Icma.az
close
up
RU
Menu

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İsrail bu aviabazadan personalı təxliyə edir

Sumqayıt ın Antalya toplanışı

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

ŞIXƏLİYEVLƏ TOFİQOĞLU ARASINDA HÜQUQİ AYRI SEÇKİLİK... İcra qurumu niyə keçmiş MTN generalından borcu almır, baş redaktorun isə avtomobilinə həbs qoyulur?!

ŞIXƏLİYEVLƏ TOFİQOĞLU ARASINDA HÜQUQİ AYRI SEÇKİLİK... İcra qurumu niyə keçmiş MTN generalından borcu almır, baş redaktorun isə avtomobilinə həbs qoyulur?!

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Bir neçə ay əvvəl Hurriyyet.az saytında “MTN GENERALINDAN MƏHKƏMƏ QƏRARINA HÖRMƏTSİZLİK - Mövlan Şıxəliyev vətəndaşa ödəməli olduğu 127 000 dolları vermir” sərlövhəli yazı dərc etmişdik.

Vətəndaş Əliyev Ələddin Hüseyn oğlunun müraciəti əsasında hazırlanan yazıda, şikayətçi, keçmiş MTN generalı Mövlan Şıxəliyevin ona borclu olduğu 127 min dolları ödəmədiyini bildirirdi. Ə.Əliyevin sözlərinə görə, generalın ona borclu olduğu haqda əlində rəsmi məhkəmə qərarı olsa da, illərdir M.Şıxəliyevdən pulunu ala bilmir.

Ən maraqlısı isə odur ki, Ə.Əliyev məsələ ilə bağlı Ədliyyə naziri Fərid Əhmədovun qəbulunda olan zaman nazir şikayətinin təmin olunacağına söz versə də, Rəfayıl adlı icraçı məhkəmə qərarına qarşı hörmətsizlik nümayiş etdirir və vətəndaşa dəyən zərərin ödənilməsini təmin etmir.

Sual oluna bilər ki, bir neçə ay əvvəl “Hürriyyət”in redaksiyasına daxil olan şikayət məktubunu yenidən gündəmə gətirməkdə məqsədimiz nədir?! Əlbəttə, bu, heç də səbəbsiz deyil. Əslində, son aylarda eyni məzmunlu şikayətlərin sayı onlarladır. Sadəcə, qeyd etdiyimiz məsələdə hər kəsin yaxşı tanıdığı Mövlan Şıxəliyevin adı keçdiyi üçün bu faktı xatırlatmağı lazım bildik.

Haşiyə olaraq onu da dəyərli oxucuların diqqətinə çatdıraq ki, aradan təxminən 5 ay keçsə də, M.Şıxəliyev vətəndaş Əliyev Ələddin Hüseyn oğluna dəyən zərəri hələ də qarşılamayıb. Çünki aidiyyəti icra qurumu şikayətçinin 127 min dollarının ödənilməsində maraqlı deyil, əksinə, keçmiş MTN generalı aşkar şəkildə müdafiə olunur.

Yuxarıdada qeyd etdiyimiz kimi, bu faktı xatırlatmağımız heç də təsadüfi deyil. Söhbət ondan gedir ki, bugünlərdə “Hürriyyət” qəzetinin, eləcə də eyniadlı Hurriyyet.az saytının və “Hurriyyet TV”-nin baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) artıq 15-ci ildir idarə etdiyi şəxsi avtomobilinə Bakı Şəhər Probasiya İdarəsi tərəfindən həbs qoyulub. Bu, Sabunçu Rayon Məhkəməsinin hakimi Samirə Məmmədlinin sədrliyi ilə keçirilən məhkəmə prosesində cavabdeh şəxs qismində çıxış edən V.Məmmədovun qanunsuz olaraq 2 min manat həcmində cərimələnməsi ilə bağlıdır. Hansı ki, baş redaktor həm məhkəmənin bu ədalətsiz qərarına etiraz etdiyi, həm də sözügedən vəsaiti ödəmək imkanı olmadığı üçün indi belə bir reallıqla qarşılaşıb. 

Doğrudur, ortada məhkəmə hökmü olduğundan Bakı şəhər Probasiya İdarəsinin bu qərarı anlaşılandır. Amma necə olur ki, aylardır, hətta illərdir icra sistemi keçmiş MTN generalı Mövlan Şıxəliyevin vətəndaşa borclu olduğu 127 min dollar vəsaitin ödənilməsini təmin etmir, amma baş redaktorun avtomobilinin üzərinə  qısa müddət ərzində həbs qoyulur?! Buradan belə aydın olmurmu ki, İcra və Probasiya şöbələri yalnız sifarişli qərarları icra edir, sadə insanlara, kasıb təbəqəyə dəyən zərərin ödənilməsi onların maraq dairəsində deyil?!

Görünür, elə bu səbəbdən də məhkəmə qərarının mürəkkəbi qurumamış, əsassız olaraq 2 min manat cərimə olunan Vüqar Məmmədovun avtomobilinə həbs qoyulub!

Jalə FAMİLQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 16 Oktyabr 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see257

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see250

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see234

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see222

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see188

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see187

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see175

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see170

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see160

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see146

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see146

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see144

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see137

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see137

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see135

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

14 Yanvar 2026 13:06see132

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri