SOCAR və Planet Labs ekoloji monitorinq üçün peyk məlumatlarının istifadəsini müzakirə edib
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-ın "Planet Labs PBC" şirkəti ekoloji monitorinqin aparılması, rəqəmsal həllərin inkişafı və məlumatlara əsaslanan qərarların qəbulunun dəstəklənməsi məqsədilə qabaqcıl peyk təsvirləri və geoməkan analitikasının istifadəsi imkanlarını müzakirə ediblər.
SİA xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf sosial şəbəkəsindəki hesabında yazıb.
Məlumata görə, müzakirələr Dünya İqtisadi Forumunun 2026-cı il toplantısı (WEF 2026) çərçivəsində "Planet Labs PBC" şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Uilyam Marşal ilə keçirilən görüş zamanı baş tutub.
R. Nəcəfin sözlərinə görə, fikir mübadiləsi zamanı SOCAR-ın innovasiyalara, dekarbonizasiyaya və qlobal ən yaxşı təcrübələrə uyğun məsuliyyətli enerji inkişafına sadiqliyinin gücləndirilməsi imkanları nəzərdən keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 20 Yanvar 2026 23:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















