Icma.az
close
up
RU
Sevgi dolu misralar Şair Məmməd Tahirin 70 illik yubileyinə gecikmiş yazı

Sevgi dolu misralar Şair Məmməd Tahirin 70 illik yubileyinə gecikmiş yazı

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağacəfər HƏSƏNLİ

Məmməd Tahirin Naxçıvandan tanıyıram, 40-45 il öncə. Onda cavanca oğlan idi, iki şeiri hansısa qəzetdə (deyəsən, "Ədəbiyyat və incəsənət" idi) dərc olunmuşdu. Həmin o heca vəznində yazılmış şeirlərin ayrı-ayrı bəndləri yadımda qalmasa da, misralarının havası məni necə məftun eləmişdisə, yadımdadı. Şair payıza bələnmiş bir ömrün şirinli-acılı məhəbbət macərasını bədii sözə çevirmişdi. Nostalji duyğuların təzəliyi sevgi dolu misraları pərvazlandırmış, məni ovsununa almışdı...

İndi yaşıdım (bir bayram fərqimiz var) Məmməd də 70-i aşıb, mən də. Hərdənbir kitabxanamda rəfləri bəzəyən, tez-tez vərəqləyib oxuduğum şeir toplularına nəzər yetirirəm. Sayı çox deyil, biri "Könül verdiyim dünya"dır ("Qanun" nəşriyyatı, Bakı, 2022), digəri "Bir azdan Günəş doğacaq" ("Elm və Təhsil" nəşriyyatı). Lap unutmuşdum, Məmməd Tahirin poeziyası və şəxsiyyəti haqqında çıxan məqalələr toplusu da masamın üstündədir. Akademik Möhsün Nağısoydan tutmuş tənqidçi-ədəbiyyatşünas Vaqif Yusifliyəcən xeyli söz adamının "Səmimiyyətin poeziyası" adlanan kitabda məqaləsi var. Ancaq 70 yaşlı şair dostum çağdaş dövrü mətbuatda daha fəaldır. Tez-tez sevdiyi "525-ci qəzet"də, "Ədəbiyyat qəzeti"ndə, "Ədalət"də, "Azərbaycan" və "Ulduz" dərgilərində əsərləri yer alır.

Xaraktercə təvazökar və bir qədər də "ağır oturub batman gələn" Məmməd dostumuz nə haylı-küylü yubiley tədbirlərinə tələsdi, nə də hansısa bir xahişlə kimsənin qapısını döydü. 70 yaş ərəfəsində Naxçıvandan gələn bəd xəbərdən (orada yaşayan oğlunun qəfildən vəfatı) sarsıldı. Biz nə qədər təsəlli versək də (Tofiq Nurəli, Maarif Soltan, Oqtay Abbas və başqaları), şairin qırışığı oğlunun ilinəcən açılmadı. Yalnız çox-çox sonra biz imkan tapdıq "gecikmiş yubileyi" xatırlamağa, Məmməd Tahiri özünə qaytarmağa...

Qələmi yerə qoymadı həssas, kövrək təbiətli Məmməd Tahir. Yenə "525-ci qəzet"də, "Ədəbiyyat qəzeti"ndə silsilə nəğmələri dərc edildi. Şairin sənsizlik sükutu yayın cırhacır istisində adamı dondurdu, qanını damarında titrətdi. "Tut yarpağını yeyən qurd kimi", oxucunun içini yedi sənsizlik. Ancaq "baxanda adamın üzgün halı kənardan sezilsə"də. Ayrılığın min adı hallandı şairin dodaqlarında. Heç bir təsəlli hicran əbədiyyətinin yerini doldurmadı:

...Kirpiyimin altında

İynənin ucu boyda

Donub qalmış buz.

Sənsizlik -

Yarama səpilmiş duz.

Nəfəs kəsən "Sənsizlik" şeirindəndir ("Ədəbiyyat qəzeti", 14 noyabr 2025-ci il). Məmməd Tahirin "Payızı, yağışı, bir də yolları", "Bizim aramızda küləklər əsir", "Mən səni niyə unutdum?"qəlb parçalayan haraylardır. Payız, yağış, yol nostallji duyğular oyadır. Payıza bələnmiş pənbə buludlar yağışa çevrilib göz yaşıtək ayrılıqlara yağır. Eh, yol, yol. Bircə gedər-gəlməzin olmayaydı. Təəssüf ki, çox zaman axırın "ölüm" yoxuşuna dirənir.

Əyilir üfüqə gün aram-aram,

Olur göy üzünün belə halları.

Bir gün dönüb yenə xatırlayaram,

Payızı, yağışı, bir də yolları.

"Bizim aramızda küləklər əsir" şeirində şair yenə payız ovqatına köklənir. Müəllif göynəyə-göynəyə "elə ki, yağışı yağır payızın, bizim aramızda küləklər əsir" - deyir. Yağış arxaya nəinki göylərin soyuğunu, eləcə də dəli rüzgarın qızmarını da gətirir. Misra-misra bu şaxta yalnız yalqız Məmməd Tahiri üşütmür, çoxsaylı oxucusunu da titrədir. Koroğlu demişkən, "titrəyir ağzım içində, dil bir yana, diş bir yana"... Müasir türk lirikasının ən ünlü simalarından birinin sözüdür: "zəmanəsindən şikayətçi olmayan şair görmədim". Eləcə də XVI əsrin ən nəhəng qəhr-qəm şairi Məhəmməd Füzulinin bütün bədbin təsiri bağışlayan qəzəliyyatı nikbinlik əhvalı aşılayır... "Bir sakit gecə" şeirində bu mənzərənin şahidi oluruq:

Bir ana qucağında

mışıl-mışıl uyuyan körpə

Sakit bir küçə,

Sakit bir səfər,

Sakit bir gecə.

Misal çəkdiyimiz sərbəst parçada artıq oxucu bambaşqa bir aləmə düşür. Məmməd Tahir qələm fırçasıyla bütöv günün tam obrazını tabloya alır. Qaranlıq, zülmət gecəni də, səhər işığını da, eyni zamanda küçənin və gecənin səssizliyini də müəllifin diqqətindən yayındırmır. Xoşbəxtlikdən Məmməd öz sözünə tələbkar şairdir, onu misranın və ya bəndin hansı yerində işlətməyini ustalıqla bilir. Buna görə sözlər pərəm-pərəm yeyil, yığcam surətdə mətnin "bətnində" pərvəriş tapır. El-ailə gizlinlərini şeirə şəkən şair qadının ülviliyi qarşısında səcdə qılır, bu dünyayla arasındakı körpünün tağlarının möhkəmliyinə inanır.

Yerlə, göylə aramda

Gözəl bir qadın durur.

Bütün  günü ağlımda

Ağlım canımı alır.

Məmməd Tahir haqqında qeydlərini ümumiləşdirən görkəmli dilçi alim Möhsün Nağısoy yazır: "Məmməd Tahirin lirikasında şairin milli ruha söykənən, mənəvi dəyərlər üzərində köklənən fikirlərinin bədii ifadəsini özündə əks etdirən, insanı bəzən kövrəldən, lakin ona daha çox ümid hissləri bəxş edən şeirləri də aparıcı yer tutur". Filologiya elmləri doktoru Vaqif Yusiflinin də fikirləri maraqlıdır: "Məmmədin şeirlərində işlənən təşbehlər təzədir, bədii təyinlər metaforalar özünəməxsusdur, deyərdim, lap təzədir, kimsə onları şeirlərində işlətməyib". Bu qənaətlərin doğruluğuna və səmimiliyinə şübhə yoxdur!

70 yaş bəlkə də ömrün 70-ci yuxusudur. Yuxun çin olsun, şair!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Noyabr 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see210

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see197

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see192

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see143

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see133

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see132

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri