub saxlamaq istəyirlər. Amma Ermənistan, nəhayət, başa düşməlidir ki, bundan sonra heç kim onun arxasında dayana bilməyəcək.

- Bu günlərdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Türkiyədə Antalya Diplomatiya Forumu çərçivəsində görüşdülər. Bu görüş şərti sərhəddə baş verənlərin aradan qaldırılmasına və sülh sazişi üzərində irəliləyişin əldə olunmasına yardım edə bilərmi?

- Nazirlərin bu görüşü sülh sazişi mətninin razılaşdırılmasından sonra iki ölkə rəsmiləri arasında ilk təmasdır. Son aylar tərəflər arasında təmaslar səngiyib. Xüsusilə, İrəvanın Bakının tələblərini müzakirə etməmək üçün danışıqlardan yayınması fonunda. Xarici işlər nazirləri ötən ilin sentyabrında BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 79-cu sessiyası çərçivəsində ABŞ-ın həmin vaxt dövlət katibi olan Entoni Blinkenin təşəbbüsü ilə görüşmüşdülər. Daha sonra oktyabr ayında İstanbulda keçirilən “3+3” regional məşvərət platforması çərçivəsində bir araya gəldilər. Dekabrda ATƏT-ə üzv ölkələrin XİN rəhbərlərinin Malta toplantısında Vaşinqton yeni görüş təşkil etmək istəsə də, Bayden Administrasiyasının Ermənistan yönümlü siyasəti təmasın qurulmasına mane oldu. Bu müddətdə yeganə təmaslar Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında davam edib, digər səviyyədə görüşlər olmayıb. Məsələ burasındadır ki, sülh sazişi mətninin razılaşdırılmasından sonra Ermənistan tərəfi görüşlərin keçirilməsinə ciddi səy göstərir, hətta bütün səviyyələrdə. Məsələn, Ermənistan Parlamentinin xarici əlaqələr komitəsinin rəhbəri Sarqis Xandanyan Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla görüşmək istəyib. Hərçənd ki, belə bir görüşün sülh sazişinin imzalanmasında nə qədər rol oynaya biləcəyi sual altındadır.

Ermənistanın məqsədi razılaşdırılmış sülh sazişi mətninin qısa müddətdə imzalanmasına nail olmaq, Bakının digər tələblərini gündəmdən çıxarmaq, ən azı arxa fona keçirməkdir. Azərbaycanla təmas qurmaq cəhdləri də bundan qaynaqlanır. Rəsmi Bakı isə davamlı sülhə töhfə verməyəcək nəticəsiz müzakirələrə o qədər də isti yanaşmır. Çünki İrəvanın yerinə yetirməli olduğu iki şərt – Konstitusiyada dəyişiklik və Minsk Qrupundan imtina var və bu kimi məsələlərdə irəliləyiş olmadığı təqdirdə, təmasların effektivliyi də sual altına düşür. Bayramovla Mirzoyan arasında Antalyada görüş İrəvan üçün təmasın qurulması olsa da, Bakının irəli sürdüyü tələbələr fonunda mövqeyi dəyişməyib. İstisna deyil ki, Bakı görüşə məhz Türkiyədə keçirilməsinə görə razılaşıb və məqsəd Antalya Diplomatiya Forumunun dialoq platforması rolunu gücəndirmək olub. Bu görüşün proseslərə müsbət təsir göstərəcəyi inandırıcı deyil. Görüşlər o zaman əhəmiyyətli olacaq ki, Ermənistan Azərbaycanın şərtlərini qəbul etsin və ondan sonra təmaslar baş tutsun.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://ayna.az
archiveBu xəbər 15 Aprel 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see623

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see291

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see284

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see273

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see266

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see246

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see243

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see239

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see234

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see225

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see224

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see212

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see201

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see200

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see200

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see199

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see191

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see181

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see180

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri