Icma.az
close
up
RU
Milli Parkda ayrı seçkilik KÖŞƏ

Milli Parkda ayrı seçkilik KÖŞƏ

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çox zaman o fikrə rast gəlirik ki, filankəs tez qocaldı və ya bəsmənkəsin saçları tez ağardı. Başqa birisi haqqında deyilir ki, filankəsin beli əyilib, yerişi dəyişib, danışığında nala-mıxa vurma halları yaranıb. Hətta nisbətən canısulu insanlar əldən düşmüş, qocalmış insanların halına acıyırmış kimi, deyirlər ki, cavanlıqda qəddi-qamətli, enlikürək, yaraşıqlı olan filankəsi bazarda gördüm yazığım gəldi, bədbəxt tamamilə qocalıb və zəifləyib, beli bükülüb, üzü solub, başı da keçəlləşib. Olsun, əslində, qocalıq fəlakət, faciə sayılmamalıdır. Uzun ömürlü olmaq Allahın onlara verdiyi ömür payıdır və buna görə şükürlər edilməlidir. Sadəcə, qocalıqda ötən illərdə etdiklərinə görə peşman olmamaq üçün bu barədə cavanlıqda düşünmək daha yaxşı olardı. Olur ki, qocalmış insan ötən illərin xiffətini çəkir, əldən vermiş olduğu imkanları qaçırdığına və ya yerinə yetirmədiyinə görə öz-özünə deyinir. Xüsusilə də, vəzifədə olmuş qocalar daha çox ötən illəri xatırlayıb, hansısa məsələni yerinə yetirmədiyinə, kimdənsə lazımi qədər qisas almadığına görə kədərlənir. Özəl araşdımalarımla, ümumilikdə 30-a yaxın keçmiş polis rəisi, prokuror, icra hakimiyyətinin rəhbər şəxsləri ilə birbaşa, bəzən isə dolayı yollarla söhbətlər aparıb, onların vəzifə təəssüratlarını öyrənməyə çalışmışam. Səmimiyyətimə inanın, əksəriyyəti mənə deyib ki, əgər vəzifədə olduğum dönəm tanışlığımız olsa idi, sənin üçün filan-filan möhtəşəm işləri görər, filan problemlərini həll edər, bağ qurar, bağça salardım. Böyük hissəsi “yenidən vəzifəyə qayıtmaq imkanlarım olsa idi, bir sıra tanış-bilişdən qisasımı alardım-deyə bildirirlər. Acı təəssüf hissi yaradan fikirlərdir. Bununla keçmiş məmur ancaq qisas almaq haqqında düşündüyünü nümayiş etdirir. Hesab edir ki, vəifədə olduğu zamanlardakı kimi ona hörmət göstərməyənlər, qulluğunda dayanmayanlar üzüdönüklük edirlər. Vəzifəyə qayıtsa, ilk işi həmin üzüdönüklərin cəzalandırılması olmalıdır. Yəni keçmiş vəzifə mənsubları demirlər ki, yenidən vəzifə kreslosuna sahib olmaq şansı yaransa insanlara xidmət edər, onlara tapşırılan sahənin inkişafına töhfələr verməyə çalışar və dünyalarını dəyişdikdən sonra özlərinə rəhmət qazanarlar. İstək və niyyət də yoxdur. Bu isə çox təhlükəlidir. Həm də o anlamı yaradır ki, insan olan bəşəri varlıq üçün vəzifə, pul-para hər şeydən, hətta sağlamlığından belə üstündür. Əgər belə olmasa idi, yuxarıda qeyd etdiyim problemlərlə yanaşı, indiki vəzifə sahiblərinin və ya statusa malik insanlar hələ də kreslolarından bərk-bərk yapışmazdılar. Xüsusilə də, qanunverici orqanımızda elə deputatlar var ki, əlləri əsir, yeriyəndə büdrəyir, danışanda çənəsi əsir, ancaq oturduğu kreslosunu göz bəbəyi kimi qoruyur. Yadınızda olar, Xanhüseyn adlı bir deputatımız var idi, Milli Məclisdə komitə iclasında aləmi bir-birinə vurdu, nə danışdığını, nə söylədiyini kimsə anlamadı. Bu gün də sosial şəbəkələrdə Xanhüseyn müəllimin zad-zuduna rast gəlmək olur. Ən faciəlisi ondan ibarət idi ki, X.Kazımlı tozanaq qoparmasına həmkarları rişxənd edib bığaltı qımışanda, o, əsəbiləşib, onları qınadı. Əslində, X.Kazımlı günahkar deyil. Problem onun həmin müzakirələr zamanı depressiyada olması idi. Belə də baxanda əksəriyyəti elə Xanhüseyn Kazımlının günündədir. Bəlkə də ən üzüsulusu X.Kazımlıdır. Elə nəvəsi, nəticəsi, götücəsi və ya yadıcası ilə vaxt keçirib, son məqamını gözləməli olan deputat var ki, sözünün əvvəlini biznesdəki fəaliyyəti ilə başlayıb, sonunu necə pullar qazanmaları, xaricdə mənzillər, obyektlər almaları ilə bitirirlər. Hətta fəxarətlə 38 dəfə Həccə getmələrindən dəm vuranlar da olur. Lakin nə qədər mənsəbpərəst və kreslopərəst olsalar da, bəzən onlara qarşı da haqsızlıqlara yol verilir.

O gün nahar fasiləsindən sui-istifadə edib təkrarsız ab-havası, unikal görünüşü ilə seçilən Dənizkənarı Milli Parkı gəzməyə çıxmışdım. Füsunkar gözəllikləri seyr edib, böyük zövq aldım. Ancaq ölkəmizdəki uzunömürlülərin plakatlarını görəndə qanım qaraldı. Nədən ki, həmin uzunömürlü baba və nənələrimizin bərq vuran, göz oxşayan böyük plakatları sırasında bizim yaşlı deputatlarımızın fotoları yox idi. Açığı çox məyus oldum. Ürəyimdə Dənizkənarı Milli Parkın rəhbərliyini qınadım. Hətta bu məsələdə idarənin hansısa şübhəli marağının olduğunu düşündüm. Sonra da fikirləşdim ki, yəqin idarənin müvafiq şöbəsinin yaşlı deputatların tərcümeyi-halı ilə bağlı məlumatları yoxdur. Əslində, belə düşünməyə və fikir yürütməyə haqqım da vardı. Çünki necə ola bilər ki, Quba, Qusar, Lerik, Masallı, Şamaxı, Ağsu rayonlardan olan 60-70 yaşlı insanların fotolarını Dənizkənarı Milli Parkda nümayiş etdirilir, ancaq Milli Məclisin yaşları 80-ni keçən deputatların ad və soyadlarını şəkilləri ilə nümayiş etdirmirlər. Təkcə deputat Ziyad Səmədzadənin adı bütün mübahisələrə son qoymalıdır. Böyük coşqu və fəxrlə fəaliyyətini izlədiyimiz deputatımız Ziyad Səmədzadənin 86 yaşı var. Bu fakt Dənizkənarı Milli Parkda nümayiş etdirilən uzunömürlülərin plakat sərgisində dəyişiklik etməyə və ya siyahının genişləndirilməsinə imkan vermirsə, daha bir neçə yaşlı deputatımızın ad və soyadlarını internet resurslarına daxil olmaqla öyrənə bilərlər. Bulvar İdarəsinə onu xatırlatmağı vacib hesab edirəm ki, Milli Məclisimizdə 20-dən yuxarı deputatın yaşı 70-dən çoxdur. İkincisi, elə qocaman deputatlar var ki, onlar nəinki iki əsrin deputatıdılar, həm də iki fərqli siyasi-ideoloji sistemin insanları olublar. Hətta elələri var ki, sovet ideologiyasına o dərəcə bağlı və sədaqətli idilər ki, müstəqillik aktımızın qəbul edilməsi zamanı, əqidələrinə sadiq qaldılar. Nə isə... Bulvar idarəsinin uzunömürlülərin sərgisində dəyişikliklər edib, yaşlı deputatlarımızın və digər qocaman vəzifə mənsublarının da fotolarını şəhər sakinlərimizə və ölkəmizə gələn qonaqlara nümayiş etdirəcəklərinə ümid edirik. Yəni haqsızlıq aradan qaldırılacaq. Nəzərə almaq lazımdır ki, Azərbaycanda el məsələdir, “qocaya hörmət elə, sən də qocalacaqsan”.

İLHAM ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Aprel 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baloqun qırmızı vərəqəsinin ləğvi barədə: “Bu, tamamilə unikal bir şey idi”

15 İyul 2026 07:14see346

Bakıda avtobusla toqquşan “Mercedes”in arxası “yoxa çıxdı” VİDEO

16 İyul 2026 15:32see230

“Sabah” 10 cu qalib

16 İyul 2026 00:18see211

Argentina yarımfinallarda uduzmur Altı oyunun hamısında final

16 İyul 2026 03:12see206

Baş nazirdən Şuşa barədə YENİ QƏRAR

15 İyul 2026 23:06see205

Cəmiyyətdə kişi anlayışı vizuallıqdan ibarət qalıb

15 İyul 2026 06:21see200

Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib

16 İyul 2026 06:56see194

Beş min dollar qazandı, Messi ilə görüşdü: in qarşılaşdığı qeyri adi azarkeş FOTO/VİDEO

15 İyul 2026 16:33see190

“İslamabad sazişi başa çatdı”

15 İyul 2026 07:00see183

Normal vaginal axıntı necə olmalıdır? Qadınların diqqətinə!

15 İyul 2026 23:03see182

İran yaralanan mülki şəxslərin sayını açıqladı

16 İyul 2026 02:02see172

ABŞ “yaşıl kartı” 100 min dollara SATACAQ

16 İyul 2026 11:20see166

Santorini əvəzinə Serifos, Kapri əvəzinə Proçida: Avropada kəşf edilməyi gözləyən 5 ada

16 İyul 2026 03:04see160

Gəmi kapitanı Səmədin nəşi tapıldı

16 İyul 2026 21:16see159

Ərbakanın NATO sammiti ilə bağlı şərhi Ərdoğanı qəzəbləndirə bilər

16 İyul 2026 17:53see157

Brüsselə verilən siyasi mesaj: Avropa Bakıya möhtacdır

15 İyul 2026 19:04see157

İranda uşaq xəstəxanasının yaxınlığına raket atıldı

16 İyul 2026 03:11see156

Məleykə Abbaszadə bakalavrlar üçün tövsiyələr verib

17 İyul 2026 00:34see150

Anar Quliyev: Azərbaycanın 79 şəhərindən 68 i üçün baş planlar hazırlanıb

16 İyul 2026 09:17see149

İngiltərə mundialda qol vurmaq üzrə rekorda imza atıb

16 İyul 2026 02:05see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri