Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Şərurdan Dərələyəzə

Şərurdan Dərələyəzə

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Şərur deyəndə ilk ağlımıza gələn yallı olur. Bu qədim torpağın əsrlərlə yaşatdığı və simvolu halına gəlmiş yallı. Dahi bəstəkar Üzeyir Hacıbəyli Şəruru "Azərbaycan folklor mədəniyyətinin beşiyi" adlandırırdı. Xalq artisti Əminə Dilbazi isə xatirələrində yazırdı: "Yallı mənbəyimiz Naxçıvanda - Şərur torpağındadır".

Şərurun barlı bağlarında, bərəkətli torpaqlarında da sanki yallının səsi duyulur. İnsanlar əl-ələ verib, zəhmət çəkib, torpaqdan min bərəkət hasil edirlər. Zəhmətin, birliyin, qarşılıqlı yardımlaşmanın, torpağa bağlılığın rəmzi əlamətləri folklora da yansıyıb. Beləcə, yallı bu torpaqda ayaq tutub, bərkiyib, məktəb yaranıb: yallı məktəbi.

Şərur Mədəniyyət Sarayının önündən bir səs ucalır. Bu səsə yoldan ötənlər ayaq saxlayıb tamaşa edir. Yaşlılardan ibarət "Nurani" Yallı Ansamblının nuraniləri ağır-ağır yallı gedir - "İrəvani" yallısı. Hər elementində bir məna, bir estetik zövq, bir millilik, tarixilik və birlik var. Şərur Xalq Yallı Ansamblı həm də Qərbi Azərbaycan yallılarını yaşadır. Biz bu yallını 2023-cü ildə Naxçıvanda keçirilən "Qərbi Azərbaycana qayıdış" konqres-festivalında da izlədik. Ruhumuzu ovsunlayan "İrəvani" yallısını "Nurani"nin ifasında izləmək ayrı zövq verirdi insana.

Milli irs məhz belə qorunur. Böyükdən-kiçiyə. Səhnəyə gənclərdən ibarət Şərur Xalq Yallı Ansamblı çıxır. Dərələyəzin "Ələyəz" yallısı ilə. Yenə səs ərşə qalxıb, insanın ruhuna birlik, mübarizlik, qayıdışa inam hissini qatır. Bir zamanlar Şərur-Dərələyəz qəzası İrəvan quberniyasının tərkibində olub. Qədim Azərbaycan torpaqlarında adət-ənənələr, folklor nümunələri də təbii olaraq yanaşı inkişaf edib, qorunub. Dərələyəz torpaqları, İrəvan mahalı tarixi gedişatda ermənilərin fitnəsi ilə qəsb olunsa da, öz tarixi torpaqlarından deportasiya olunanlar milli irsi abidə kimi qoruyub yaşadıblar. Azərbaycanın müxtəlif bölgələrində və daha çox qonşu Naxçıvanda məskunlaşan Qərbi azərbaycanlılar el şənliklərində, müxtəlif mərasimlərdə adətlərini yaşatmaqla yeni nəslə ötürüblər. Və budur, biz bu gün yallının beşiyi Şərurda Qərbi Azərbaycana məxsus el yallılarını böyük şövq və sevgi ilə izləyirik. Şərur Xalq Yallı Ansamblının bədii rəhbəri, Azərbaycan Respublikasının Əməkdar artisti Əfsər Novruzov deyir ki, ötən il Batabatda keçirilən "Qərbi Azərbaycana qayıdış" festival-konqresində kollektivin ifası rəğbətlə qarşılandı. Gələn qonaqlar da yallı gedənlərin sıralarına qoşuldu. Bu festival həm də sarsılmayan birliyimizin göstəricisi idi. Hamı bir oldu, birlik oldu. Bu şənliyin, əzəli yurd yerlərimizə çağırışın sədaları, əlbəttə ki, dağların o biri üzündə də əks-səda verdi...

Repertuarımızda olan "Ağbaba", "İrəvani", "Ələyəz", "Qənimo", "Hoynəri" yallılarıdır. Təbii ki, yeniləri də əlavə olunacaq. Məqsədimiz Qərbi Azərbaycan yallılarını yaşatmaq və təbliğ etməkdir. Qərbi Azərbaycan yallılarını sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənli nota köçürüb və bizə də təqdim edib. Həmin notlar əsasında kollektiv çalışıb. Mənim özümün də ata-babalarımızdan yaddaşımda qalanlar var idi. Beləcə, birgə əməyin nəticəsi olaraq biz bu yallıları meydana çıxardıq və festivallarda da yüksək qarşılandı. Qarşıda duran əsas məqsədlərdən biri erməni plagiatına məruz qalmış yallıları da repertuara daxil etməkdir.

Bu qayıdış bir başqa olacaq. Silahla, topla, atəş səsləri ilə deyil, gül-çiçəklə, musiqi sədaları və yallı ilə... Bu gün Şərurda səsi ərşə bülənd olan yallı havaları İrəvanda, Dərələyəzdə, Göyçədə eşidiləcək. Yallının sıralarında birləşən əllər kimi birlik olduqca, qayıdışımız da bir o qədər tezləşəcək...

Ruhiyyə RƏSULOVA

"Şərq qapısı" qəzetinin məsul katibi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Aprel 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see560

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see547

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see540

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see474

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see459

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see436

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see368

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see360

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see353

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see330

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see320

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see312

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see307

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see302

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see301

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see294

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see293

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see293

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see280

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see279
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri