Icma.az
close
up
RU
Siyasi şərhçi: Azərbaycan BƏƏ strateji tərəfdaşlığı Yaxın Şərq istiqamətində yeni siyasi iqtisadi mərhələyə qədəm qoyur

Siyasi şərhçi: Azərbaycan BƏƏ strateji tərəfdaşlığı Yaxın Şərq istiqamətində yeni siyasi iqtisadi mərhələyə qədəm qoyur

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 17 dekabr, Səbinə Əlizadə, AZƏRTAC

Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri iki ölkə arasında son illərdə formalaşmış strateji tərəfdaşlıq xəttinin ardıcıl davamı və dərinləşməsi baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilir. Bu səfər ikitərəfli münasibətlərin cari gündəliyində olan məsələlərin müzakirəsi ilə yanaşı, Azərbaycanın Yaxın Şərq və Körfəz regionu ilə əlaqələrinin genişləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Son illər regional və qlobal proseslər fonunda Azərbaycan-BƏƏ münasibətləri təkcə siyasi dialoq müstəvisində deyil, iqtisadi, investisiya və enerji əməkdaşlığı istiqamətində də yeni məzmun qazanıb.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar bildirib.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub və müstəqillikdən sonra Körfəz ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.

“İlk mərhələdə münasibətlər əsasən siyasi dialoq və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək üzərində formalaşsa da, zamanla iqtisadi və ticari əməkdaşlıq da əlaqələrin mühüm komponentinə çevrilib. Xüsusilə 2000-ci illərin ortalarından etibarən yüksək səviyyəli qarşılıqlı səfərlər, iqtisadi komissiyaların fəaliyyəti və investisiya layihələri əlaqələrin praktik müstəviyə keçdiyini nümayiş etdirib”, – deyə o qeyd edib.

Ülviyyə Zülfiqar vurğulayıb ki, Prezident İlham Əliyevin BƏƏ-yə səfəri çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas diqqət mərkəzində olub. Enerji, bərpaolunan enerji mənbələri, logistika, nəqliyyat və investisiya sahələrində əməkdaşlıq imkanlarının müzakirəsi tərəflər arasında qarşılıqlı maraqların yüksək səviyyədə uzlaşdığını göstərir. Onun sözlərinə görə, BƏƏ-nin qlobal investisiya təcrübəsi və Azərbaycanın regional tranzit imkanları bu əməkdaşlığı uzunmüddətli və strateji xarakterli edir.

Siyasi şərhçi qeyd edib ki, səfər zamanı siyasi dialoq da mühüm yer tutur. Azərbaycan və BƏƏ beynəlxalq platformalarda bir-birinin suverenliyi və ərazi bütövlüyünə ardıcıl dəstək nümayiş etdirir.

“Regional təhlükəsizlik, Yaxın Şərqdə və Cənubi Qafqazda baş verən proseslər ətrafında aparılan fikir mübadiləsi tərəflərin bir sıra əsas məsələlərdə oxşar mövqelərdən çıxış etdiyini təsdiqləyir”, - deyə o bildirib.

Ü.Zülfiqar postmünaqişə dövründə Azərbaycanın həyata keçirdiyi bərpa və yenidənqurma layihələrinə BƏƏ şirkətlərinin artan marağını da xüsusi vurğulayıb. Onun sözlərinə görə, “yaşıl enerji” zonalarının yaradılması, ağıllı şəhər konsepsiyalarının tətbiqi ilə bağlı aparılan müzakirələr gələcək əməkdaşlığın konkret və praktik nəticələr verəcəyini göstərir.

Siyasi şərhçinin fikrincə, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri Azərbaycan-BƏƏ münasibətlərinin artıq daha institusional mərhələyə keçdiyini, siyasi və iqtisadi sahələrdə konkret əməkdaşlıq mexanizmlərinin formalaşdığını nümayiş etdirir və bu səfər iki ölkə arasında strateji tərəfdaşlığın uzunmüddətli perspektivini daha da möhkəmləndirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see280

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see278

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see272

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see237

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see224

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see138

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri