Şimali Koreya Rusiyaya Xüsusi Təyinatlı Qüvvələr göndərdiyini təsdiqləyib
Icma.az, Aznews.az saytına istinadən bildirir.
Koreya Xalq Demokratik Respublikası ( KXDR ) strateji tərəfdaşlıq sazişinə uyğun olaraq ordunun xüsusi təyinatlı qüvvələrinin Rusiya Federasiyası ərazisinə göndərilməsini rəsmən təsdiqləyib.
Bu barədə KXDR Mərkəzi Xəbər Agentliyi ( KCNA ) məlumat yayıb .
“[KXDR sədri] Kim Çen In hazırkı vəziyyətin KXDR və Rusiya Federasiyası arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqavilənin 4-cü maddəsinin aktivləşməsinə uyğun gəldiyini əsas gətirən belə bir təhlil və mülahizə əsasında ordumuzu döyüş əməliyyatlarında iştirak etmək üçün xüsusi təyinatlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib və bu barədə Rusiya tərəfini məlumatlandırıb”.
Bundan əlavə, agentlik Koreya tərəfinin “Rusiya ordusunun və xalqının müqəddəs işini” dəstəkləməyə davam edəcəyini vurğulayıb. KCNA-nın məlumatına görə, Kim Çen Inın vədinə uyğun olaraq, yaxın vaxtlarda Pxenyanda həlak olan əsgərlərin xatirəsini yad etmək üçün hərbi şöhrət abidəsi ucaldılacaq.
Mövsüm
Aznews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 28 Aprel 2025 18:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















