Icma.az
close
up
RU
Şokoladın qiyməti kəskin qalxacaq SƏBƏB

Şokoladın qiyməti kəskin qalxacaq SƏBƏB

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Keçən il Qərbi Afrikada həftələrlə davam edən şiddətli istilər kakao məhsuluna ciddi ziyan vurub.

BAKU.WS xəbər verir ki, tədqiqatçıların dediyinə görə, bu vəziyyət istehsalın azalmasına və kakao qiymətlərinin rekord səviyyələrə qalxmasına səbəb olub.

Dünya kakao istehsalının təxminən 70%-ni təmin edən Qərbi Afrika son illərdə həddindən artıq istilər, xəstəliklər və qeyri-sabit yağıntılar ilə mübarizə aparır. Bu problemlər kakao istehsalında azalmaya səbəb olaraq, qiymətlərin sürətlə artmasına gətirib çıxarıb.

Climate Central tədqiqat mərkəzinin hesabatına görə, neft, kömür və metan qazı istifadəsi nəticəsində artan qlobal istiləşmə Fildişi Sahili, Qana, Kamerun və Nigeriyada daha çox hiss olunur.

Alimlər bildirirlər ki, kakao üçün ideal temperatur 32°C olsa da, son 10 ildə bu səviyyədən yuxarı olan isti günlərin sayı üç həftə artıb.

İngiltərənin Christian Aid yardım təşkilatının araşdırması göstərir ki, Qərbi Afrikadakı kakao fermerləri iqlim dəyişikliyinin təsirlərinə qarşı həssasdır.

Məlumatlara görə, 2023-cü ildə şiddətli yağışlar, 2024-cü ildə isə quraqlıq kakao istehsalına mənfi təsir göstərib. Christian Aid təşkilatının nümayəndəsi Osai Ojigho vurğulayıb ki, kakao istehsalı dünyanın ən yoxsul bölgələrində yaşayan insanlar üçün əsas dolanışıq mənbəyidir və iqlim dəyişikliyi bu mənbəni təhlükə altına qoyur.

Kakao qiymətləri rekord həddə çatıb

İstehsalın azalması qlobal kakao bazarında böyük qiymət artımına səbəb olub. 2023-cü ilin sonlarından etibarən Londra və Nyu-York birjalarında kakao qiymətləri sürətlə yüksəlib. Nyu-York birjasında bir ton kakaonun qiyməti 10 min dolları keçib, dekabr ayında isə 12 min 500 dollar ilə rekord həddə çatıb.

Bundan əvvəl uzun illər 2-3 min dollar arasında dəyişən qiymətlər şokolad istehsalçılarını çətin vəziyyətə salıb. İsveçrənin Lindt & Sprüngli şirkəti artan xammal xərcləri səbəbindən 2024-cü ildə şokolad qiymətlərini yenidən artıracağını açıqlayıb.

Missisipi Dövlət Universitetinin professoru Narcisa Pricope bildirib ki, kakao istehsalı xüsusilə quraqlıq səbəbilə "mövcudluq təhlükəsi" ilə üz-üzədir.

BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyası çərçivəsində aparılan araşdırmalara əsasən, son 30 ildə dünya quru ərazilərinin dörddə üçü daha da quraqlaşıb. Alimlər bunun əsas səbəbinin istixana qazı emissiyaları olduğunu bildirirlər.

Pricope qeyd edib ki, quraqlıqla mübarizə təkcə şokoladı qorumaq üçün deyil, həm də planetin həyatın davamlılığını təmin etməsi üçün vacibdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:249
embedMənbə:https://baku.ws
archiveBu xəbər 14 Fevral 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri