Sırski Fedorova təşəkkür edib, müharibəyə fokuslanmağa çağırıb
Icma.az, Apa.az saytına istinadən bildirir.
Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski müdafiə naziri Mixail Fedorovun istefasının səbəblərindən birinin onların arasında yaranmış münaqişə olması barədə məlumatların yayılmasından sonra ilk açıqlamasını verib.
APA xəbər verir ki, Sırski özünün “Telegram” kanalında paylaşdığı yazıda Fedorovun bugünkü mətbuat konfransına eyham vuraraq fəxr etdiyi 2022-ci il Kiyevin müdafiəsi əməliyyatı sayəsində paytaxta ictimai tədbirlərin keçirilə bildiyini deyib.
"Mən 2022-ci ildə Kiyev müdafiə əməliyyatı ilə fəxr edirəm. Məhz onun sayəsində Ukraynanın paytaxtını müdafiə edə bildik. Bu gün həmin şəhərdə brifinqlər keçirilə, konsepsiyalar hazırlanıb qərarlar qəbul oluna bilir", – Sırski yazıb.
Komandan paylaşımında diqqətin şəxsi qarşıdurmalara deyil, müharibəyə yönəldilməsinin vacibliyini vurğulayıb.
"İndi əsas diqqəti müharibəyə və artıq konkret nəticələr göstərən effektiv strategiyaya yönəltməliyik", – o qeyd edib.
Baş komandan eyni zamanda Fedorova müdafiə naziri kimi fəaliyyətinə görə təşəkkür edib və ona "bundan sonra da Ukrayna komandasının üzvü olaraq qalmağı" arzulayıb.
Qeyd edək ki, bu gün keçirdiyi brifinqdə Mixail Fedorov Sırskini Müdafiə Nazirliyinin təşəbbüslərini bloklamaqda ittiham etmiş, həmçinin Baş komandanın və Baş Qərargah rəisinin dəyişdirilməsinin vacibliyini bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 16 İyul 2026 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















