Icma.az
close
up
RU
Səsin sehri, radionun gücü: Gənc alimlərin dərsliyi medianın gələcəyinə işıqdır

Səsin sehri, radionun gücü: Gənc alimlərin dərsliyi medianın gələcəyinə işıqdır

Icma.az, Sherg.az saytına istinadən bildirir.

“Radio jurnalistikası” əsəri Azərbaycan radiosunun 100 illik yubileyinə ən layiqli töhfədir

    Radio dünənimizdən bu günümüzə, bu günümüzdən sabahımıza bir körpüdür. O, qəlbimizin duyğusu, qulaqlarımızın səsi, mənəviyyatımızın, mədəniyyətimizin qalasıdır. Radio həmçinin evlərin istilik və ünsiyyət məkanıdır. Xalq və dövlət arasında körpü olan radio, sənətkarların, şairlərin, alimlərin səsidir. 

  Bu günlərdə BDU-da gənc alimlərimizdən Aynur Nəsirovanın və Xatirə Hüseynovanın “Radio jurnalistikası” adlı dərsliyinin təqdim etmə mərasimi oldu. Mərasim haqqında dövri mətbuat çox geniş və maraqlı informasiyalar verdiyi üçün, mən əsərin özü barədə fikirlərimi bildirmək istərdim. Əvvala onu qeyd edim ki, “Radio jurnalistikası” əsəri Azərbaycan radiosunun 100 illik yubileyinə gözəl bir töhfədir. Çünki, bu 100 illik tarix sadəcə bir texniki yol deyil, xalqımızın həyat tərzinin və kimliyinin səsidir. Yuxarıda qeyd etdiyimiz kimi, radio keçmişlə bu günü birləşdirən körpü, gələcəyə aparan yoldur. O, dəyişir, yenilənir, rəqəmsallaşır, amma həyatımızdan silinmir. Radio bizimlədir-qulaqlarımızda səs, qəlbimizdə duyğu, yaddaşımızda tarix olaraq qalır. Bu gün bir media sistemi kimi, onun ən böyük vəzifəsi milli irsimizi qorumaq, yaşatmaq, gənc nəsli milli-mənəvi dəyərlərə bağlı böyütmək və ən əsası qlobal informasiya məkanında öz yerini qoruyub saxlamaqdır. Gələcəkdə Azərbaycan radiosunun həm ənənəvi səsli yayım, həm də rəqəmsal media platforması kimi inkişaf etməsi reallıqdır. Çünki radio sadəcə xəbər yox, səsi ilə insanları birləşdirən emosional bağdır. 

    “Radio jurnalistikası” əsərini oxuyarkən bir daha əmin oldum ki, əsərin belə samballı və mükəmməl olmasında ilk növbədə, onun elmi redaktoru, məsləhətçisi, görkəmli radio-televiziya mütəxəssisi, filologiya elmləri doktoru, professor, BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmlinin əməyi danılmazdır. Professor “Radio-dünyanın səs yaddaşı” adlı başlıqda yazır ki, “Bu gün bəşəriyyət öz tarixində heç vaxt görünməz bir dövrü-informasiya bolluğu mərhələsini yaşayır. Bu bolluqda ən çevik informasiya daşıyıcılarından biri də radiodur”. Professor tamamilə haqlıdır. Mən də radionun iş faliyyətinə həm nəzəri, həm də təcrübü baxımdan bələd olduğum üçün əminliklə deyə bilərəm ki, radio təkcə media sistemində deyil, o həm də cəmiyyətdə öz təsirini, varlığını, gərəkliliyini, cazibə qüvvəsini qoruyub saxlayan bir vasitədir. Onu daha cazibəli, gərəkli etmək üçün radio mütəxəssislər, nəzəriyyəçi alimlər yorulmadan çalışırlar, bunun yollarını arayıb-axtarırlar, tövsiyyələrini verirlər. Belə əsərlərdən biri də “Radio jurnalistikası” dərsliyidir.

     Gənc alimlər əsərdə ilk olaraq “Radiojurnalist hansı vərdişlərə yiyələnməlidir?” sualına ətraflı və mükəmməl cavab verirlər. Onlar ilk gündən Jurnalistika fakültəsinin tələbələrində radiojurnalistikaya həvəs, maraq, sevgi oyatmaq üçün bu sehirli aləmin özünəməxsusluqlarını öyrədirlər. Bunun üçün dərslikdə radionun mahiyyəti, incəlikləri, görüntü olmadan yalnız səsin köməyi ilə təsvir etmək, dinləyici auditoriyasını cəlb etmək və ən əsası müasir dövrün tələblərinə uyğun olaraq onlayn radioproqramın yaradılması, sayta yüklənməsi yolları göstərilir. Əsərlə tanışlıq zamanı hiss edilir ki, müəlliflərin radiojurnalistika sahəsində zəngin təcrübələri var və həmin təcrübəni, radionun sirli-sehirli aləmini, özünəməxsusluğunu ustalıqla tələbələrinə öyrədirlər. Elə buna görə də gənc alim -pedaqoqlar A.Nəsirova və X.Hüseynova “Radio jurnalistikası” dərsliyində “çağdaş radionun dolğun obrazını” canlandırmaqla yanaşı gələcəkdə də daha mükəmməl inkişaf etdirməyin müasir yollarını, üsullarını təqdim ediblər. 

     Bu gün elmin-texnikanın sürrətlə inkişafı nəticəsində, nəyinki günbəgün, hətta anbaan radio jurnalistikası “həm məzmun, həm də texnoloji baxımdan dəyişir, yenilənir”. Bu yeniliyə nail olmaq və dinləyici auditoriyasını cəlb etmək üçün radiojurnalistlər də daima yeni forma axtarışındadır. Həmin axtarışların yollarını və tədbiqini “Radio jurnalistikası” dərsliyi tələbələrə öyrədir. Elə müəlliflər də dərsliyi “tələbələri müasir radio işi ilə tanış etmək üçün” yazıblar. 

 Gərgin iş, zəhmət bahasına başa gələn dərslikdə bir daha vurğulanır ki, “media sisteminin ən operativi radiodur”. Bu radionun mobilliyindən irəli gəlir o, hər yerdə əlçatandır, bütün gün ərzində insanlarla canlı ünsiyyət qurur. Avtomobildə, evdə, işdə, səyahətdə bir sözlə hər yerdə bizə yol və qulaq yoldaşı olan radionu “əvəzedilməz” adlandıran müəlliflər yanılmırlar. Doğrudan da radio auditoriya üçün çox rahat, əlçatan kütləvi informasiya vasitəsidir. Onu dinləmək üçün işindən-gücündən qalmırsan. Əksinə onları yerinə yetirə-yetirə radiodan informasiya alırsan, maarifləndirici və bilgiləndirici materiallarla tanış olursan, hisslərinə və duyğularına təsir edən, ruhunu dincəldən musiqilər dinləyirsən. Bir anlıq da olsa qayğılardan, gündəlik stresdən “yaxa qurtarırsan”. Deməli, dinləyicisinin təxəyyülünə birbaşa təsir edən “radioyayımın psixoloji təsiri şübhəsisizdir”. 

 Yola saldığımız 20-ci yüzilliyin sonlarından və yenicə qədəm qoyduğumuz 21-ci yüzilliyin əvvəllərindən başlayaraq “radio televiziyaya uduzmamaq üçün əlindən gələni edir” fikri daha çox vurğulanır. Bu “mübarizə” nəticəsində hər ikisi də mükkəmmələşir. Burada bir faktı da qeyd etmək yerinə düşərdi ki, ötən əsrin sonlarında bəzi mütəxəssislər belə bir iddiada idilər ki, televiziyanın populyarlaşması radioya marağı azalda bilər. Əksinə son 20-30-il ərzində aparılan sosioloji tədqiqatların nəticələrindən belə aydın olur ki, “əhalinin 90 faizi radioya üstünlük verir”. KİV sistemində mühüm yeri və rolu olan radio və televiziya dünən də, bu gün də rəqabət şəraitində fəaliyyətlərini davam etdirirlər. Görkəmli alim, professor Qulu Məhərrəmli bu rəqabəti “olduqca effektli rəqabət” adlandırır. Doğru söylənilən bir fikirdir. Çünki hər ikisi daha yaxşı işləmək və liderliyi ələ almaq üçün işlərini yüksək səviyyədə qurmağa çalışırlar, yeniliklər uğrunda mübarizə aparırlar.

    “Radiojurnalistikanın zamanla sıx bağlı olduğunu” vurğulayan müəlliflər əsərdə radionun bu gün media sistemində öz yerini və rolunu qoruyub saxlamaq üçün çox ciddi rəqabət apardığını, bu rəqabətə necə davam gətirdiyini də açıqlayırlar. Müəlliflər bu sahədə dünya təcrübəsinə də nəzər salırlar. Onalar yazırlar ki, “Birləşmiş Ştatlarda radiostansiyalar televiziyadan daha gəlirli hesab olunur. Sözügedən ölkələrdə 10-15 ildə radiostansiyaların sayı xeyli artıb”. A.Nəsirova və X.Hüseynova buna səbəb olaraq “radionun ilk növbədə, dinlənmə şəraitinin əlverişli olmasını” vurğulayırlar. 

  Ümumiyyətlə əsərdə dünya alimlərinin, mütəxəssislərinin fikri və təcrübələrinə geniş yer verilib və onlardan bəhrələnməyin yolları da göstərilib. Onlar “dünya radioyayımında gedən ən müasir tendensiyaları, qabaqcıl radioların təcrübəsini əks etdirən” nüyansları verməklə “dərsliyin dəyərini” artırıblar. Müəlliflər bununla yanaşı əsərdə radionun media sistemindəki rolundan tutmuş, bu günkü müasir radionun vəzifələrini, etik və hüquqi problemlərini, proqramlaşmanı və s. məsələləri geniş çəkildə tələbəyə şərh edirlər. 

    Əsərin quruluşu haqqında da fikrimi bildirmək istərdim. Əsərdə dərsliyin qarşısında qoyulan tələblərə düzgün əməl edilib. Hər bir mövzu haqqında ayrı-ayrılıqda sualllar, tapşırıqlar və ədəbiyyat siyahısı verilib. Bu tələbənin işini daha da yüngünləşdirir. O, hər bir mövzu haqqında geniş informasiya və bilgi əldə etmək, ona ünvanlanan suallara cavab vermək üçün həmin ədəbiyyatdan bəhrələnir. 

     Əminliklə bildirirəm ki, müasir dövrün tələblərinə uyğun yazılan “Radio jurnalistikası” əsəri yalnız jurnalistika ixtisasında təhsil alan tələbələrin deyil, bütün radiosevərlərin stolüstü kitabı olacaqdır. 

Sevil Həsənova,

Filologiya elmləri doktoru. 

BDU-nun Multimedia və elektron 

Kommunikasiya kafedrasının professoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Dekabr 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see376

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see253

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see203

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see195

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see176

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see165

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see154

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see151

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see144

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see142

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see140

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see137

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see135

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see134

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see133

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri