ŞOK! Azərbaycanda satılan bu energetik içkilərə VİAQRA nın tərkibindəki maddə qatılırmış Foto
Sitat.info portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyədən Azərbaycana idxal olunmuş "Paril Gida Alkoqolsuz Fonksiyonal İçecekler" müəssisəsinin istehsal etdiyi "Nitro Max" əmtəə nişanlı energetik içki məhsulu partiyalarında dərman vasitələrinin tərkibində istifadə olunan Sildenafil maddəsi aşkarlanıb.
Bu barədə Sitat.info-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirək ki, Sildenafil potensiya zəifliyi zamanı istifadə olunan vasitələrin tərkibinə qatılır.
Bildirilib ki, ümumi sayı 4656 ədəd olan məhsul partiyalarının (19.03.2025-19.03.2027 və 01.04.2025-01.04.2027-ci il istehsal və son istifadə tarixli) Azərbaycanın idxal tələblərinə, o cümlədən, qüvvədə olan texniki və hüquqi normalara cavab verməməsi səbəbindən "Paril Gida Alkoqolsuz Fonksiyonal İçecekler" müəssisəsindən məhsul idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib.
Uyğunsuzluq aşkarlanmış məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə qərar qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 30 Oktyabr 2025 19:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















