Icma.az
close
up
RU
Siyasi şərhçi: Azərbaycan BƏƏ münasibətləri məzmun və miqyas baxımından yeni mərhələyə daxil olub

Siyasi şərhçi: Azərbaycan BƏƏ münasibətləri məzmun və miqyas baxımından yeni mərhələyə daxil olub

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 18 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri və Əbu-Dabidə BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan ilə keçirdiyi görüş Azərbaycan–BƏƏ münasibətlərinin məzmun və miqyas baxımından yeni mərhələyə daxil olduğunu aydın şəkildə göstərdi. Bu səfər təkcə ikitərəfli diplomatik təmas kimi deyil, həm də Azərbaycanın Yaxın Şərq regionunda etibarlı tərəfdaş və balanslaşdırıcı aktor kimi mövqeyinin daha da möhkəmlənməsi baxımından diqqət çəkir.

Görüş zamanı səsləndirilən mesajlar onu deməyə əsas verir ki, Bakı ilə Əbu-Dabi arasında münasibətlər artıq klassik enerji əməkdaşlığı çərçivəsini aşaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir. Prezident İlham Əliyev Azərbaycanın BƏƏ ilə əlaqələrə xüsusi önəm verdiyini vurğulayaraq, siyasi dialoqun yüksək səviyyədə olduğunu, qarşılıqlı etimadın isə bu münasibətlərin əsas dayağına çevrildiyini qeyd edib. Bu etimad son illər ərzində iki ölkənin beynəlxalq platformalarda bir-birinin mövqelərini dəstəkləməsi ilə daha da möhkəmlənib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasətçi Tural İsmayılov söyləyib.

O bildirib ki, Azərbaycan–BƏƏ münasibətlərinin əsas sütunlarından biri enerji sahəsidir. Azərbaycanın zəngin karbohidrogen ehtiyatları və Avropanın enerji təhlükəsizliyində artan rolu fonunda BƏƏ-nin enerji portfelinin şaxələndirilməsi strategiyası ilə Bakının yanaşmaları üst-üstə düşür. Bununla yanaşı, görüşlərdə yaşıl enerji gündəliyinin xüsusi yer tutması diqqətçəkən məqamdır. BƏƏ-nin bu sahədə topladığı təcrübə və Azərbaycanın Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji zonasına çevirməklə bağlı planları əməkdaşlıq üçün yeni imkanlar yaradır.

“Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq münasibətlərin dərinləşən xəttini təşkil edir. BƏƏ şirkətlərinin Azərbaycana artan marağı, investisiya layihələrinin coğrafiyasının genişlənməsi, xüsusilə logistika, infrastruktur, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlıq perspektivləri tərəflər üçün qarşılıqlı fayda vəd edir. Prezident İlham Əliyevin səfər çərçivəsində müxtəlif tədbirlərdə iştirakı Azərbaycanın investisiya mühiti və iqtisadi sabitliyinə olan etimadın göstəricisi kimi qiymətləndirilir.

Siyasi baxımdan bu səfər Azərbaycanın müstəqil və çoxvektorlu xarici siyasət kursunun növbəti təsdiqidir. Rəsmi Bakı regional və qlobal proseslərdə dialoq, əməkdaşlıq və beynəlxalq hüquq prinsiplərinə əsaslanan mövqeyi ilə seçilir. Azərbaycan nə qarşıdurmaların dərinləşməsində, nə də geosiyasi bloklaşmalarda maraqlıdır, əksinə sabitlik və inkişafı təşviq edən tərəf kimi çıxış edir”, - deyə T.İsmayılov vurğulayıb.

Siyasətçi əlavə edib ki, görüş zamanı regional və beynəlxalq gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsinin aparılması Bakı ilə Əbu-Dabi arasında siyasi məsləhətləşmələrin daha sistemli xarakter aldığını göstərir. Bu isə gələcəkdə beynəlxalq təşəbbüslərdə qarşılıqlı koordinasiyanın artacağına işarədir.

Bu baxımdan da Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri Azərbaycan–BƏƏ münasibətlərinin möhkəm siyasi iradəyə, real iqtisadi maraqlara və uzunmüddətli strateji baxışa söykəndiyini bir daha nümayiş etdirdi. Bu münasibətlər təkcə iki ölkə üçün deyil, daha geniş regionda sabitlik, əməkdaşlıq və davamlı inkişaf baxımından əhəmiyyətli nümunə kimi çıxış edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Dekabr 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see619

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see230

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see208

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see145

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri