Icma.az
close
up
RU
Sızanaqların yetkin yaşda müalicəsinin effektiv YOLLARI

Sızanaqların yetkin yaşda müalicəsinin effektiv YOLLARI

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Yetkin yaşlarda dəri problemləri, xüsusilə sızanaq, bir çox insan üçün narahatedici vəziyyət olaraq qalır.

Redaktor.az xəbər verir ki, kosmetoloq, tibb üzrə fəlsəfə doktoru və “DOCLASER” Lazer Dermatologiya Mərkəzinin baş həkimi Kirill Novikov bu problemlə necə mübarizə aparmaq barədə “Gazeta.ru”ya danışıb.

Novikov bildirib ki, sızanağın müalicəsində ilk mərhələ dərinin təmizlənməsidir. Bu mərhələdə dəridə toplanmış ölü hüceyrələr hiperkeratoz aradan qaldırılmalıdır. Bu məqsədlə niodim və erbium lazerlərindən istifadə olunaraq lazer pilinqləri tətbiq olunur. Onların infraqırmızı şüalanma ilə iltihab ocaqlarını da aradan qaldırdığı vurğulanıb.

Kosmetoloq qeyd edib ki, növbəti mərhələ dərinin yağ ifrazını sabitləşdirməkdir. Bu zaman əsasən medikamentoz müalicələrdən istifadə olunur. Əlavə olaraq, damar daxili lazerlə qanın şüalanması, kriomasaj və dərin irinli sızanaqların elektrokoaqulyasiyası kimi prosedurlar tətbiq edilir. Novikovun sözlərinə görə, iltihabi prosesin dayanması adətən 1.5–2 ay çəkir.

İltihab dayandıqdan sonra dəri səthinin bərabərləşdirilməsi mərhələsinə keçilir. Bu mərhələdə yaşıl lazerlə qızartılar aradan qaldırılır, həmçinin fotodinamik terapiya və mikroiynə prosedurları tətbiq olunur ki, bu da dəri görünüşünü xeyli yaxşılaşdırır.

Həkim əlavə edib ki, yetkin qadınlarda yaranan sızanaq kompleks yanaşma tələb edir. Sadəcə dermatoloq və ya kosmetoloqla məhdudlaşmaq uğurlu nəticə verməyə bilər. Bu səbəbdən ginekoloq-endokrinoloqun iştirakı da vacibdir.

Bundan əlavə, sızanaqların ağırlaşmasına səbəb olan əsas faktorların və səbəblərin araşdırılması üçün qastroenteroloqun da prosesə cəlb olunması tövsiyə olunur.

Sızanaq ilə mübarizədə düzgün qidalanma xüsusi əhəmiyyət daşıyır. Novikov bildirib ki, qanda şəkərin və insulin səviyyəsinin sürətli artımına səbəb olan məhsullar rasiondan çıxarılmalıdır. Eyni zamanda tərləmə və yağlılıq səviyyəsini artıran məhsulların istifadəsi də məhdudlaşdırılmalıdır.

Zərərli məhsullara bunlar daxildir: Süd, pendir, kəsmik, kofe, spirtli içkilər,Donuz əti, kərə yağı, marqarin, şəkər, ağ çörək, fast-food, acı ədviyyatlar və souslar.

Faydalı məhsullar sırasında isə: Omega-3 mənbələri (losos balığı, kətan toxumu), sinklə zəngin qidalar (balqabaq tumu, mal qaraciyəri), lifli məhsullar (brokoli, tam taxıllı məhsullar).

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 İyul 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1393

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see677

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see533

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see522

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see469

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see446

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see434

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see422

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see401

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see360

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see343

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see287

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see281

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see278

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see262
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri