Şöbə müdiri: Şuşada İslam dünyasına Azərbaycan gəncləri, mütəxəssisləri tərəfindən mesajlar ötürülür
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
"Şuşa şəhərində İslam dünyasının fəal gənclərinin bir arada birləşməsi xüsusi önəm kəsb edir".
AZƏRTAC xəbər verir ki, bu sözləri Gənclər və İdman Nazirliyinin (GİN) Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov Şuşa şəhərində "Gənclər Paytaxtı"nın bağlanış mərasimi öncəsi təşkil olunan tədbirdən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu tədbirlər sayəsində gəncləri bir araya toplamaq olduqca vacibdir: "İslam ölkələrindən gələn gənclər bağlanış mərasimi öncəsi tədbirlərdə iştirak edərək, öz məhsullarını yaradacaqlar. Burada yaradıcı marafon, "workshop"lar təşkil edilir. İslam dünyasına Azərbaycan gəncləri, mütəxəssisləri tərəfindən mesajlar ötürülür. Bir il ərzində gəncləri Şuşada toplamaq yeni əməkdaşlıqların başlaması üçün ciddi təkan oldu".
İslam dünyasının “Gənclər Paytaxtı”nın bağlanış mərasimi dekabrın 4-də Şuşa şəhərində reallaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 03 Dekabr 2024 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















