Icma.az
close
up
RU
Sevimli ZƏHƏR: İndiki uşaqların çoxu yaxın gələcəkdə infarkt, insult olacaq

Sevimli ZƏHƏR: İndiki uşaqların çoxu yaxın gələcəkdə infarkt, insult olacaq

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Həkim-fitoterapevt bildirib ki, hər gün minlərlə valideyn öz övladının gələcəyini məhv edir  


Əlində çips paketi və "Cola" tutan məktəbliləri, tələbələri hər addımda görmək mümkündür. Metroda, avtobusda, təhsil müəssisələrinin qarşısında… Çips və "Cola" azyaşlıların da, yeniyetmə və gənclərin, hətta yaşlı-başlı adamların da gündəlik rasionunun ayrılmaz parçasına çevrilib. Burgerlər, “Xrustyaşiy” çubuqlar da həmçinin. Nə verir, bu süni qidalar bizə? Uşaq anlamır, yeniyetmə israr edir, gənc “kefindən” qalmır, bəs böyüklər, az-çox dünyagörüşü, savadı olan böyüklər, orta yaşlılar niyə bu qidalara həvəs göstərir? 

Səbəb sadədir. Süni qidaların istehsalında istifadə edilən, tərkibinə qatılan xüsusi maddələr var ki, insanlarda asılılıq yaradır. Bu qidaları qəbul etdikcə, orqanizm də ona vərdiş edir və beləcə “tələbat” yaranır. Bunu qidalanma sahəsi üzrə mütəxəssislər təsdiq edir. Rusiyalı terapevt Nadejda Cernışova çipslərin orqanizmə zərərindən və gün ərzində hansı miqdarda çips yemək olar barədə danışıb. Terapevt qeyd edib ki, çips trans yağ və natrium baxımından orqanizm üçün ən zərərli qidadır: “Çipsinin 100 qramında 30 qram yağ, 500 kilokalori var. Yəni əlavə bir qutu çips bədənimizə çoxlu kalori əlavə edəcək. Çipslərin yüksək temperaturda qızardılması zamanı kanserogen təsir göstərən maddələr əmələ gəlir. Çipslərin müntəzəm yeyilməsi xərçəngə tutulma riskini artıra bilər. Bundan əlavə, belə yağlı və çox qızardılmış qidalar qastrit, pankreatit, xolesistit, yəni mədə-bağırsaq traktının bütün xəstəliklərinin kəskinləşməsinə gətirib çıxarır, həmçinin xolesterinin artmasına və aterosklerozun inkişafına kömək edir”. Həkim vurğulayıb ki, bu qida qəlyanaltı hesab edilməməlidir və hər gün yeyilməməlidir: “Deyək ki, ayda bir dəfə 70 qramdan çox olmayan çips yeyilməməlidir. Ya da ayda 2 dəfə hər dəfə 30 qram yeyilə bilər”. 




“Sherg.az” azərbaycanlı həkim-fitoterapevt Füzuli Hüseynovun çipslərin zərəri barədə fikirlərini öyrənib. F.Hüseynov bildirib ki, hər gün minlərlə valideyn öz övladının gələcəyini məhv edir: 

- Dünyada hər gün minlərlə uşaq haqsızlığın qurbanı olur, biz öz əllərimizlə öz uşaqlarımızı həyat təhlükəsi ilə üz-üzə qoyuruq, öz əllərimizlə uşağın immun sistemini məhv edib həyatın ağuşuna atırıq. Əvvəllər valideynlərimiz kişmiş, ərik, alça, əncir qurusu kimi faydalı çərəzləri uşaqların ciblərinə töküb məktəbə göndərərdilər, indi isə uşaqların “çərəz” adı altında çips verirlər. Bəzən də özlərini təmizə çıxarmaq üçün deyirlər ki, “biz almırıq, uşaq özü alır!”. Pulu verən valideyndir, uşağın marketdən, məktəbin yaxınlığındakı kioskdan nə alıb yediyini valideyn bilməlidir də! Çipslər niyə ziyanlıdır, çünki onların, eləcə də digər sintetik çərəzlərin (keklər, pan-keklər, “çubuqlar”, “balıqcıqlar” və sair, bunlar paketlənmiş qidalardır, sənaye üsulu ilə hazırlanır, tərkibinə cürbəcür kimyəvi qatqılar əlavə edilir) hazırlanmasında trans- yağlardan istifadə olunur. Trans yağlar nə deməkdir? Trans yağlar, əsasən neft məhsullarından alınır, şirniyyatlar, tortlar, çipslər bu yağla bişdikdə daha cazibədar görünür, qiyməti də ucuz başa gəlir. Nəzərinizə çatdırım ki, Avropada artıq bu yağların istifadəsi qadağan olunub. Bu yağlar insan orqanizmində tam parçalanmır, damarların mənfəzini tutub qanın normal hərəkətinin qarşısını alır, bu yağlardan daimi istifadə edənlərdə başağrısı, halsızlıq, ürəkbulanma baş verir və ən əsası uşaqların yaşıdlarından əqli cəhətdən geri qalmasına səbəb olur. Trans yağlar damar divarına hopub üst-üstə toplanır, sonda belə insanlar infarkt, insult, ateroskleroz kimi xəstəliklərə daha tez tutulurlar. Belə yağlar həm də bağırsaq xovlarının arasında ilişib qalır, bağırsağın filtr qabiliyyətini pozur və beləliklə də, immunsistemini məhv edir. Üstəlik, çipsləri süni surətdə dadlandırmaq üçün qlütamatlardan istifadə olunur. Bu maddələr isə asılılıq törədir, ağız dadını dəyişir və başqa yeməklər belə insanlara dadsız gəlir artıq, yəni uşaq evdə ananın bişirdiyi heç bir yeməyi sevmir, imtina edir. Hazır qidalara meyl edir, onlardan istəyir.  


Həkim qeyd etdi ki, çipsinin tərkibi ilk baxışda sadə görünür. Deyirsən burada zərərli nə var, kartof, bitki yağı, duz… Amma “sadə” görünənin əsasında insan orqanizmi üçün real təhlükə dayanır. Çipsidə istifadə olunan kartof  yüksək glikemik indeksə malikdir, bu da qan şəkərinin sürətlə yüksəlməsinə səbəb ola bilər.

 İkincisi, çipsinin hazırlanmasında istifadə olunan yağ, adətən trans yağlarla zəngin olur. Bu trans yağlar ürək-damar xəstəliklərinin riskini artıran xolesterol səviyyəsini yüksəldir. Çipsinin hazırlanmasında yüksək istilikdə qızdırılan yağlar istifadə edilir. Bu proses nəticəsində trans yağlar əmələ gəlir. Trans yağlar bədəndə LDL  xolesterolun artmasına və HDL xolesterolun azalmasına səbəb olur. Bu dəyişikliklər ürək-damar xəstəliklərinin riskini xeyli artırır. Bundan əlavə, yüksək dərəcədə qızdırılmış yağlar çipsidə akrilamid adlı karsinojen bir maddənin əmələ gəlməsinə səbəb olur. Akrilamid xərçəng riskini artıra biləcək bir kimyəvi maddədir. Çipsi yüksək kalorili və aşağı qida dəyərinə malik bir qidadır. Bu, həddindən artıq istehlak edildiyi zaman piylənmənin artmasına səbəb olur. Piylənmə bir çox digər sağlamlıq problemlərinə yol açır, o cümlədən ürək xəstəlikləri, 2-ci tip diabet və bəzi növ xərçəng xəstəlikləri. Həmçinin, piylənmənin psixoloji aspektləri də var, məsələn, özünəinamın azalması və depressiya. Uşaqları bu zərərli qidadan uzaqlaşdırmaq mümkündür. Valideynlər mərhələ-mərhələ, qəfil yox, uşaqları meyvə qurularına, hamımızın tanıdığı yerli çərəzlərə - qoz-fındıq, kişmiş, müxtəlif meyvələrin qaxaclarını yeməyə yönləndirməlidir. Bunları daddıqca uşaqlarda onlara qarşı istək yaranacaq, xeyri də inanılmaz olacaq. Uşaqlarda mədə-bağırsaq problemi, qəbizlik aradan qalxacaq, bədən vitamin qəbul etməyə başlayacaq. Uşaqların zehni də inkişaf edəcək, immunitetləri güclənəcək. Yetişkin insan çipsin zərərlərini gözardı edirsə, daha nə deyək?! Heç olmasa, uşaqları qoruyaq. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Fevral 2025 21:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see147

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see139

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri