Şimali Kiprdə bərə faciəsi: 23 nəfər hələ də itkin düşmüş hesab olunur
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 31 avqust, AZƏRTAC
Aralıq dənizinin Şimali Kipr sahillərində bərənin qəzaya uğraması nəticəsində 23 nəfər hələ də itkin düşmüş hesab olunur. Dalğıclar sağ qalanların axtarışına cəlb olunub və dərin sularda axtarış aparan qruplara qoşulublar.
AZƏRTAC xəbər verir ki, bazar günü Girnedən Mersinə hərəkət edən və göyərtəsində 267 sərnişin olan bərənin batması nəticəsində səkkiz nəfər ölüb. Araşdırmaya başlanılıb, artıq səkkiz nəfər saxlanılıb.
Şimali Kiprin Baş naziri Ünal Üstelin sözlərinə görə, hadisənin bütün məqamları araşdırılacaq. “Ən kiçik səhlənkarlıq belə aşkar olunarsa, təqsirkarlar və məsul şəxslər cəzasız qalmayacaqlar”, - deyə o qeyd edib.
Hakimiyyət orqanları gəminin kapitanını və heyət üzvlərini dindirmək üçün saxlayıb.
Şimali Kiprdə üçgünlük matəm elan olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 31 Avqust 2026 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















