Icma.az
close
up
RU
Sevdiyim Nüşabə Sadıxlı və unuda bilmədiyim Santyaqo Tərlanə Yaqubqızı yazır

Sevdiyim Nüşabə Sadıxlı və unuda bilmədiyim Santyaqo Tərlanə Yaqubqızı yazır

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gərgin iş həftəsinin sonunda tələbəlik illərindən tanıdığım və hörmət etdiyim Nüşabə Sadıxlının milli kitabxanaya təşrif buyurması bütün yorğunluğumu canımdan çıxardı. Nə gizlədim, bir vaxtlar müəllimim olmuş bu gözəl xanımın söhbət əsnasında  mənə dəfələrlə "canım", "ürəyim" deməsi  elə xoşuma gəldi ki!

İstədim deyəm ki, o, özü bir vaxtlar biz tələbələrin canı və ürəyi olub. Həmişə onun dərs saatlarını intizarla gözləmişik, mühazirələrini sevə- sevə dinləmişik, bir sözlə, onunla görüşə can atmışıq.

Yay tətilində bizə nə az, nə çox, düz yüz əlli addan ibarət dünya ədəbiyyatına aid əsər oxumağı tapşırmışdı. Onların arasında mənə ən darıxdırıcı gələn Ceyms Oldriçin  az qala səkkız yüz səhifədən ibarət olan qalın cildli, yaşıl üzlü "Diplomat" əsəri idi. Etiraf edim ki, bu əsəri lap canımı dişimə tutaraq oxumuşdum. Amma  Heminqueyin "Qoca və dəniz" əsərini sevərək mütaliə etmişdim. Bu siyahıda Cek Londonun "Martin İden"ini,  Abbat Prevonun "Manon Lesko"sunu, Drayzerin "Amerika faciəsi"ni, "Cenni Herhardt"ını, Hötenin "Gənc Verterin iztirabları"nı, Markesin "Gözlənilən bir qətlin tarixçəsi"ni də çox bəyənmişdim.

Sentyabr ayında hamı doğma universitetə qayıtdı. Yeni tədris ilində tapşırığa əməl etməyib tətili boş- boşuna keçirən tələbələr məhşər ayağına çəkiləcəklərini zənn edib həyəcan keçirirdilər. Mənim isə heç nə vecimə deyildi. Özümə arxayın idim.Çünki kifayət qədər kitab oxumuşdum. Amma növbə mənə çatanda istər- istəməz mən də təlaş hissi keçirdim. Nüşabə xanım mənə qəfil sual verdi:

- "Qoca və dəniz" əsərində qocanın adı nə idi?

Tutulub qaldım. Beynim sanki tormozlanmışdı. Qoca balıqçının adını heç cür xatırlaya bilmirdim. 

Sevimli müəllimimiz üzümə elə baxdı ki, xəcalətdən gizlənməyə yer axtardım. Elə bildim indicə məni danlayacaq, "Bəs əsəri necə oxumusan?" -deyə, qəzəblə soruşacaq. Amma gözlədiyimin tam əksi oldu. Nüşabə xanım mənə inandığını bildirib "əla" qiymət yazdı.

Çünki sevimli müəllimimiz insan psixologiyasına bələd idi. Nə qədər tələbkar olsa da, tələbələrini yaxşı tanıdığı üçün mənə qarşı belə bir jest etdi.

Onun bu jesti ən böyük yaxşılıq idi. O, bu davranışı ilə həm də böyük ürəyə və insanlara qarşı inam hissinə sahib olduğunu ifadə etdi.

Biz Nüşabə xanımdan təkcə dünya ədəbiyyatı dərsini öyrənmədik, biz ondan zəhmətsevərlik, inam, cəsarət, özgüvənlik, daxili intizam, məsuliyyət hissi kimi keyfiyyətlər də mənimsədik.

Müəllimimlə dünənki görüşüm mənə dünyaları bağışladı. Sözarası "O vaxt mən həqiqətən o əsəri oxumuşdum, sadəcə Santyaqo adını unutmuşdum"- deyib, ötənləri yada saldım. Etiraf etdim ki, Santyaqo adını sonradan ekranlarımıza ayaq açan əcnəbi seriallarında dəfələrlə eşitdim. Hər dəfə eşidəndə xəcalət hissi yaşadım. Hətta günlərin birində "Xəbərlər" proqramında Heminqueyin Santyaqo obrazının prototipinin ölməsi xəbərini eşidəndə də məyus oldum. 

İllər sonra düşünürəm ki, Nüşabə Sadıxlı kimi ziyalılardan dərs almaq bizim üçün əsl xoşbəxtlik olub.

Zamanla yaşa doluruq, hafizəmiz korşalır, vaxtilə oxuduqlarımızı, hətta əzbər bildiklərimizi də unuduruq. Amma sevimli müəllimlərimizi heç vaxt unutmuruq.

Bir də özünün dediyi kimi, başqa qocalara bənzəməyən balıqçı Santyaqonu yəqin ki, ömrümün sonuna kimi unutmayacağam.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://adalet.az
archiveBu xəbər 16 Noyabr 2024 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri