Şəxsi nəqliyyat vasitəsi ilə Gürcüstana gedənlərin diqqətinə YENİ QANUN
Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.
Gələn ildən etibarən Gürcüstan ərazisinə daxil olan əcnəbilər idarə etdikləri motorlu nəqliyyat vasitələri üçün sığorta müqaviləsi imzalayacaqlar.
"Hurriyyet.Az" "Report"a istinadən bildirir ki, Gürcüstan parlamenti müvafiq qanun qəbul edib.
Qanuna əsasən, sığorta müqaviləsi olmadan əcnəbilər avtomobillə Gürcüstan ərazisinə keçə bilməyəcəklər.
Gürcüstana gələcək xarici ölkə vətəndaşına idarə etdiyi minik avtomobili üçün 1 illik, 30 və 15 günlük sığorta paketləri təqdim olunacaq. Avtomobil sahibləri 15 günlük sığorta üçün 30 GEL, bir aylıq paket üçün 50 GEL, birillik paket üçün 292 GEL ödəyəcəklər.
Məcburi tarif paketində avtobus və motosikletin sığortası da müəyyənləşdirilib.
Avtomobillərin sığorta edilməsi təşəbbüsü Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən irəli sürülüb.
Sığortasız hərəkət edən minik avtomobili sahibi 100 avro, avtobus sürücüsü 200 avro cərimə olunacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 21 İyun 2025 21:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















