Şizofreniya və epilepsiyaya qarşı laboratoriya üsulu İsveç alimlərindən KƏŞF
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İsveçin Lund Universitetinin alimləri beyin dəstək hüceyrələrini sinir fəaliyyətini tənzimləyən elementlərə çevirməyi bacarıblar. Bu hüceyrələr adətən şizofreniya və epilepsiyada zəif işləyir.
Redaktor.az xəbər verir ki,tədqiqatın nəticələri Science Advances (SciAdv) jurnalında dərc olunub.
Alimlər parvalbumin neyronları üzərində işləyiblər. Bu neyronlar beyin həyəcanı və sakitliyi arasında balansı qoruyur, neyron şəbəkələrinin ritmik və nizamlı fəaliyyətini təmin edir. Bu hüceyrələrin funksiyasının pozulması və ya sayının azalması şizofreniya, epilepsiya və digər nevroloji xəstəliklərin inkişafı ilə əlaqələndirilir.
Ən böyük çətinlik ondan ibarətdir ki, bu neyronlar embrionun inkişafının son mərhələlərində əmələ gəlir və laboratoriyada, hətta kök hüceyrələrdən istifadə edildikdə belə, əldə olunması çətindir.
Tədqiqatçılar alternativ üsul kimi qlial hüceyrələrin birbaşa proqramlaşdırılmasını təklif ediblər. Qlial hüceyrələr normalda neyronları qidalandırır, qoruyur və beyin toxumasının strukturunu dəstəkləyir.
Metodun mahiyyəti ondan ibarətdir ki, xüsusi genlər aktivləşdirilir və qlial hüceyrənin taleyi dəyişdirilərək onu parvalbumin neyronuna çevirir. Bu üsul kök hüceyrələr mərhələsini aradan qaldırır və prosesi sürətləndirir.
Alimin rəhbəri Railander Ottosson bildirib: "Müvafiq genləri aktivləşdirərək qlial hüceyrələri parvalbumin neyronuna çeviririk, kök hüceyrələrdən istifadə etmədən. Ümid edirik ki, yeni genlərin tətbiqi ilə bu metodu daha da təkmilləşdirə biləcəyik".
Gələcəkdə bu metod laboratoriyada xəstələrin neyron modellərini yaratmağa və şizofreniya, epilepsiya mexanizmlərini öyrənməyə imkan verəcək. Uzaq perspektivdə isə metod, itirilmiş və ya zədələnmiş neyronların birbaşa beyində əvəz olunmasına yönəlmiş hüceyrə terapiyasının əsası ola bilər.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 06 Yanvar 2026 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















