Şirvan kanalı bərpa edildi Foto KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Şirvan kanalının Göyçay rayonu ərazisindən keçən, sızma baş vermiş hissəsindəki bənd artıq bərpa edilib. Hazırda təmir-bərpa işləri tam yekunlaşdırılıb.
KONKRET.az xəbər verir ki, Yevlax, Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında suyun verilişi bərpa olunub. Hacıqabul, Ağsu, Kürdəmir və Şamaxı rayonlarının isə su ilə təminatı sabah axşam saatlarınadək, bütün ərazilər üzrə tam həcmdə suyun verilməsi isə 7 avqust səhər saatlarından həyata keçiriləcək.
Əlavə olaraq bildirək ki, hadisə baş verən andan etibarən əraziyə xüsusi texnika və canlı qüvvə cəlb olunub, işlərə dərhal başlanılıb. Operativ şəkildə həyata keçirilən tədbirlər nəticəsində bənd qısa müddətdə bərpa olunaraq suyun verilməsi mərhələli şəkildə təmin edilib. Görülən işlərlə əlaqədar sakinlərin su təminatında müvəqqəti fasilə yarandığına görə həmin ərazilərə su maşınları cəlb edilib, vətəndaşlar su ilə təmin olunublar.
Baxış sayı:140
Bu xəbər 05 Avqust 2026 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















