Icma.az
close
up
RU
SHAM ın sədri: Qlobal Bakı Forumu yeni dünya düzəninin düşünülməsi fonunda böyük önəm kəsb edir

SHAM ın sədri: Qlobal Bakı Forumu yeni dünya düzəninin düşünülməsi fonunda böyük önəm kəsb edir

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Bakıda “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu keçirilir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirə müxtəlif ölkələrin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ekspertlər və siyasətçilər qatılıb.

 Forumda beynəlxalq təhlükəsizlik, siyasi qütbləşmə, səhiyyə sahəsində qlobal çağırışlar, enerji təhlükəsizliyi və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunur. Qlobal problemlərin həlli yollarının araşdırıldığı tədbirdə sülh və sabitliyin təmin olunması, informasiya manipulyasiyasının qarşısının alınması və qarşılıqlı dialoqun gücləndirilməsi kimi mövzular diqqət mərkəzindədir.



Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov "Sherg.az"a bildirib ki, Qlobal Bakı Forumu artıq ənənə halını alıb:


“Azərbaycan tərəfi sözügedən tədbiri 2013-ci ildən bəri  Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış və onun himayəsi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə həyata keçirir. Bu tədbir artıq beynəlxalq səviyyədə tanınan nüfuzlu müzakirə platformalarından biridir. Xll Qlobal Bakı Forumu dünyanın ayrı-ayrı regionlarında keçirilən tədbirlər kimi əhəmiyyətli platformaya çevrilib. Ümumiyyətlə Xll Qlobal Bakı Forumu “Valday” Beynəlxalq Diskussiya Klubu, Münhen Təhlükəsizlik Konfransı, Dünya İqtisadi Forumu kimi eyni qəbildən olan digər beynəlxalq platformalar qədər önəmlidir. Digər tərəfdən Xll Qlobal Bakı Forumu Azərbaycanın həm dünya, həm də regional proseslərlə bağlı beynəlxalq ictimaiyyətə mesajlar verməsi baxımından da vacibdir. Adından da göründüyü kimi dünya üçün böyük çağırışdır. Prezident İlham Əliyevin tədbirdə iştirakı və çıxışı dünyada və regionda baş verən verən proseslərlə bağlı səsləndirdiyi fikirlər tarixi hadisədir. Cənubi Qafqaz regionunda sülhün əldə olunmasıyla bağlı Ermənistanla apardığımız siyasət və bununla bağlı prezidentin dünyaya çağırış etməsi vacib idi. Ermənistanın silahlandırılması, iki ölkənin şərti sərhədinə Avropa İttifaqının müşahidə missiyası altında kəşfiyyatçıların yerləşdirilməsiylə bağlı prezidentin sərt mövqeyi bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Düşünürəm ki, Xll Qlobal Bakı Forumu formalaşmaqda olan yeni dünya düzəninin düşünülməsi, iqlim məsələləri və ayrı-ayrı regional problemlərlə bağlı çox önəm kəsb edir. Dövlət, hökümət başçılarının və digər nüfuzlu şəxslərin tədbirə cəlb edilməsi və müəyyən məsələlərlə bağlı fikirlərinin öyrənilməsi də tədbirin nə qədər əhəmiyyətli olmasından xəbər verir. Xll Qlobal Bakı Forumu tarixi hadisəyə çevriləcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Mart 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri