Icma.az
close
up
RU
Səs terapevti İlhamə Babayeva: Ətrafdakı ən kiçik qum dənəsindən tutmuş nəhəng göy cisimlərinə qədər hər şey səslənir MÜSAHİBƏ

Səs terapevti İlhamə Babayeva: Ətrafdakı ən kiçik qum dənəsindən tutmuş nəhəng göy cisimlərinə qədər hər şey səslənir MÜSAHİBƏ

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 19 avqust, Anara Axundova, AZƏRTAC

AZƏRTAC Azərbaycanda yoqa və ruhi təcrübələr sahəsində fəaliyyət göstərən mütəxəssislərlə müsahibələr silsiləsini davam etdirir. Növbəti müsahibimiz musiqiçi, səs terapevti, Azərbaycanda ilk Səslə Müalicə və Vokal Yoqa Mərkəzi - “Studio Om Shri”nin təsisçisi, transformasiya kurslarının rəhbəri İlhamə Babayevadır.

- İlhamə xanım, səs terapiyasından bəhs edin.

- Səs terapiyası unudulmuş və indi yenidən bərpa olunan çox qədim bir sənətdir. Elm təsdiq edir ki, hər bir hüceyrəmizin, orqanlarımızın öz səs tezliyi var. Bu o deməkdir ki, bizim düşüncələrimiz də ona malikdir.

Əslində bütün insanlar səs terapiyası ilə məşğul olurlar. Səs ilə məşğul olmayan insan yoxdur. Biz yarpaqların xışıltısına, yağışın səsinə, quşların nəğməsinə qulaq asırıq... Ətrafımızda hər şey - ən kiçik qum dənəsindən tutmuş nəhəng göy cisimlərinə qədər səslənir. Səs terapiyası həyatın ən əsas, ayrılmaz hissəsidir və biz hamımız onunla təmasda oluruq.

- Səs terapiyasına necə gəldiniz?

- Musiqi həmişə həyatımın bir parçası olub, çünki ailəmdə hamı musiqi alətlərində ifa edirdi. Eyni zamanda ailə üzvlərim parapsixologiya və ezoterizm üzrə təhsil alırdı. Yəni mən, mənəvi inkişafları ilə maraqlanan insanların əhatəsində böyümüşəm. Mənim üçün mənəvi yolumun, mənəvi inkişafımın əsasını formalaşdıran ilk müəllimlərim valideynlərim olub. Mən buddizmlə tanış oldum, meditasiyalar, özünütanıma ilə məşğul olmağa başladım, müxtəlif tədqiqatlarla maraqlanırdım. Bu üçölçülü dünya heç vaxt mənim üçün kifayət etmirdi, hiss edirdim ki, bundan kənarda nəsə var və onu öyrənmək istəyirdim. Bu axtarış məni musiqiyə, xüsusən də səslərə aparırdı.

Praktiki fəaliyyətim 2017-ci ildə başladı. Son altı ildə Azərbaycanda səs terapiyasını fəal şəkildə inkişaf etdirirəm. Bu gün bu istiqamətdə fəaliyyət göstərən səs terapevtlərinin əksəriyyəti mənim tələbələrimdir. Mənim əsas vəzifəm, demək olar ki, missiyam səs terapiyası və zehni iş vasitəsilə insanların həm yaradıcı, həm də həyati potensialını reallaşdırmaq, özünü ifadə etmək, həyatdakı rollarını öyrənə bilmək üçün şərait yaratmaqdır.

- Bu necə işləyir?

- Rezonans terapiyası var burada rezonanslı alətlər - Tibet kasaları istifadə olunur. Bu alətlər sizinlə harmoniyada bədəninizi diaqnostika edir, sizə nə baş verdiyini söyləyir və ritmlərinizi, bədənin daxili tezliklərini bərabərləşdirir. Bu gün səs terapiyasında mən onun müxtəlif formatları ilə məşğulam.

- Son zamanlar fiziki və ruhi təcrübələr getdikcə populyarlaşır. Siz bunu necə izah edə bilərsiniz?

- Veda mədəniyyətində belə bir anlayış var – “oyadılmış şüur” və “yatan şüur”. İndi gedən prosesdə biz yuxu vəziyyətindən oyanış vəziyyətinə keçirik. Buna görə də insan ruhi təcrübələrin dəyərini anlayır.

- İlhamə, hər kəsin gündəlik edə biləcəyi və həyat keyfiyyətini yaxşılaşdıracaq səs terapiyası sahəsindən sadə bir məsləhət verə bilərsinizmi?

- Meditativ vəziyyətə necə tez girmək olar? Ətrafınızda baş verən hər şeyi burada və indi qulaq asmağa başlamalısınız. Maşınların uğultuları, istənilən səslər. Başınızdakı səs-küy dərhal dayanır. Nə səs-küy olursa-olsun, biz dinləməyə və eşitməyə başlayan kimi kəsilir. Bu vəziyyətdə olarkən biz dünyaya açığıq.

- Söhbətimizin lap əvvəlində siz dediniz ki, hər şey səslənir - ən kiçik qum dənəsindən tutmuş göy cisimlərinə qədər. Maraqlıdır, Azərbaycan torpağı necə səslənir? Ondan hiss etdiyiniz bir növ səs və ya ritm varmı?

- Bizim torpaq çox ritmikdir. Azərbaycanın bütün ərazisinə baxsanız, o qədər müxtəlif rənglər var ki! Aranlarımız, dağlarımız, dənizimiz, meşələrimiz, hətta bəzi yerlərdə səhralarımız, palma ağaclarımız, şam ağaclarımız var... Yəni çoxlu müxtəlif ritmlər var, ona görə də musiqimiz də ritmikdir. Əbəs yerə muğam bizim torpağımızda yaranmayıb.

Yəni torpağımızın ruhu belə səslənir. Bu da bizim hara can atdığımızın göstəricisidir. “Muğam” sözü “maqam” sözündən gəlir – bu, insanların can atdığı müəyyən yerdir. Yəni bu, yuxarıya doğru hərəkətdir, ruhun yüksəlmək, mənəviləşmək və şüurun ən yüksək məqamlarına çatmaqla bağlı dərin istəyidir. Əslində, biz Azərbaycan torpağında yaşadığımız üçün çox şanslıyıq, çünki o, özümüzü geniş miqyasda təzahür etdirməyə imkan verən enerji ilə doludur.

Eksperiment olaraq İlhamə mənim üçün qısa bir səs terapiyası seansı keçir. Bu prosesdə yaranan titrəyişlər bədənə nüfuz edir. Mən səsin sümüklərdə və daxili orqanlarda əks-səda verdiyini hiss edirəm. Bu cür səs masajı özünəməxsus hiss və vəziyyət yaradır. Seansdan sonra özümü inanılmaz dərəcədə dincəlmiş his edirəm, baxmayaraq ki, biz cəmi on beş dəqiqə məşğul olduq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Avqust 2025 08:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see220

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see158

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri