Si Cinpin: Ticarət müharibəsi iqtisadiyyat qanunlarına ziddir AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 10 dekabr, AZƏRTAC
ÇXR sədri Si Cinpin Birləşmiş Ştatları ikitərəfli münasibətləri normallaşdırmağa və ticarət müharibəsindən yayınmağa çağırıb.
AZƏRTAC xəbər verir ki, Si Cinpin bunu bir sıra beynəlxalq iqtisadi təşkilatların nümayəndələri ilə görüşündə deyib. Görüş Çinin Mərkəzi Televiziyası ilə yayımlanıb.
“Tarif, ticarət və elmi-texniki müharibələr tarixin tendensiyalarına və iqtisadiyyat qanunlarına ziddir”, - deyə Çin lideri bildirib.
ÇXR sədri, həmçinin ABŞ-ın Çinlə ikitərəfli münasibətləri “sabit, sağlam və davamlı inkişafa” istiqamətləndirmək üçün səylərini əsirgəməyəcəyinə ümidini ifadə edib. Onun sözlərinə görə, Pekin Vaşinqtonla dialoqu davam etdirməyə, əməkdaşlığı genişləndirməyə və “fikir ayrılıqlarını nəzarətdə saxlamağa” hazırdır.
Baxış sayı:118
Bu xəbər 10 Dekabr 2024 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















