Icma.az
close
up
RU
“Sindromdan xilas olmuşuq”

“Sindromdan xilas olmuşuq”

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

“Düz bir əsr əvvəl, Vətən müharibəmizin başlandığı tarixlə eyni günlərdə beynəlmiləl irtica ilə savaşa qalxan böyük Atatürk əsgərlərinə deyir ki, siz yalnız düşməni deyil, millətin tərsinə gedən taleyini də yendiniz. Həqiqətən parlaq sözlərdir. 44 günlük müqəddəs müharibə xalqımızın qurtuluş savaşı olduğu üçün prezident İlham Əliyev təkcə Ermənistanı deyil, eləcə də çoxəsrlik tariximizin köçkünlük, qaçqınlıq, soyıqım və matəm keçmişini də məğlub etdi. 8 noyabr Zəfəri Yeni Qalib Yüz ilimizin başlanğıcı, Qələbə təqviminin birinci ilidir. Xankəndi səlnaməsi onun nəticəsi və davamıdır”.

Ölkə.Az xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında çıxışında deyib.

O əlavə edib ki, İlham Əliyevin liderliyi ilə qazanılan Qələbə bizi dünyada nümunəyə, simvola, yeni millətə çevirdi: “Ən qısa vaxtda, ən az itki və ən yüksək nəticə əldə olunan bir savaş məzlumiyyət və işğaldan qurtulmaq istəyən bütün xalqlar üçün örnəkdir. 

Avropanın mərkəzində, məsələn, Lüksemburq istənilən hərbi savaşda məğlub olub ayaqda qala bilər, çünki Avropada şərtlər başqadır, lakin təkcə qaliblərə yaşamaq haqqı verən Qafqazlarda müharibəni uduzub müstəqil dövlət qurmaq mümkün deyil. Prezident siyasi mövcudluğun əsas təminatını-qalib ordunu dünyaya göstərdi. 

Düşmənin əliylə beyinlərə qəsdən yeridilən, “bu xalqdan əsgər çıxmaz” dəyənlərin qarşısına sinəsində 70 min orden və medalı daşıyan qüvvələri qoydu. İlham Əliyevin Ali Baş Komandanlığı konstitusion normadan çox, müharibədə qazanılan tituldur. Bütün əvvəlki formasiya və quruluşlarda azadlıq, qalibiyyət istəyən liderlərin idealları çin olub. 

Son 2 əsrdə ilk dəfə ermənilərə sərhəddi böyük dövlətlər yox, məhz Azərbaycan göstərir. 

Əgər birinci Qarabağ savaşı SSRİ-nin dağılmasının siqnalı olmuşdusa, Vətən müharibəsi qlobal layları tərpədərək, Azərbaycana taleyini başqalarının yox, ilk dəfə bizim dövlətə dünyanın yenidən bölüşdürülməsində iştirak fürsəti verdi. İndi biz təkcə coğrafi deyil, həm də siyasi olaraq böyümüşük, beynəlxalq nüfuz və çəkimiz artıb. Ona görə də yeni dünya düzənində yüksək statusla iştirak edə bilirik.

Hərbi meydanda olduğu kimi, diplomatik savaşda da elə bir sülh müqaviləsi qazanmalıyıq ki, dövlətimiz bir daha 3-cü, 4-cü Qarabağ savaşına çəkilməsin. 

Torpaq yarımçıq olanda, insan da natamam olur. Təkcə ərazi və suverenlik yox, 20 faizlik .

İndi qalib dövlət ən böyük ideologiyamızdır. Qələbəmizi qan yaddaşına çevirib gələcək nəsillərə ötürərək 22-ci əsrin bütöv Azərbaycanını millətimizə miras qoymalıyıq”.

Mürtəza
Ölkə.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Noyabr 2024 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see344

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see299

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see285

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see277

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see241

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see236

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see234

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see229

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see216

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see215

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see214

Ermənistandakı Alban kilsləri ya dağıdılıb, ya da ermənilər tərəfindən mənimsənilib RƏY

20 Sentyabr 2026 16:44see207

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see205

Qarabağda 3 867 sakin məşğulluğa cəlb edildi

20 Sentyabr 2026 13:28see203

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see202

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see200

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see199

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see199

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see193

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri