Icma.az
close
up
RU
Şirkətimizə istənilən adı verə bilərik, övladımıza yox

Şirkətimizə istənilən adı verə bilərik, övladımıza yox

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son illər paytaxtın daha da gözəl olması, təmizliyi, abadlaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. 

Yeni parklar salınır, fəvvarələr yaradılır, küçələr işıqlandırılır ki, bu da şəhər sakinləri tərəfindən müsbət qarşılanır. Bununla yanaşı, hazırda paytaxt küçələrində çoxsaylı mağaza və dükanlar var ki, onların da adları da vətəndaşlar tərəfindən “maraqla” qarşılanır. Belə ki, bu gün paytaxtda fəaliyyət göstərən əksər mağaza və dükanların, iaşə xidmətlərinin adları xarici dildədir. 

Bəzən vətəndaşlar həmin obyektlərə yaxınlaşdıqda orada hansı məhsulun satıldığı anlamaqda çətinlik çəkirlər. Məsələn, bu gün Bakıda fəaliyyət göstərən bərbəxanaların 99 faizində “Berber”, yaxud “Barber” lövhəsinə rast gəlmək mümkündür. Milli-mənəvi dəyərlərin qorunmasında müstəsna rol oynayan, millətin varlığını təsdiq edən ana dilimiz hazırda Bakı küçələrindənsıxışdırılmaqdadır. 

Halbuki ölkədə uşaqlara ad qoyulmasındaxüsusiməhdudiyyətlər var və bu zaman müvafiqqurumlar məsələyə müdaxilə edirlər. Görünən odur ki, övladına ad qoyarkən xüsusi prosedurlara əmək etməli olan vətəndaş şirkətinə. mağazasına ad qoyarkən heç bir qadağa ilə üzləşmir.

Paytaxtdakı mağaza və dükanların, iaşə obyektlərinin adlarını xarici dildə olması müvafiq qurumları düşündürürmü? 

“Əcnəbi dildəki mətn dövlət dilində olan mətindən sonra gəlməlidir” 

Qeyd edək ki, 2021-ci ildə millət vəkili, akademik, 30-u professor olmaqla 100-dən çox alim, incəsənət xadimi, ümumilikdə mindən artıq ziyalı Bakının əcnəbi dillərin “işğalından” azad edilməsi üçün müvafiq qurumlara müraciət ünvanlamışdı. 

Müraciət edən ziyalılardan biri də “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”nin sədri Vasif Sadıqlı idi. Həmin müraciətin nəticəsi ilə bağlı Vaqif Sadıqlı “Cümhuriyət”-ə bildirib ki, “Dövlət Dili haqqında” Qanuna görə, küçələrdəki reklamlarda mütləq dövlət dilindən istifadə olunmalıdır: 

“Zərurət olduqda əcnəbi dildən də istifadə edilə bilər. Ancaq əcnəbi dildə olan mətn dövlət dilində olan mətindən sonra gəlməlidir. Bundan sonra biz Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ən yaxşı reaksiya verən şəxs oldu. Pandemiyanın tüğyan etdiyi dövrdə Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətində kollegiya iclası keçirdi. 

Qərar qəbul etdilər və biz də dəvət olunduq. Beləliklə, 6 nəfər biz tərəfdən, 6 nəfər müvafiq qurumdan oldu. Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Reklam Agentliyi, Bakı şəhər Reklam İdarəsinin nümayəndələrinin iştirakı ilə  məsələ müzakirə olundu. Bildirdilər ki, bu istiqamətdə tədbir görəcəklər. 

Onlar bildirdilər ki, hər hansı bir brend, əmtəə nişanı Əqli Mülkiyyət Agentliyində ingilis dilində tərtib olunubsa və onu açıq şəraitdə obyektin üzərinə qoyursa, ona etiraz edə bilmirlər. Yaxud ədəbi dilin normaları pozulubsa, Azərbaycan dilində qarışıq yazılıbsa,  ona nəzarət edilir. 

Eləcə də firma adları İqtisadiyyat Nazirliyində, məsələn, yarısı Azərbaycan, yarısı ingilis dilində qeydə alınıbsa, onu da dəyişə bilmirlər. Qərara alındı ki, növbəti görüşdə Əqli Mülkiyyət Agentliyi, İqtisadiyyat Nazirliyinin nümayəndələrinin iştirakı ilə yenidən bu məsələ müzakirə olunsun. 

Amma həmin görüş təşkil olunmadı. Sonra biz M.Rəsulzadə küçəsində monitorinq keçirdik və şahidi olduq ki, 40-dan artıq obyektin yalnız ikisində Azərbaycan dilindən istifadə edilib. Bizə hər dəfə dedilər ki, ana dilinə bu həssaslığınıza görə sizə təşəkkür edirik. Biz Bakı Şəhər İcra Hakimiyyətindən başqa deputatlara, digər müvafiq qurumlara müraciət göndərmişik. Nəticələrə gəldikdə isə biganə yanaşılır”. 

“Ancaq nazir bu işə qarışdıqdan sonra...”

O bildirib ki, bir obyektin üzərindəki lövhəni sökdürmək üçün aylarla gözləməli olurlar:

“Məsələn, Azərbaycan Dəmir Yollarının obyektlərinin üzərində ədəbi dilin normalarının pozuntusu olan lövhələrin sökülməsi üçün bir il çalışdıq. Yalnız rəqəmsal inkişaf naziri bu işə qarışdıqdan sonra bu problem öz həllini tapdı. Biz gücümüz çatanı edirik. Bakı Şəhər Reklam İdarəsi məni bir dəfə görüşə dəvət etdi. 

Orada bir saata qədər söhbət etdik, bizə vədlər verdilər. Ancaq yenə də həmin mənzərədir. Necə olur ki, xarici dili kənara qoysaq belə, Azərbaycan dilində orta məktəb şagirdinin səhv tutacağı lövhələr vurulur? Məsələn, “ehtiyat” əvəzinə “ehtiyyat” yazılır. Bildirdilər ki, bizim xəbərimiz olmadan bu lövhələri vururlar”. Halbuki qanunvericiliyə əsasən, heç bir reklam lövhəsi Bakı şəhər Reklam İdarəsində təsdiq olunmadan vurula bilməz. Mövcud vəziyyət heç kimi narahat etmir”. 

“Bəzən ad o qədər mücərrəd olur ki, bizi çaşdırır”

Məsələ ilə bağlı AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və Linqvistik Təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyeva bildirib ki, ölkə başçısı və Azərbaycan Dövlət Dil Komissiyasının sədri İlham Əliyevin Fərmanı ilə Dövlət Dil Komissiyası yanında Monitorinq Komissiyası yaradılıb: 

“Monitorinq Mərkəzinin fəaliyyət istiqamətlərindən biri də reklam, iaşə obyektlərinin adlarında Azərbaycan dilinin saflığının qorunması məsələsi idi. Hətta 9 aprel 2013-cü il tarixli sərəncamla təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” təsdiq edilib. 

Həmin o proqramın təsdiq edilmiş müddəalarından biri də 6.5.1, 6.5.2 və digər bəndlərdə küçə adları, reklam iaşə, müəssisə obyektlərinin adlarında, ümumiyyətlə, bütün sahələrdə Azərbaycan dilinin qorunmasının bir istiqaməti də təbii ki, reklamlarda dil məsələsidir. Burada iki məsələ var. Bunlar “Dövlət Dili haqqında” və “Reklam haqqında” qanunlarda Azərbaycan dilinin düzgün tətbiqi məsələsidir. Biz çox sevinirik ki, ziyalılarımız da bu məsələdə çox diqqətlidirlər.

Qələbəmizdən sonra ölkəmizdə gələn turistlər də hazırda aparılan quruculuq işlərini yaxından izləyirlər. Mən bir dilçi, Azərbaycan dilinin düzgün tətbiqini ürəkdən arzu edən bir insan olaraq deyə bilərəm ki, Qarabağda tikinti-quruculuq işlərindən sonra orada yeni açılacaq müəssisələrin adları digər dillərdə olmasın. 

“Dövlət dili haqqında”, “Reklam haqqında” qanunlarda da var ki, lövhələr Azərbaycan dili ilə yanaşı, başqa dillərdə də ola bilər. Ancaq əsas etibarilə, heç olmasa sərlövhə Azərbaycan dilində olsun. Brendlər tərcümə edilmir. 

Məsələn, “Adidas” kimi brend adları göstərmək olar. Ancaq orada sərlövhə mütləq Azərbaycan dilində olmalıdır. Alıcı mağazaya yaxınlaşanda bilməlidir ki, orada söhbət nədən gedir. Bəzən ad o qədər mücərrəd olur ki, bizi çaşdırır. Biz bilmirik ki, orada hansı məhsullar satılır”. 

“Sahibkar çalışır ki, öz obyektini bəzəkli təqdim etsin”

O bildirib ki, dilçilikdə interferensiya məsələsinə diqqətlə yanaşmaq lazımdır:

“Məsələn, “Sprite” içkisinin reklamı ilə bağlı belə bir məsələ vardı ki, “susuzluğuna güvən”. Bu, türk dilindən interferensiya hadisəsidir. İnsan susuzluğuna necə güvənə bilər? 

Ancaq türk dilində “susuzluğunun qarantisi” mənasındadır. Azərbaycan dilində isə bu tərcümələrdə mütləq nəzərə alınmalıdır ki, bu hərfi, yoxsa məzmun tərcüməsi olmalıdır. Reklam mütəxəssislərini də düşündürməlidir ki, bu reklama baxan və ondan istifadə edən şəxs azərbaycanlı və yaxud Azərbaycana gələn bir xarici vətəndaşdırsa, ilk növbədə bunu ana dilində təqdim etməliyik. Dilimizin düzgün tətbiqinə riayət etməliyik. Eləcə də tərcüməçilər diqqətli olmalıdırlar. Tərcümə edilən və olunan dilin xüsusiyyətlərinə bələd olmalıdır ki, tərcümədə səhvlərə yol verilməsin”. 

Professorun sözlərinə görə, obyektlərin öz adlarını xarici dildə yazması yalnız Azərbaycanda deyil, bütün ölkələrdə var: 

“Sahibkar çalışır ki, öz obyektinin reklam lövhəsinin adını bəzəkli təqdim etsin ki, kənardan gələnin diqqətini cəlb etsin. Ancaq biz arzu edirik ki, bizim sahibkarlarımız ilk növbədə dilimizin təəssübkeşləri olsunlar. Yəni vətəndaş mövqeyindən yanaşsınlar. Biz reklamların dili ilə bağlı çox yaxşı bir hesabat hazırladıq və onun təqdimatında əlaqədar qurumların rəsmiləri də var idi. 

Orada çox gözəl çıxışlar, təkliflər oldu. Ancaq qeyd edim ki, ingilis dili beynəlxalq dil olduğu üçün digər türkdilli ölkələrdə də obyekt adları ingilis, fransız və başqa dillərdə olur. Azərbaycanda əsasən ingilis dilində daha çox reklamlarımız var. 

Ancaq Azərbaycan dilində çox gözəl kafe, restoranlarla rastlaşırıq. Bununla yanaşı, xalqlar arasında mədəni əməkdaşlıq var. Dil canlı orqanizmdir, inkişaf edir, müəyyən qədər tədqiqini də arzu edən bir sahədir. Ancaq biz ziyalıların, mütəxəssislərin fikirlərini alqışlayırıq, dəstəkləyirik. Bu, ümumi işimizin də xeyrinə olmalıdır”. 

Nigar Abdullayeva 
"Cebheinfo.az" 

Açar sözlər: ad vermək Vaqif Sadıqlı Sevinc Əliyeva

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Noyabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nazir: Xızı Abşeron KES yaxın vaxtlarda istismara hazır olacaq

31 Oktyabr 2025 15:06see242

Məktəblilər qırmızıdan keçən “Renault”la toqquşmaqdan son anda xilas oldular VİDEO

01 Noyabr 2025 00:15see184

Mayonezlə bağlı şok araşdırma Sağlamlığa ciddi təhlükə imiş...

31 Oktyabr 2025 05:06see168

Payız turizmi üçün ən yaxşı şəhərlərin adları açıqlanıb...

31 Oktyabr 2025 21:06see155

Anar Əliyev Naxçıvanda vətəndaş qəbulu keçirib

31 Oktyabr 2025 14:03see153

Putin İradə Zeynalovaya fövqəladə və səlahiyyətli səfir rütbəsi verib

01 Noyabr 2025 12:50see148

Teva xərçəng riski ilə əlaqədar olaraq təzyiq dərmanını geri çağırır

31 Oktyabr 2025 14:32see147

Gömrük Komitəsinin vəzifəli şəxsi sahibkara qarşı qanunsuzluq edir? ŞİKAYƏT

01 Noyabr 2025 13:32see140

Cabir İmanovun çəkildiyi reklamlar niyə hələ də yığışdırılmır? Şirkətdən AÇIQLAMA

31 Oktyabr 2025 14:15see137

Beyninizin hansı yarımkürəsi dominantdır? Özünüzü sınayın

01 Noyabr 2025 07:07see130

Tələbələr universiteti məhkəməyə şikayət edə bilər?

01 Noyabr 2025 00:14see127

Qərbi Azərbaycan Xronikası: Ermənilər dedilər ki, getməlisiniz, bura bizimdir

31 Oktyabr 2025 22:26see127

Livan İsraillə müharibəni dayandırmağa hazır olduğunu açıqladı

31 Oktyabr 2025 16:15see127

Karib dənizində güclü qasırğa Melissa iki ölkədə 68 nəfərin canını aldı, itkin düşənlər var

31 Oktyabr 2025 15:27see126

Yeni sərmayə institutu...

01 Noyabr 2025 10:39see124

Ağ Evin Halloueen bayramı: McDonald s uşaq restoranı interneti sevindirir…

31 Oktyabr 2025 21:35see123

Məktəblilərin intim videosu yayıldı Cinayət işi açıldı

31 Oktyabr 2025 13:48see122

Nazir Kürdəmirdə sıra baxışı keçirdi, 163 nəfər seçildi Video

01 Noyabr 2025 13:26see122

Rusiyada barmağı keyiyən qadında nadir xəstəlik aşkarlandı

01 Noyabr 2025 07:03see122

Azərbaycanda turizm çöküb: Dövlət hər il milyonlar itirir

01 Noyabr 2025 18:12see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri