SN nin həkimi beyin fəaliyyətini təhdid edən sarılığın təhlükəli nəticələrindən danışır
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Yenidoğulmuşlarda sarılığın uzunmüddətli ağırlaşmaları mərkəzi sinir sisteminin zədələnməsi ilə əlaqədardır və serebral iflic (Sİ), karlıq, zehni gerilik və görmə pozğunluğunu əhatə edir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində pediatr Aynur Bağırova açıqlayıb.
Onun sözlərinə görə, belə fəsadlar, bilirubinin baş beyinə zəhərli təsiri (nüvə sarılığı və ya bilirubin ensefalopatiyası) səbəbindən ağır, müalicə olunmamış sarılıqda baş verir:
“Qanda çox yüksək bilirubin səviyyəsi və sürətlə artması ilə ağırlaşma riski yüksəlir.
İlkin olaraq ağır nevroloji ağırlaşmalar – qıcolmalar, yuxululuq, süstlük, əzələ tonusunun azalması və ya əzələ gərginliyi, zəif qidalanma kimi əlamətlər qeyd olunur. Uzunmüddətli nəticələrdə isə karlıq, zehni gerilik, serebral iflic, görmə pozğunluğu və inkişaf ləngiməsi kimi pozulmalar inkişaf edir.
Digər ağırlaşmalardan isə qaraciyər zədələnmələri, qaraciyər hüceyrələrinin disfunksiyasına səbəb ola bilər. Uzunmüddətli sarılıq həzm sistemi, böyrək pozğunluqları, qanaxma riskinin artmasına səbəb ola bilər. Xəstəliyin ağır formalarında anemiya və dalağın böyüməsi də müşahidə edilir”.
Pediatr qeyd edib ki, yenidoğulmuşlarda sarılıq həmişə diqqət tələb edən bir vəziyyətdir:
“Bilirubin səviyyəsini izləmək üçün pediatr tərəfindən tez bir zamanda müayinə vacibdir. Vaxtında diaqnoz və müalicə ilə proqnoz əksər hallarda ümumiyyətlə müsbətdir və ağırlaşmaların qarşısını almaq olar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 02 Dekabr 2025 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















