Icma.az
close
up
RU
Seyid Əzim Şirvaninin Azərbaycan ictimai fikir tarixindəki rolu” elmi seminar

Seyid Əzim Şirvaninin Azərbaycan ictimai fikir tarixindəki rolu” elmi seminar

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 13 oktyabr, AZƏRTAC

Oktyabrın 13-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli Azərbaycan şairi Seyid Əzim Şirvaninin 190 illiyinə həsr olunmuş elmi seminar keçirilib.

Bu barədə AZƏRTAC-a Şərqşünaslıq İnstitutundan bildirilib.

AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva qeyd edib ki, Prezident İlham Əliyevin 2025-ci il 4 aprel tarixli Sərəncamı ilə görkəmli Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyi qeyd edilir və bununla bağlı müxtəlif tədbirlər keçirilir. Seyid Əzim Şirvaninin Azərbaycan ədəbiyyatının ənənələrini böyük ustalıqla davam etdirdiyini deyən akademik G.Baxşəliyeva, onun öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr yazdığını qeyd edib. Şairin yaradıcılığında maarifçi və tənqidi-satirik şeirlərin mühüm yer tutduğunu deyən akademik onun dövrün ictimai bəlalarına qarşı öz əsərləri ilə mübarizə apardığını vurğulayıb.

Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev seminarda “Seyid Əzim Şirvaninin Azərbaycan ictimai fikir tarixindəki rolu (Seyyida, ölmərəm, aləmdə səsim var mənim)” mövzusunda məruzə edib.

Məruzəçi bildirib ki, XIX əsrin ikinci yarısında Azərbaycan ədəbiyyatında realizm cərəyanının parlaq nümayəndəsi kimi Seyid Əzim Şirvani dövrünün müasir təhsil sisteminə uyğun olaraq, ictimai həyatın bütün sahələrində qabaqcıl fikirlər irəli sürüb. Bundan əlavə, Azərbaycan satirasının möhkəm təməlini qoymuş və XX əsrdə onun ən böyük nailiyyətlərinə yol açmış Seyid Əzim Şirvaninin ictimai həyatın bütün sahələrinə dair islahatlar aparmağın zəruriliyi məsələsini qaldırdığını qeyd edən E.Mustafayev deyib: “Seyid Əzim Şirvani Azərbaycan ədəbiyyatında satiranın ən parlaq nümayəndələrindən biri kimi yadda qalıb. Onun satiraları yalnız dövrünün problemlərini deyil, həm də insan təbiətindəki ümumbəşəri çatışmazlıqları əks etdirir. Maarifçi yanaşması, səmimi tənqidi və güclü ironiyası onun əsərlərinin həm ədəbi, həm də tarixi dəyərini artırır”.

E.Mustafayev bu satiraların təkcə keçmişin deyil, bu günün də bəzi problemlərinə işıq tutması ilə müəyyən məqamlarda aktual səsləndiyini və oxucunu düşündürməyə xidmət etdiyini vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see185

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see163

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see152

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see151

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri