Seymur Orucov “Keşikçidağ”a həsr olunmuş tədbirdə iştirak edib FOTOLAR
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Prezident İlham Əliyevin 2007-ci il 19 dekabr tarixli müvafiq Sərəncamı ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun yaradılmasından 18 il ötür. Bu il də Qoruğun təsis olunmasının ildönümü ilə əlaqədar ənənəvi hesabat xarakterli yığıncaq təşkil olunub.
"Unikal" xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağstafa şəhərində “Mədəni İrsimiz Keşikçidağ” təsvirli bələdçi jurnalı və “Keşikçidağ mağaralar kompleksi” adlı tanıtım diskinin təqdimatları, eyni zamanda qoruğun yenilənmiş rəsmi “www.keshikchidagh-heritage.az” saytı və sosial media hesablarının prezentasiyası baş tutub.
Tədbirdə çıxış edənlər, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev, AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işçiləri, tarix üzrə fəlsəfə doktoru Şamil Nəcəfov, arxeoloq Lola Hüseynova, antropoloq Ülkər Allahverdiyeva, mədəniyyət işçisi Oruc Mansırov tədbirin yüksək əhəmiyyətindən söz açıblar. Qeyd olunub ki, əsas məqsəd qoruq ərazisində aparılmış elmi tədqiqat və arxeoloji qazıntı işlərini ictimaiyyətin diqqətinə çatdırmaq, qoruğun həyata keçirdiyi tədbirlər, layihələr barədə məlumat bazasının daha da zənigləşdirməkdən ibarətdir. Keşikçidağ Kurqanlar Vadisində yerləşən kurqanlarda aparılmış arxeoloji qazıntı işlərinin nəticələrindən ətraflı bəhs olunub, vurğulanb ki, qoruğun bölgənin tarixi irs nümunəsi kimi qorunması və gələcək nəsillərə ötürülməsi əsas məqsədlərdən biridir.
Bakı Dövlət Universitetinin Qazax filialının baş müəllimi, əməkdar müəllim İndira Səmədova, Bakı Dövlət Universitetinin dosenti, filiologiya üzrə elmlər doktoru Valeh Nəsibov, ADA Universitetinin Qazax Mərkəzinin əməkdaşı Yeganə Göyüşlü, müstəqil tədqiqatçı Faiq Nəsibov, AZTV-nin əməkdaşı Alməmməd Nəbiyev, tanınmış ziyalı və müəllim Məzahir Qocayev öz təəssüratlarını bölüşüblər.
Daha sonra qoruğa aid tarixi abidələrin fotoşəkillərindən ibarət videoçarxların nümayişi fonunda qoruq əməkdaşları müxtəlif sahələrdə - 18 illik fəaliyyət çərçivəsində görülən işlərdən, qoruğun fond işinin mühafizəsindən, həyata keçirilən tədbirlər, layihələr, aparılmış elmi tədqiqat və arxeoloji qazıntı işləri, əldə olunan nəticələr, bu artefaktların radiokarbon analizləri və bərpası ilə bağlı məruzələrlə çıxış ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 26 Dekabr 2025 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















