Icma.az
close
up
RU
Şeyx Əbdül BSU nun tələbəsi olan nəvəsinin təcrübəyə göndərilməməsindən şikayətləndi Universitet aydınlıq gətirdi

Şeyx Əbdül BSU nun tələbəsi olan nəvəsinin təcrübəyə göndərilməməsindən şikayətləndi Universitet aydınlıq gətirdi

Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.

“Nəvəm Bakı Slavyan Universitetinin (BSU) IV kurs tələbəsidir. Qərbi Avropa dilləri fakültəsində oxuyur. Qız nəvəmdir. Təcrübəyə göndərməlidirlər, tələbələr ortada qalıblar. Hansı quruma göndərirlərsə, həmin qurumlar tələbələri qapıdan içəri buraxmırlar. Deyirlər ki, universitet bununla bağlı bizə heç bir göndəriş göndərməyib. Bu işə baxan məsul xanım əməkdaş var. Hansısa maraqlar naminə öz qanadlarının altına aldığı tələbələrlə məşğuldurlar. Qəribədir, elan edirlər ki, get filan yerə. Orada da deyirlər ki, göndəriş yoxdur. İki gün əvvəl də zəng ediblər ki, sizi ANAMA-ya təcrübəyə göndərəcəyik. ANAMA-ya da getdilər, yenə göndəriş yoxdur”.

Bu barədə Pravda.az-a Xalq artisti Əbdül Mahmudov (Şeyx Əbdül) məlumat verib.

“Gənclərin taleyi ilə oynayırlar, rektor, prorektor hara baxır? Qəribədir. Şəxs maraqlarla tələbələri ögey-doğmalara bölürlər. Rektora müraciət edirəm, bu nə diktator sistemidir? Məsələni aydınlaşdırsın, yoluna qoysun. Gələcək nəslimizə, balalarımıza bu necə yanaşmadır? Kim belə təsadüfi adamların əlinə uşaqlarımızın taleyini verib? Ciddi surətdə narazılığımı bildirirəm”, - o bildirib.

Məsələ ilə bağlı Pravda.az-a açıqlama verən BSU-nun Qərbi Avropa dilləri fakültəsinin dekanı, dosent Nigar Babayeva bildirib ki, sözügedən tələbənin adı təcrübə üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilən tələbələrin syahısındadır, əmrlə Nazirlikdə oturmalıdır: “Nazirliyə tələbələr bizim tərəfimizdən seçilmir, qurum tələbəni özü seçir. Onlar bizdən tələbələrin məlumatlarını alırlar. Yaxşı göstəriciləri olduğu üçün Əbdül Mahmudovun nəvəsini ETSN-ə qəbul ediblər. Həmin tələbənin heç bir problemi yoxdur, onu tanıyıram, çox yaxşı tələbədir. Anası da gəlmişdi, amma başqa sualla bağlı... ANAM-ya göndərilən tələbələr yalnız Tərcümə fakültəsinin tələbələridir və hazırda təcrübədədirlər. Əbdül Mahmudovun nəvəsi isə regionşünaslıq ixtisasında təhsil alır, ANAMA-ya düşə bilməz”.

Aytəkin Qardaşova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://pravda.az
archiveBu xəbər 20 Fevral 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see276

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see151

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see115

Naringi yeyən qadın boğulub öldü

03 İyun 2025 17:36see114

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see112

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see112

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see112

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

Trampın səbri tükəndi

03 İyun 2025 22:51see111

Berdıyev Azərbaycandan qaçdı Zənglərə cavab vermir

03 İyun 2025 21:58see110

Deyirlər, Kölndə yenə bomba tapılıb...şəhər boşaldılır?...

03 İyun 2025 21:05see110

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see110

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see110

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see110

“Hörümçək toru” təkrarlana bilər

03 İyun 2025 22:03see110

Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi

04 İyun 2025 02:30see109

ADY nümayəndə heyəti Çinin Ciansu əyalətinin rəsmiləri ilə görüşdü FOTO

03 İyun 2025 18:02see109

Cənubi Koreyanın yeni prezidenti Li Jae Myonq vəzifəsinin icrasına başlayıb YENİLƏNİB

04 İyun 2025 04:15see109

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see109

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri