Icma.az
close
up
RU
Saqqızla bağlı bilmədiyimiz şok həqiqət

Saqqızla bağlı bilmədiyimiz şok həqiqət

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Siz heç vaxt düşünməzdiniz, amma gündəlik vərdişə çevrilmiş saqqız çeynəməl orqanizmə təhlükəli mikroplastik hissəciklərinin mənbəyi ola bilər.

Milli.Az-ın xarici mətbuata istinadla xəbərinə görə, alimlərin yeni araşdırması buna aydınlıq gətirib.

Saqqız haqqında nə məlum olub?

Yaxınlarda dərc olunan tədqiqat elm dünyasında əsl rezonans doğurub və bir çox insanı bu "zərərsiz" vərdişin sağlamlıq riskləri barədə düşünməyə vadar edib. Amerikalı alimlərin rəhbərlik etdiyi tədqiqat qrupu ilk dəfə olaraq müxtəlif saqqız növlərinin çeynənməsi zamanı buraxılan mikroplastiklərin miqdarını ölçüb. Onlar 10 məşhur saqqız markasını analiz ediblər - 5-i sintetik əsaslı, 5-i isə "təbii" kimi təqdim olunanlar. Pilot eksperimentdə könüllülər 2-dən 20 dəqiqəyə qədər fərqli müddətlərdə bu saqqızları çeynəyiblər - adi istifadəni imitasiya edərək.

Nəticələr necə əldə olunub?

Eksperiment zamanı iştirakçıların ağız suyundan nümunələr götürülüb. Nümunələr müasir analiz metodları ilə öyrənilib, o cümlədən:

FTIR infraqırmızı spektroskopiya

Smartfon vasitəsilə mikroplastiklərin sayılması üçün xüsusi üsul

Bu innovativ yanaşma sayəsində tədqiqatçılar təkcə mikroplastiklərin mövcudluğunu deyil, həm də onların miqdarını və tərkibini dəqiq müəyyən edə biliblər.

Təəccübləndirici nəticələr

Hər 1 qram saqqızdan təxminən 637 milyon mikroplastik hissəcik ifraz olunur!

Bu hissəciklərin 94 faizi ilk 8 dəqiqə ərzində çıxır

Bu o deməkdir ki, bir neçə dəqiqə ərzində yüz milyonlarla mikroskopik plastik hissəciyi uda bilərsiniz

Daha maraqlısı odur ki, "təbii" saqqızlar və sintetik olanlar arasında ciddi fərq aşkarlanmayıb (statistik əhəmiyyət yoxdur, P> 0.8). Analiz zamanı aşkarlanan plastiklər arasında ən çox polietilen və polipropilen daxil olan poliolefinlər rast gəlinib - bu maddələr plastik qablaşdırmalarda geniş istifadə olunur.

Mikroplastiklərin təhlükəsi nədədir?

Tədqiqatçılar bildirirlər ki, müasir dünyada biz hava, su, torpaq və qida vasitəsilə daim mikroplastiklərə məruz qalırıq. Bu araşdırmanın məqsədi saqqızın daha bir potensial mikroplastik mənbəyi olduğunu sübut etmək idi. Alınan göstəricilər "plastik yükümüzü" anlamaq üçün mühüm addımdır.

Əlavə risk - ksilitol

Alimlər, həmçinin şəkər əvəzedicisi kimi istifadə olunan ksilitolun bəzi insanlarda qıcıqlanmış bağırsaq sindromu və köp kimi mədə-bağırsaq narahatlıqlarını gücləndirə biləcəyini də qeyd ediblər.

Nəticə

Saqqız yalnız ağız qoxusunu gizlədən və ya dişləri məşğul edən bir vasitə deyil - o, həm də mikroplastiklərlə dolu, sağlamlıq üçün potensial təhlükəli bir məhsula çevrilə bilər. Hələ ki bu sahədə uzunmüddətli insan araşdırmaları azdır, lakin nəticələr artıq ehtiyatlı olmağa əsas verir. /Lent.az

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 19 Aprel 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri