Şöbə müdiri: Əminə Yusifqızı hamımızın xatirində Azərbaycan poeziyasını ən gözəl şəkildə təqdim edən insan kimi qalacaq
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Bu gün Azərbaycan mədəniyyətinə, poeziyasına, qiraət sənətinə böyük itki üz verib".
Oxu.Az xəbər verir ki, bu sözləri Xalq artisti Əminə Yusifqızının dəfn mərasimində jurnalistlərə açıqlamasında Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova deyib.
O bildirib ki, Əminə xanımın xatirəsi hər kəsin qəlbində yaşayacaq:
"Əminə xanım hamımızın xatirində Azərbaycan poeziyasını, ədəbiyyatını, mədəniyyətini ən gözəl şəkildə təqdim edən insan kimi qalacaq. Onun çox sayda tələbəsi, davamçısı var. Ümid edirəm ki, onun qiraətləri, çatdırdığı ideyalar həmişə xalqımızın yaddaşında yaşayacaq. Allah rəhmət eləsin".
Aygün Mirakif

Əminə Yusifqızı KİMDİR? BİOQRAFİYA
09 Oktyabr 2025 15:08
Əminə Yusifqızı harada dəfn olunacaq?
10 Oktyabr 2025 10:53
Xalq artisti Əminə Yusifqızı vəfat edib
09 Oktyabr 2025 14:36
Yaxınları Əminə Yusifqızı ilə vidalaşır Fotolar
10 Oktyabr 2025 12:49
Əminə Yusifqızı dəfn olundu Fotolar Yenilənib
10 Oktyabr 2025 15:20

