Icma.az
close
up
RU
Şəxsi istifadə üçün narkotik: “Hüquq mühafizə orqanlarının ayrı ayrı işçiləri bundan sui istifadə edir”

Şəxsi istifadə üçün narkotik: “Hüquq mühafizə orqanlarının ayrı ayrı işçiləri bundan sui istifadə edir”

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

"Zaman-zaman qanunvericilikdə müəyyən dəyişikliklər, təkmilləşdirmələr olur. Məsələn, Cinayət Məcəlləsindəki 234-cü maddəyə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmağa görə məsuliyyət müəyyən edir) 1 bənd əlavə edildi. Əslində, bu məsələlərdə müəyyən yumşalmalar da var. Amma istənilən halda, çox böyük bir təhdidlə üz-üzəyik”.

Bu sözləri “Yeni Sabah”a Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə deyib. 

O bildirib ki, narkotik vasitələrin istifadəsi tamamilə qadağan edilməlidir:

“Narkotik vasitələr çox böyük faciələrə səbəb olur. Bu, ailələrin dağılmasına, genofodun sıradan çıxmasına yönəlmiş bir bəladır. Ona görə də, narkotik vasitələrdən istifadənin ümumiyyətlə qadağan edilməsinin tərəfdarıyam. Təbii ki, bu, qanunvericilikdə bu öz əksini tapıb”. 

Deputat qeyd edib ki, qanunvericiliyə müəyyən düzəlişlər edilir:

“Bəzən hüquq-mühafizə orqanlarının ayrı-ayrı işçiləri bundan sui-istifadə edirlər. Yəni narkotik vasitələrin miqdarı ilə bağlı mübahisəyə səbəb olan məqamlar olur. Hətta məhkəmələrdə bəzən miqdarın dəqiqləşdirilməsindən sonra müttəhimə bəraət faktları da var. İstisna deyil ki, gələcəkdə qanunvericilikdə bu və digər məsələlərlə bağlı təkmilləşdirmələrə gediləcək”.

Xatırlada ki, hazırda , 2025-ci il may ayının 1-nə olan məlumata əsasən, 40 min 231 narkotik asılılığı olan şəxs qeydiyyata düşüb. Onların 1042 nəfəri qadındır.

Cinayət Məcəlləsinin 234-cü maddəsi qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmağa görə məsuliyyət müəyyən edir. Həmin maddəyə qeyddə “narkotik vasitələrin və ya psixotrop maddələrin şəxsi istehlak miqdarı” anlayışı var. Miqdarın müxtəlif ölçüləri var. Məsələn, heroin 0.15 qram, qurudulmuş marixuana 5 qram.

Həmin miqdarlara qədər narkotik vasitələrdən istifadə olunması müəyyən olunarsa, inzibati həbs verilir. Yox, əgər həmin miqdardan yuxarı hədlər aşkar olunarsa, bu zaman Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə cinayət işi açıla bilər. 

Ümumən “narkotik vasitələrin və ya psixotrop maddələrin şəxsi istehlak miqdarı” istər hüquqşünaslar, istərsə hüquq müdafiəçiləri, istərsə də sıravi cəmiyyət üzvləri arasında mübahisə mövzusudur. Bir çox hallarda polisin saxladığı şəxsdə aşkarlanan narkotik maddənin miqdarın dair hesabat şübhələr doğurur və sonradan bu fakt məhkəmələrdə kəskin mübahisə predmetinə çevrilir.

Ən əsası, hər hansı bir şəxs şəxsi istehlak üçün narkotik vasitələrin və ya psixotrop maddələri, həm də lazımi miqdarda necə əldə etməlidir? Bu sayaq alğı-satqı cinayətdirmi?

Yetərincə cavabsız sual var! 

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 05 İyun 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri