SOCAR: Karbamid zavodunda süni intellektdən istifadə olunmaqla enerji effektivliyi proqramına start verilib
Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.
Abşeron ərazisində yerləşən karbamid zavodunda süni intellektdən istifadə olunmaqla enerji effektivliyi proqramlarına start verilib.
“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinin müavini Teymur Quliyev Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsində keçirilən ictimai dinləmədə bildirib.
Onun sözlərinə görə, bu proqram pilot layihə kimi həyata keçirilir: "Layihə çərçivəsində tətbiq edilən texnologiyalar inkişaf etdirildikdən sonra digər zavodlarda da tətbiq olunacaq".
Xatırladaq ki, “SOCAR Karbamid” zavodu Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 03 Mart 2025 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















