Icma.az
close
up
RU
ŞKTR in iqtisadiyyat və enerji naziri MÜSİAD Azərbaycanı ziyarət edib

ŞKTR in iqtisadiyyat və enerji naziri MÜSİAD Azərbaycanı ziyarət edib

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şimali Kipr Türk Respublikasının iqtisadiyyat və enerji naziri Olgun Amcaoğlu və Şimali Kipr Türk Respublikasının Bakı nümayəndəliyinin heyəti MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli və  qurumun digər üzvlərilə dərnək mərkəzində bir araya gəliblər.

Modern.az xəbər verir ki, görüş çərçivəsində Rəşad Cabirli İctimai Birliyin fəaliyyəti, həyata keçirilən layihələr və qarşıdakı hədəflər barədə ətraflı məlumat verib və  Azərbaycan ilə Şimali Kipr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsində birlik və həmrəyliyin mühüm rol oynadığını qeyd edib. Sədr Azərbaycanın yalnız 10 milyonluq daxili bazar olaraq deyil, eyni zamanda Müstəqil Dövlətlər Birliyinə (MDB) açılan strateji körpü kimi dəyərləndirilməsinin vacibliyini vurğulayıb. O, ölkənin potensialının tanıdılması baxımından təqdimat materiallarının əhəmiyyətini önə çəkib və bu məqsədlə nəşr olunan "Azerbaycana Gelmek İçin 101 Neden" kitabını qonaqlara hədiyyə edib.

Nazir Olgun Amcaoğlu isə “bir millət, üç dövlət” ifadəsi ilə xarakterizə etdiyi Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Respublikaları arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, xüsusilə də iqtisadi platformalarda daha da gücləndirilməsinin vacibliyini qeyd edib. O, bu istiqamətdə üçtərəfli əməkdaşlığın inkişafında MÜSİAD Azərbaycan kimi iş adamları təşkilatlarının rolunu yüksək qiymətləndirib.

Görüş zamanı qarşılıqlı investisiya imkanları, xüsusilə turizm, enerji və istehsalat sahələrində potensial əməkdaşlıq layihələri müzakirə olunub, gələcəkdə ortaq təşəbbüslərin həyata keçirilməsi istiqamətində ilkin razılaşmalar əldə olunub. İştirakçılar arasında səmimi ünsiyyət, yeni tanışlıqlar və faydalı fikir mübadiləsi üçün geniş imkanlar yaranıb, müxtəlif sahələr üzrə əməkdaşlıq perspektivləri dəyərləndirilib.

Tədbirin sonunda xatirə fotosu çəkilib, qarşılıqlı olaraq hədiyyələr təqdim olunub. Belə görüşlərin mütəmadi şəkildə təşkilinin, iş dünyasının bir araya gəlməsi və strateji tərəfdaşlığın dərinləşməsi baxımından böyük əhəmiyyət daşıdığı bir daha vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 İyun 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see229

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see184

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see171

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see141

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see141

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri