Icma.az
close
up
RU
SOCAR uyğunluq sahəsində yeni təlim proqramına start verib

SOCAR uyğunluq sahəsində yeni təlim proqramına start verib

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) beynəlxalq təcrübəyə və yüksək etik standartlara sadiqliyini bir daha nümayiş etdirərək uyğunluq sahəsində yeni təlim proqramına start verib.

SOCAR-dan XQ-ə verilən məlumata görə, “The Consultant Global” şirkəti tərəfindən keçirilən təlim çərçivəsində uyğunluq mədəniyyətinin formalaşdırılması, SOCAR-ın yenilənilmiş Biznes Etikası və Davranış Kodeksi, eləcə də uyğunluq sahəsində yeni qüvvəyə minmiş digər sənəd və prosedurların tələbləri, beynəlxalq qabaqcıl təcrübələrlə bağlı məlumatlar təqdim olunub.

Təlim sessiyaları interaktiv şəkildə keçirilməklə, qarşılıqlı müzakirələr, eləcə də şirkətdaxili münasibətlərin uyğunluq cəhətdən tənzimlənməsi və bu sahədə meydana çıxan sualların həll yollarının tapılmasına yönəlmiş praktiki yanaşmalar əsasında təşkil olunub.

SOCAR-ın yeni uyğunluq sistemi ümumilikdə işçilərin davranış qaydalarını təsbit edir, eyni zamanda üçüncü tərəflərlə olan münasibətləri tənzimləməklə korrupsiyaya, digər qeyri-qanuni və etik qaydalara zidd hallarının vaxtında aşkar edilməsi və müvafiq tədbirlərin görülməsini özündə ehtiva edir.

Bildirilib ki, təlim proqramının həyata keçirilməsi ilə SOCAR şəffaflıq və qabaqcıl biznes prinsiplərinə sadiqliyini bir daha təsdiqləyir. SOCAR-ın tətbiq etdiyi uyğunluq sistemi və onun əsasında keçirilən təlimlər beynəlxalq təcrübələrə əsaslanaraq, daxili normativ sənədlərin tətbiqi, onun monitorinqi, onların əsas prinsip və tələblərinin aidiyyəti şəxslərə aşılanması və ümumilikdə uyğunluq sistemi üzrə maarifləndirmə səviyyəsinin artırılmasına dəstək verir.

Biznes etikası və uyğunluq mədəniyyətinin şirkətin bütün fəaliyyət istiqamətlərinə inteqrasiyası məqsədilə SOCAR-ın Baş ofisinin işçiləri ilə yanaşı, SOCAR Qrupa daxil olan bütün müəssisələr üçün təlimlərin keçirilməsi nəzərdə tutulub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Mart 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see309

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see301

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see268

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see248

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see248

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see247

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see240

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see232

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see230

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see225

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see206

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see205

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see204

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see203

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see203

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see198

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see197

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see195

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see191

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri