Icma.az
close
up
RU
Stressi azaldan qidalar

Stressi azaldan qidalar

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Bir çoxumuz stresslə mübarizə üsulu olaraq şəkər, un və yağ tərkibi yüksək olan qidalara üstünlük veririk. Mütəxəssislər bu qidaların piylənmə, şəkər xəstəliyi kimi bir çox xəstəliklərə səbəb olduğunu bildirirlər.

"Unikal" stress səviyyəsini azaldan qidaları təqdim edir:

Balqabaq toxumu:
Stress zamanı yüksələn və stress əlamətlərini azaldan kortizol səviyyələrinin tənzimlənməsində rol oynayan maqneziumun əsas mənbəyidir. Stressli dövrlərdə qəlyanaltılarınıza bir ovuc balqabaq toxumu əlavə edə bilərsiniz.

Yulaf əzməsi:
Südünüzə və ya qatığınıza serotonin səviyyəsini artıraraq stressi azaldan yulaf əzməsini əlavə edərək sağlam qida hazırlaya bilərsiniz.

Qırmızı bibər:
Qırmızı bibər C vitamini mənbəyidir. C vitamini qanda stress hormonu olan kortizol səviyyəsini aşağı salaraq stressi aradan qaldırmağa kömək edir. Stressli vaxtlarda yeməklərinizə və ya salatlarınıza qırmızı bibər əlavə edə bilərsiniz.

Yaşıl Çay:
Tərkibində əhval pozğunluqlarına müsbət təsir göstərən L-Theanine amin turşusu var. L-Theanine stressi azaldan serotonin və dopamin hormonlarının istehsalına kömək edir, beyində stresslə əlaqəli kimyəvi maddələrin səviyyəsini aşağı salaraq stress və narahatlığı azaldır. 

Somon:
Stresslə mübarizədə aktiv rol oynayan D vitamini və Omeqa-3 yağ turşuları ilə zəngin olan qızılbalığı qaynadaraq və ya sobada bişirərək həftədə ən az iki dəfə istehlak edin.

Yaşıl mərcimək:

Əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edən seleniumla son dərəcə zəngin olan yaşıl mərciməkləri salatlarınızda və ya yeməklərinizdə istifadə edərək stressinizi azalda bilərsiniz.

Tünd şokolad: 
Beyindəki serotonin və endorfin maddələrlə zəngin olan tünd şokolad əhval-ruhiyyəni səviyyəsini artırır. Buna görə də stressli anlarda özünüzü daha yaxşı hiss etmək üçün çayınızla birlikdə 70% kakao ehtiva edən şokolad istehlak edin.

Kefir:
Probiotik qidalar bağırsaq florasını tənzimləyərək stressi azaltmağa kömək edir. Kefir istehlak etməyi vərdiş halına gətirərək, təbii bağırsaq bakteriyalarına dəstək ola bilərsiniz. O, həmçinin, buna bağlı olan stresslə əlaqəli xəstəlik riskini də azaldır.

Qaragilə:
Stresslə mübarizədə təsirli olan dopaminin istehsalına kömək edir. Həmçinin, sərbəst radikallarla mübarizə aparan antioksidanlarla zəngindir.

Yumurta:
Serotonin yaratmağa kömək edən bir amin turşusu olan triptofanın əsas mənbəyidir. Zəngin D vitamini, sink, maqnezium və selen qaynağı olan yumurta stressə olduqca faydalıdır.

Zərifə Nağıyeva 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://unikal.az
archiveBu xəbər 06 Noyabr 2024 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1213

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see490

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see380

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see378

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see372

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see330

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see313

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see275

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see209

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see209

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see206

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see200

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see196

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see191

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see184

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see182

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see164

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see157

“Bu, ciddi bir xəstəlikdir...”

05 Oktyabr 2026 18:07see157

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri