Siyarto: Macarıstan hələ də Kiyevin Aİ üzvlüyünü təhlükəli hesab edir
Icma.az, Aznews.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Macarıstan hökuməti hələ də Ukraynanın Avropa İttifaqına (Aİ) qoşulmasını təhlükəli hesab edir, lakin bu məsələ ilə bağlı öz vətəndaşlarının istənilən mövqeyini beynəlxalq arenada təmsil etməyə hazırdır.
Bu barədə Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto məlumat verib.
“Ukraynanın Aİ-yə daxil olmasını sürətləndirmək niyyəti həm bütün Aİ, həm də Macarıstan üçün son dərəcə təhlükəlidir. Ona görə də biz macar xalqının bu məsələyə münasibət bildirə bilməsini məqsədəuyğun hesab edirik. Macarıstan xalqının fikri nə olursa olsun, Macarıstan hökuməti bu mövqeyi təmsil edəcək”, - o, Rumıniyanın energetika naziri Sebastyan Burduja ilə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
Eyni zamanda Siyarto qeyd edib ki, Kiyevin üzvlüklə bağlı danışıqlar tezliklə sırf texniki məsələlərin müzakirəsindən əsaslı müzakirələrə keçə bilər. Nazir vurğulayıb ki, Budapeştin bu proses başlamazdan əvvəl öz xalqının fikrini eşitməsi vacibdir.
Mövsüm
Aznews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 10 Mart 2025 19:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















