Icma.az
close
up
RU
Şöhrət erkən öldürür Dörd il daha az...

Şöhrət erkən öldürür Dörd il daha az...

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şöhrət düşündüyümüzdən daha ölümcül ola bilər. Məşhur müğənnilər, eyni xüsusiyyətlərə malik, lakin geniş kütlələr tərəfindən tanınmayan həmkarları ilə müqayisədə orta hesabla 4 il daha erkən dünyasını dəyişir. 

Qaynarinfo xəbər verir ki, Almaniyanın Vitten/Herdek Universitetinin tədqiqatçıları 1950–1990-cı illər arasında fəaliyyət göstərmiş 324 müğənnini araşdırıb. 

Hər məşhur müğənni doğum ili, cinsi, milliyyəti, etnik mənşəyi və musiqi janrı kimi meyarlara görə daha az tanınan bir həmkarı ilə uyğunlaşdırılıb. Nəticələrə əsasən, tanınmış müğənnilər orta hesabla 75 yaşına qədər yaşayıb, daha az tanınan sənətçilər isə 79 yaşına qədər ömür sürüblər.

Artan ölüm riski yalnız şöhrət əldə edildikdən sonra müşahidə olunur. Yəni təhlükəni yaradan musiqiçilik deyil, bilavasitə şöhrətin özüdür. Prof. Maykl Dufnerin sözlərinə görə, bu mənzərə çoxşaxəlidir: bitməyən ictimai təzyiq, məxfiliyin itirilməsi, performans stresi, alkoqol və narkotik istifadəsinin normaya çevrilməsi, qastrol həyatının təcridedici xarakteri. Bundan əlavə, bəzi sənətçilərin uşaqkən yaşadıqları travmalar və ya müəyyən şəxsi xüsusiyyətlər səbəbi ilə daha yüksək risk daşıdıqları bildirilir.

Məlumatlara görə, ən həssas qrup təkbaşına karyera quran sənətçilərdir. Solo ulduzların ölüm riski qrup solistləri ilə müqayisədə xeyli yüksəkdir. Araşdırmaçıların fikrincə, bunun səbəbi solo sənətçilərin həm daha böyük təzyiqə məruz qalması, həm də emosional dəstəkdən məhrum qalmasıdır.

 Vestminster Universitetindən Dr. Selli Enn Qross xatırladır ki, musiqi sektoru sosial media tərəfindən formalaşır. Şöhrət, tanınmışlıq gətirdiyi qədər, insanı təcrid edən bir mexanizmə çevrilib. Araşdırmaçılar bildirirlər ki, yüksək temp sağlamlıq üçün ciddi risklər yaradır. Mütəmadi fasilələr vermək, ailə və köhnə dostlarla əlaqəni qorumaq bu prosesdə mühüm rol oynayır.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Noyabr 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see293

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see290

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see285

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see270

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see259

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see256

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see244

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see240

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see239

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see238

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see224

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see223

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see222

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see222

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see219

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see213

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see211

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see208

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see207

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri