Icma.az
close
up
RU
Səttar Möhbalıyev: Nəqliyyat dəhlizinin faydasını bütün region ölkələri görəcək

Səttar Möhbalıyev: Nəqliyyat dəhlizinin faydasını bütün region ölkələri görəcək

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 9 avqust, AZƏRTAC

Azərbaycan özünün milli maraqlarının qorunması üçün Amerika Birləşmiş Ştatları ilə ən yüksək səviyyədə münasibətlərin qurulmasında, əlbəttə ki, çox maraqlıdır. Bu baxımdan Prezident İlham Əliyevin ABŞ Prezidentinin dəvətilə Vaşinqtona işgüzar səfəri son dərəcə önəmli bir hadisədir. Diqqətəlayiq haldır ki, avqustun 8-də dövlət başçısı Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə verdiyi müsahibədə bu səfərin nəticələrini çox yüksək qiymətləndirib. Qeyd olunub ki, məhz bu səfərlə ABŞ-Azərbaycan münasibətlərində yeni əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi açılır. Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün Strateji İşçi Qrupun yaradılması da bu istiqamətdə atılmış çox mühüm addımdır. Əlbəttə ki, ölkələrimiz arasında münasibətlərin bundan sonra səmimi əsaslar üzərində inkişaf edəcəyini nümayiş etdirən mühüm məqamlardan biri də ədalətsizlik simvolu olan 907-ci düzəlişin ləğv olunmasıdır. Öz müsahibəsində bu məsələyə toxunan Prezident İlham Əliyev bildirdi ki, 1992-ci ilin oktyabr ayında Azərbaycanın ədalətsiz şəkildə ABŞ Konqresi tərəfindən məruz qoyulduğu bu sanksiyanın bu gün birbaşa Azərbaycan Liderinin iştirakı ilə ləğv edilməsi tarixi hadisədir və çox rəmzi xarakter daşıyır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev söyləyib.

Milli Məclisin deputatı daha sonra Vaşiqtonda imzalanmış “Azərbaycan Prezidentinin və Ermənistanın Baş nazirinin Vaşinqton şəhərində keçirilmiş görüşünə dair” Birgə Bəyannamənin əhəmiyyətini vurğulayaraq bunları deyib: “Avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyanat Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması yolundakı əngəllərin əksəriyyətinin aradan qaldırıldığını təsdiq edir. Onlardan biri ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı idi. Hansı ki, dünən Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ATƏT-in Baş katibinə bununla bağlı müraciət imzaladılar. Əslində İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu təşkilat demək olar ki, iflic vəziyyətinə düşmüşdü və onun ləğvi dərhal baş verməli idi. Çünki Azərbaycan bütün məsələləri beynəlxalq hüquq çərçivəsində özü həll etdi, Qarabağ münaqişəsi, Azərbaycan-Ermənistan münaqişəsi hərbi-siyasi yollarla öz həllini tapdı. Birgə Bəyannamədə əks olunan və Azərbaycanın mövqeyini göstərən daha bir önəmli müddəa – Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz çıxışın olmasıdır. Bu, həm də Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı öhdəlikdə də nəzərdə tutulub. Prezident İlham Əliyevin dediyi kimi, ölkəmizin iki hissəsi arasında təhlükəsiz keçidin yaranması daha geniş region, hətta Ermənistanın özü üçün də çoxlu imkanlar açacaq. Ermənistan tranzit ölkəyə çevrilə bilər. Lakin buna yalnız Azərbaycan vasitəsilə nail ola bilər. Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) başqa bir tarixi nailiyyət olacaq və bütün region ölkələri bunun faydasını görəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Avqust 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri