Icma.az
close
up
RU
“Səyyar Gənclər Xidməti”nin növbəti dayanacağı Zaqatala olub

“Səyyar Gənclər Xidməti”nin növbəti dayanacağı Zaqatala olub

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 30 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə icra olunan və dövlət tərəfindən yaradılan imkanları region gəncləri üçün daha əlçatan edən “Səyyar Gənclər Xidməti” layihəsi respublikanın müxtəlif regionlarında mərhələli şəkildə həyata keçirilməyə davam edir.

AZƏRTAC xəbər verir ki, Zaqatalada sentyabrın 29-dan başlanan və oktyabrın 3-dək xidmət göstərəcək layihə “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar olaraq “Suveren dövlət, vətənpərvər gənclik” devizi altında təşkil edilir. Növbəti günlərdə “Səyyar Gənclər Xidməti” Zaqatala gənclərinin liderlik potensialının artırılmasına, şəxsi və peşəyönümlü inkişafına, həmçinin milli və vətənpərvərlik ruhlarında tərbiyə olunmasına töhfə verəcək.

Layihənin Zaqataladakı açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın müdafiəsi uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Rəsmi hissədə Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının direktoru Raqif Qasımov və “Gənc Könüllülər” İctimai Birliyinin sədri Ayxan Allahverdiyev çıxış edərək layihənin region gənclərinin inkişafında və dövlət dəstək mexanizmlərinin əlçatanlığının təmin olunmasında əhəmiyyətli rol oynadığını vurğulayıblar. Həmçinin çıxışlarda ölkə gəncliyinin dövlət quruculuğu, milli birliyin möhkəmləndirilməsi və cəmiyyətin inkişafı proseslərində artan iştirakçılığından bəhs edilib.

Xidmət çərçivəsində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin və Zaqatala Peşə Məktəbinin nümayəndələrinin iştirakı ilə gənclər üçün müxtəlif maarifləndirici sessiyalar təşkil olunub. Eyni zamanda, gənclər üçün peşə seçimi və karyera planlaması, könüllülük fəaliyyəti, süni intellektin tətbiqi, sağlam həyat tərzinin təşviqi və motivasiya mövzularında interaktiv təlim proqramları həyata keçirilib. Xüsusi qeyd edilməlidir ki, Vətən müharibəsi iştirakçıları ilə keçirilən görüşlər zamanı gənclər qəhrəmanların döyüş yollarını öz dillərindən dinləyərək onların fədakarlığını daha yaxından tanımaq, dövlətə və torpağa sədaqət anlayışlarını daha dərindən anlamaq imkanı əldə ediblər.

Layihə çərçivəsində yaradılmış “Vətənpərvər gənclik”, “Yaradıcı gənclik”, “Suveren gənclər”, “Rəqəmsal düşüncə”, “Təhsil və karyera” və “Əyləncə” tematik guşələri gənclərə öz bacarıqlarını nümayiş etdirmək, sosial və yaradıcı potensiallarını inkişaf etdirmək üçün geniş imkanlar təqdim edib. Bu guşələrdə keçirilən intellektual müsabiqələr, viktorinalar və master-klaslar iştirakçıların fəallığını artırmaqla yanaşı, onların komanda işi, ünsiyyət və problem həlletmə bacarıqlarının təkmilləşdirilməsinə xidmət göstərib. Tədbirin yekununda xüsusi fəallıq nümayiş etdirən gənclərə müxtəlif hədiyyələr təqdim edilib.

Qeyd edək ki, cari ilin oktyabr ayının sonunadək davam etməsi planlaşdırılan layihə bugünədək Cəbrayıl, Ağdam, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy və Qax rayonlarında baş tutub. Qeyd edək ki, layihə Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi ilə bağlı tədbirlər planına uyğun olaraq reallaşdırılır. Layihə gənclər arasında dövlət müstəqilliyi və suverenlik kimi fundamental prinsiplərin dərindən aşılanmasına, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin mahiyyətinin gənc nəslə dolğun şəkildə çatdırılmasına, eyni zamanda, gənclər siyasəti ilə bağlı maarifləndirmə işinin təşviqinə xidmət edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see224

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see208

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see186

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see182

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see162

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see156

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see146

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see141

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see138

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see137

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see137

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see136

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see134

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see132

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri