Icma.az
close
up
RU
Sizin həmin turistlərdən fərqiniz nədir? Video

Sizin həmin turistlərdən fərqiniz nədir? Video

Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial media hesabında rayonlardan birində aparılan abadlıq işləri zamanı şəhidlərin şəkillərinə edilən hörmətsizdən yazıb.

Axşam.az xəbər verir ki, aparıcının yayımladığı görüntülərdə şəhidlərin şəkillərinin üzərinin rəngləndiyi əks olunub.

"Sonra da deyirlər ki, bəzi icra başçılarını yerli sakinlər sevmirlər. Axı niyə sevsinlər? Çünki onlar tapşırıq verəndə insanların hisslərini, şəhid ailələrinin qəlbini düşünmürlər. Abadlıq adı ilə iş görmək olar, amma bunu da vicdanla, insana hörmətlə etmək lazımdır. Əgər şəhidlərin şəkilləri divardan çıxarılırsa, valideynlərə izah edilməliydi ki, burada təmir işləri aparılır, şəkillər isə sonra yenidən qoyulacaq. Yaxud da deyilməliydi ki, şəkilləri müvəqqəti evinizdə saxlayın. Bu qədər sadə!

Amma məsələ belə həll olunmur. Çünki bəziləri kresloda oturub yalnız göstəriş verməyi bacarır, amma insanın qəlbinə toxunmamağı bacarmır. Dövlət başçısı hər dəfə şəhidlərdən danışanda gözləri dolur, şəhidlərimizə xüsusi önəm verir, onların ruhunu uca tutur. Amma bəzi məmurların hərəkətləri sanki bunun tam əksini göstərir. Onlar elə addımlar atırlar ki, anaların, vətəndaşların nifrətini qazanırlar.

Mən bilmirəm bu hadisə hansı rayonda baş verib. Amma bir şeyi dəqiq deyirəm: belə tapşırıq verən şəxs dərhal işdən qovulmalıdır. Çünki bu, sadəcə bir səhv deyil – bu, şəhidin ruhuna, valideynin ürəyinə, vətəndaşın hissinə hörmətsizlikdir" deyə, Tolik bildirib.

O, daha sonra hadisənin Göygöl rayonunda baş verdiyini vurğulayıb:

"Ayıb olsun. Göygöl rayon icra hakimiyyətinin bu sahə üzrə işçilərinə. Bu nədir? Sizin vicdanınız yoxdur? Ərəbdən fərqiniz nədir?".

Qeyd edək ki, ötən gün Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan üç əcnəbi barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://axsam.az
archiveBu xəbər 19 Avqust 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see667

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see329

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see318

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see310

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see307

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see305

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see288

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see278

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see273

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see264

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see253

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see240

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see239

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see239

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see236

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see235

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see231

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see221

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see208

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri