Icma.az
close
up
RU
Səssiz iflas: Hər 2 nəfərdən birinə təsir edir Yorğunluq, dəri problemləri, çəki artımı

Səssiz iflas: Hər 2 nəfərdən birinə təsir edir Yorğunluq, dəri problemləri, çəki artımı

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İşlənmiş qidalar və şüursuz əlavələrin istifadəsi qaraciyərin təbii detoks qabiliyyətini zorlayaraq, səssizcə yağlanmasına səbəb olur. Bu vəziyyət yalnız çəki problemi deyil, eyni zamanda xroniki xəstəliklərin qapısını açan ciddi bir sağlamlıq böhranına çevrilib. Bədənin verdiyi yorğunluq, dəri dəyişiklikləri və metabolik siqnalları yüngül hesab etməyin; qaraciyərinizi qorumaq sizin əlinizdədir.

Qaynarinfo xəbər verir ki, işlənmiş qidalar və şüursuz əlavələrin - dərmanların istifadəsi qaraciyərin təbii detoks qabiliyyətini zorlayaraq qaraciyər yağlanmasına səbəb ola bilər.

Müasir sürətli həyat tərzində, "praktik” görünən qidalanma vərdişləri və təsadüfi istifadə edilən əlavələr-dərmanlar, bədənin ən böyük laboratoriyası olan qaraciyəri səssiz bir iflasın ətəyinə sürükləyir.

Cəmiyyətdə tez-tez rast gəlinən qaraciyər yağlanması artıq yalnız "çəki problemi” deyil, xroniki xəstəliklərə dəvət çıxaran ciddi bir ictimai sağlamlıq böhranına çevrilib. Müasir elmi məlumatlar göstərir ki, Azərbaycanda hər iki insandan biri qaraciyər yağlanması problemi ilə üzləşir.

Qaraciyər səssiz ağlayır

İnteqrativ Tibb və Fizioterapiya mütəxəssisi Dr. Mehmet Portakal mövzu ilə bağlı bildirib ki, qaraciyər sağlamlığı yalnız həzm sistemi ilə deyil, bütün bədən mexanizmi ilə birbaşa bağlıdır. Qaraciyəri "bədənin enerji mərkəzi və təmizlikçi işçisi” kimi təsvir edən Dr. Portakal belə deyir:

"Qaraciyər, bərpa qabiliyyəti ən yüksək orqanımızdır, lakin bu qabiliyyət limitsiz deyil. Yanlış qidalanma (xüsusilə yüksək fruktozlu qarğıdalı şərbəti və trans yağlar) və ‘təbii’ hesab edilərək nəzarətsiz istifadə edilən bitki qarışıqları, dərman və əlavələr qaraciyər hüceyrələrində yağ yığılmasına (steatoz) səbəb olur. İnteqrativ tibb perspektivindən baxdıqda, qaraciyərdəki bu yük yalnız qaraciyəri deyil, xroniki yorğunluqdan oynaqlarda ağrılara, dəri problemlərindən immunitet zəifliyinə qədər bütün sistemi təsir edə bilər".

Xəstəliyin 4 kritik dərəcəsi

Dr. Mehmet Portakal xəstəliyin irəliləməsini və bədəndə yaratdığı ziyanı 4 mərhələdə təsnif edir:

* 1-ci dərəcə (Sadə yağlanma): Qaraciyər hüceyrələrində az miqdarda yağ yığılır. Adətən simptom vermir, həyat tərzi dəyişiklikləri ilə tamamilə geri dönə bilər.

* 2-ci dərəcə (Alkoqolsuz steatohepatit – NASH): Yağlanmaya iltihab qoşulur. Qaraciyər toxuması zədələnməyə başlayır.

* 3-cü dərəcə (Fibrozis): Davamlı iltihab səbəbindən qaraciyərdə sərtləşmə və çapıq toxuması əmələ gəlir. Funksiya itkiləri nəzərə çarpır.

4. 4-cü dərəcə (Siroz): Qaraciyər toxumasının böyük hissəsi çapıq toxumasına çevrilib. Bu mərhələ geri dönüşü çətin, həyati risk daşıyan son mərhələdir.

Bədənin verdiyi siqnalları yüngül saymayın!

Qaraciyər yağlanmasının adətən "səssiz” irəlilədiyini bildirən Dr. Portakal, diqqət yetirilməsi lazım olan simptomları belə sıralayır:

* Keçməyən yorğunluq və halsızlıq: Səhərlər yataqdan qalxmaqda çətinlik və xroniki enerji düşüklüyü.

* Sağ üst qarın bölgəsində dolğunluq: Qaraciyərin böyüməsinə bağlı olaraq sağ qabırğa altında hiss edilən küt ağrı və ya təzyiq.

* Dəri dəyişiklikləri: Dəridə qaşınma, sızanaq, göz ağlarında azacıq saralma və ya ovuc içlərində qızartı.

* Metabolik problemlər: Sürətli çəki artımı, qarın bölgəsində yağlanma və insulin müqaviməti.

Qaraciyərinizi qorumaq sizin əlinizdədir!

Dr. Mehmet Portakal bildirir ki, qaraciyər yağlanmasının qarşısı alınabilir; fərdi qidalanma planları, düzgün planlaşdırılmış fiziki aktivlik və həkim nəzarətində tətbiq olunan bütüncül detoks metodları ilə qaraciyər sağlamlığı qoruna bilər:

"Şüursuz istifadə edilən hər bir dərman və hər yanlış qida, qaraciyəriniz üçün əlavə yükdür. Qaraciyəriniz sağlamlığını bərpa etdikdə, enerjiniz və həyat keyfiyyətiniz artacaq".

Qaraciyəri dəstəkləyən təbiət yolu

Dr. Mehmet Portakal qeyd edir ki, qaraciyəri qorumaq üçün yalnız zərərli qidalardan qaçmaq kifayət deyil, onu dəstəkləmək lazımdır. Phase I və Phase II detoksifikasiya yollarını dəstəkləmək üçün enginar, dəvə dikəni və zərdəçal kimi bitki dəstəkləri, həmçinin evdə hazırlanan xüsusi qarışıq tövsiyə edir.

Tərkibi:

* 1 ədəd orta boy qırmızı çuğundur (kiçik doğranmış)

* 1 ədəd yerkökü (kiçik doğranmış)

* Bir ovuc təzə cəfəri

* 1 ədəd limonun suyu

* 1 çay qaşığı toz zəncəfil

* 1 stəkan içməli su

* 1 çay qaşığı bal (istəyə bağlı)

Hazırlanması:

* Bütün tərkibləri (çuğundur, yerkökü, cəfəri, limon suyu, zəncəfil və bal) blenderə qoyun.

* Üzərinə stəkan su əlavə edin.

* Hamar bir konsistensiya əldə edilənə qədər qarışdırın.

* İstəyə bağlı olaraq bir çay qaşığı təbii bal əlavə edin.

İstifadə qaydası: Bu qarışığı səhərlər aç qarına və ya gün ərzində enerji lazım olduqda təzə olaraq içmək tövsiyə olunur. 3-4 gün davamlı istifadədə qaraciyərin yüngülləşdiyini və dərinizin parladığını hiss edəcəksiniz.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 Fevral 2026 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri