Səyyad Aran dünyasını dəyişmiş Cahangir Zeynalovu Türkiyədən Azərbaycana qaytarmaq istəyib? “Dilimdən o cür çıxdı”
Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Milli Məclisin deputatı Səyyad Aran ötən gün parlamentin iclasındakı çıxışındakı yanlışlığa aydınlıq gətirib. Belə ki, deputat “tanınmış kinorejissor və senarist Cahangir Zeynalov Adanada teatr yaradıb, orada insanlara elm öyrədir, Cahangir Zeynalovla maraqlanmaq, onu dəvət etmək lazımdır” fikirlərini səsləndirib. Bir çox saytlar da onun səhvinin fərqində olmadan başlıqları bu cür çıxarıblar. Halbuki Cahangir Zeynalov 1918-ci ildə dünyasını dəyişib. Hazırda Türkiyədə yaşayan isə onun nəvəsi Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru, Xalq artisti Cahangir Novruzovdur.
Deputat Səyyad Aran Pravda.az-a açıqlamasında deyib ki, çıxışı zamanı çaşqınlıqdan belə deyib:
“Nəvəsidir deyə, çaşıb Zeynalov dedim, amma Novruzovdur. Avtomatik olaraq beynimdə babasının soyadı yadıma düşüb, dilimdən o cür çıxdı”.
Aytəkin Qardaşova


