SOCAR Suriyanın enerji təchizatında iştirak edə bilər
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“SOCAR dövlət səviyyəsində qərar qəbul ediləcəyi təqdirdə Suriyanın enerji təchizatında rol oynamağa hazırdır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “SOCAR Türkiyə”nin baş icraçı direktoru Elçin İbadov şirkətin 2024-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, tikinti və bərpa işləri, eləcə də bütün sektorların dirçəlməsi üçün enerji resursları tələb olunacaq: “Əgər hökumət siyasi nöqteyi-nəzərdən qərar qəbul edərsə, Azərbaycan və Türkiyənin maraqlarına uyğun olaraq “SOCAR Türkiye Enerji”yə belə bir rol həvalə edilərsə, biz onu məmnuniyyətlə yerinə yetirəcəyik. Suriyada və regionda sülh və sabitliyin bərqərar olması bizi sevindirir. Bu, iqtisadi inkişafa və elektrik enerjisinə tələbatın artmasına şərait yaradacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 06 Yanvar 2025 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















