Icma.az
close
up
RU
Smartfonu yandıra biləcək 10 təhlükəli şarj səhvi

Smartfonu yandıra biləcək 10 təhlükəli şarj səhvi

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Təkcə flaqman telefon almaq, onunla birlikdə brend kabel və aksesuarları əldə etmək yetərli deyil. Hətta ən müasir və bahalı smartfon belə səhv enerjiyığma vərdişlərindən zərər görə bilər. Əgər cihazınıza uzunömürlü qulluq etmək istəyirsinizsə, bu 10 vacib qaydanı mütləq bilməlisiniz.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə marthastewart.com-un qadcet mütəxəssislərinə istinadla dərc olunan məqaləsində bildirilir.

Ekspertlər telefon və enerji cihazlarının daha uzunömürlü olması üçün diqqət edilməli əsas məqamları sadalayıblar.

Zədələnmiş kabellərdən uzaq durun

Kabelin bir ucu soyulub, ya da naqil qopubsa, dərhal dəyişdirin. "Hələ işləyir" demək riskdir: bu, həm elektrik cərəyanı vurmasına, həm də yanğına səbəb ola bilər.

Gecə boyu enerjiyığma - batareyanın gizli qatili

Müasir telefonlar dolduqdan sonra enerji qəbulunu dayandırır. Amma bu o demək deyil ki, hər gecə cihazınızı şarjda saxlamalısınız. Uzunmüddətli enerjiyığma batareyaya stres yaşadır və onun ömrünü qısaldır.

Elektrik yuvalarını yükləməyin

Çox sadə səslənsə də, çox adam bu səhvə yol verir. Birdən çox cihazı eyni elektrik yuvasına qoşmaq elektrik yükünü artırır. Lazım olduqda, fərqli elektrik yuvalarından və ya güclü filtrli uzadıcı kabellərdən istifadə edin.

Uzadıcılar - daimi yox, müvəqqəti dostunuzdur

Uzadıcı kabellər gündəlik istifadə üçün nəzərdə tutulmayıb. Xüsusən də notbuk və digər enerji tələb edən cihazları hər gün uzadıcı ilə enerji yığmaq təhlükəlidir - bu, qızma və yanğın riskini artırır.

Yalnız orijinal kabellərə üstünlük verin

"Ucuzdur, eyni işi görür" - deyə düşünməyin. Əvəzləyici kabellər çox vaxt gərginlik qoruması və digər təhlükəsizlik sistemlərinə malik olmur. Nəticədə, qeyri-stabil enerji axını, qızma, hətta cihazın sıradan çıxması mümkündür.

Temperaturu izləyin

Əgər cihazınız çox qızıbsa - dərhal enerji yığmanı dayandırın. Bu, ya daxili nasazlığın, ya da uyğun olmayan enerji mənbəyinin göstəricisidir.

Smartfonu yorğanın altına qoymayın

Zarafat kimi səslənə bilər, amma bu, real təhlükədir. Yorğan, yastıq və yumşaq mebel səthləri istiliyi saxlayır - bu da batareyada təhlükəli səviyyədə qızmaya səbəb ola bilər. Telefon enerji yığarkən həmişə açıq səthdə qalmalıdır.

Şarj zamanı oyun oynamayın

Telefonu enerji yığarkən intensiv şəkildə istifadə etmək, xüsusən oyunlar oynamaq cihazı həm qızdırır, həm də batareyaya əlavə yük salır. Bu vərdiş batareyanın ömrünü sürətlə azaldır.

Telefonu günəş altında və ya maşında şarj etməyin

Qapalı məkanda, xüsusən avtomobildə - temperatur sürətlə artır. Enerjiyığma özü də istilik yaratdığı üçün bu iki təsir birləşərək batareyaya zərər verə bilər. Nəticədə, telefon sıradan çıxa və ya yanğın baş verə bilər.

Su və elektrik bir yerdə ola bilməz

Hətta bir neçə damcı su belə telefonunuzu, kabeli və ya enerji mənbəyini sıradan çıxara bilər. Şarj zamanı səth quru olmalı, yaxınlıqda heç bir nəm və ya maye olmamalıdır.

Qeyd edək ki, ekspertlər telefonları ən yaxşı halda 80%-ə qədər enerji ilə saxlamaq lazım olduğunu vurğulayırlar. Mütəxəssislərə görə, bu səviyyə batareyaya düşən gərginliyi azaldır və ömrünü uzadır.

İdeal halda enerji səviyyəsi 20%-dən aşağı düşməməli və 80%-dən yuxarı qalxmamalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 May 2025 06:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri