Səsvermədə ilk dəfə iştirak edən seçici: Bələdiyyə seçkilərində gənc namizədlərin çoxluğu müsbət haldır
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 29 yanvar, AZƏRTAC
Səsvermədə ilk dəfə iştirak etdiyim üçün bir az həyəcanlıyam, lakin ölkəmizin ictimai-siyasi həyatında iştirak etməyə başladığım üçün sevinirəm. Seçki məntəqəsinə sərbəst daxil olaraq qeydiyyatdan keçdim və bülleteni alıb seçdiyim namizədə səs verdim.
Bu sözləri AZƏRTAC-a açıqlamasında ilk dəfə səsvermədə iştirak edən 18 yaşlı seçici Nigar Quliyeva deyib. O bildirib ki, Azərbaycan yüksələn xətlə inkişaf edən bir ölkədir və onun ictimai həyatında gənclərin iştirakı vacibdir.
“Ölkəmizdə gənclərin inkişafı üçün geniş imkanlar var. Yaradılan şəraitdən istifadə edən gənclərin bələdiyyə seçkilərində də namizəd kimi iştirakı müşahidə olunur. Bələdiyyə seçkiləri ictimai-siyasi həyatda fəal iştirak üçün ilk addımdır. Bu baxımdan bələdiyyə seçkiləri zamanı səsvermədə iştirak etmək vacibdir”, - deyə gənc seçici vurğulayıb.
Nigar Quliyeva gəncləri səsvermə prosesində fəal iştirak etməyə səsləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 30 Yanvar 2025 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















