Icma.az
close
up
RU
Siyasi partiyalar qəza anından dövlətin və xalqın yanında oldu

Siyasi partiyalar qəza anından dövlətin və xalqın yanında oldu

Icma.az, Sia Az saytına istinadən bildirir.

Bugünkü reallıq ondan ibarətdir ki, hava nəqliyyatı etibarlı sərnişin daşınmalardan hesab olunur. Yəni digər nəqliyyat növlərindən fərqli olaraq hava nəqliyyatı nisbətən daha təhlükəsiz və əlverişlidir. Həm də hava gəmiləri insanların qısa müddətdə bir yerdən başqa bir yerə daşınmasını tezləşdirən nəqliyyat vasitəsi hesab olunur. Müasir texnologiyaların inkişafı hava gəmilərinin təhlükəsiz uçuşunun daha effektli təmin olmasına imkanlar yaradır. Bununla belə təəssüf hissi ilə bildirmək lazımdır ki, nə qədər texnologiya inkişaf etsə və sərnişin təyyarələri təkmilləşsə də, təyyarə qəzaları dünya aviasiya tarixinin ayrılmaz hissəsi olaraq qalmaqdadır. AZAL-ın Bakı–Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması da aviasiya tarixinin dəhşətli qəzalarındandır. Rəsmi məlumata görə, "Azərbaycan Hava Yolları" aviaşirkətinin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub, 29 nəfər, o cümlədən iki uşaq qəza nəticəsində xəsarət alıb, yaralılardan 11-nin vəziyyəti ağır, digərlərinin vəziyyəti orta-ağır qiymətləndirilir. Baş verən dəhşətli qəza ilə bağlı dünya ölkələrinin dövlət və hökumət başçıları Prezidentimiz İlham Əliyevə telefonla zəng edir, məktublar ünvanlayır həlak olanların ailələrinə, Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırlar.

Azərbaycan xalqı baş verən təyyarə qəzasından sarsılsa da, yenə də bir bayraq altında birləşməyi bacardı

Azərbaycan cəmiyyətinin bütün təbəqələri baş verən təyyarə qəzasında sarsılsa da, toparlanaraq birlik və həmrəylik nümayiş etdirməyi bacarır. Xüsusilə də, hər zaman milli maraqlardan, dövlətçilik mənafeyindən çıxış edən siyasi partiyalar, o cümlədən Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası Sabir Rüstəmxanlı, "Ana Vətən" Partiyası Fəzail Ağamalı, Ədalət, Hüquq, Demokratiya Partiyası Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyası Fazil Mustafa, Demokratik İslahatlar Partiyası Asim Mollazadə, Azərbaycan Demokratik Maarifçilik Partiyası Elşən Musayev, Milli Cəbhə Partiyası Razi Nurullayev,. Azərbaycan Milli İstiqlal" Partiyası Arzuxan Əlizadə, "Böyük Azərbaycan" Partiyası Elşad Musayev,Haqq Ədalət Partiyası Əli İnsanov,Vəhdət Partiyası Tahir Kərimli, Azərbaycan Ümid Partiyası İqbal Ağazadə, Azərbaycan Demokrat Partiyası Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyası Pənah Hüseyn, Milli Dirçəliş Hərəkatı Partiyası Fərəc Quliyev, Ədalət Partiyası İlyas İsmayılov, Klassik Xalq Cəbhəsi Partiyası Mirmahmud Fəttayev, AĞ Partiyası Tural Abbaslı, REAL Partiyası Natiq Cəfərli, Azad Vətən Partiyası Akif Nağı, Müasir Müsavat Partiyası Hafiz Hacıyev, Yeni Zaman Partiyası Musa Ağayev və Gələcək Azərbaycan Partiyası Ağasif Şakiroğlu AZAL-ın Bakı–Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar bəyanat yayıblar. Bəyanatda qeyd olunur ki, 2024-cü il dekabrın 25-də "Azərbaycan Hava Yolları"nın Bakı-Qroznı reysi üzrə sərnişin daşıyan təyyarəsinin qəzaya uğraması nəticəsində insanların faciəvi şəkildə dünyalarını dəyişməsi və xəsarətlər alması bütün xalqımızı dərindən kədərləndirdi: "Baş vermiş hadisə ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasına səfərini təxirə salmış, təcili ölkəyə qayıdaraq qəza nəticələrinin aradan qaldırılması və səbəblərinin araşdırılması üçün operativ müşavirə keçirmişdir. Dövlətimizin başçısının imzaladığı müvafiq sərəncamlarla baş vermiş qəzanın səbəblərinin araşdırılması, qəzada həlak olmuş və xəsarət almış şəxslərin ailələrinə yardım göstərilməsi, həmçinin qəzadan zərər görmüş xarici ölkə vətəndaşları ilə bağlı məsələlərin həlli məqsədilə dövlət komissiyası yaradılmış, ölkədə bir günlük matəm elan olunmuşdur".

"Bədbəxt hadisəni siyasi spekulyasiya predmetinə çevirmək cəhdini qınayır, vətəndaşlarımızı və bütün dünya azərbaycanlılarını həmrəyliyə çağırırıq"

Bəyanatı imzalayan siyasi partiyalar inamlarını ifadə edirlər ki, müvafiq dövlət qurumları qəzanın səbəblərini qısa müddətdə araşdıraraq ictimaiyyətə ətraflı məlumat verəcək, qəzadan zərər görənlərə lazımi dövlət qayğısı göstəriləcək : "Bəyanatı imzalayan siyasi partiyalar adından təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını arzulayırıq. Belə ağır günlərdə xalqımızın və dövlətimizin yanında olduğumuzu bəyan edir, bəzilərinin bu bədbəxt hadisəni siyasi spekulyasiya predmetinə çevirmək cəhdini qınayır, vətəndaşlarımızı və bütün dünya azərbaycanlılarını həmrəyliyə çağırırıq. Uca Allah xalqımızı bəlalardan qorusun!"

Siyasi partiyaların faciənin baş verdiyi andan dövlətin mənafeyindən çıxış etməsi və xalqın yanında olması, ölkəmizdə sivil, demokratik siyasi formatın qurulduğunu göstərir. Düzdür, yenə də Əli Kərimli, Cəmil Həsənli kimi məxluqlar faciə ilə bağlı nala-mıxa vuran fikirlər səsləndirirlər. Bunula onlar bir daha maşa rolunda çıxış etdiklərini nümayiş etdirirlər. Belələrinə haqlı olaraq "onlar bizlərdən deyil" - deyə bildirilir.

İLHAM ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Dekabr 2024 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri